|
Səhifələr : # 22 23 24 25 26 27 28 29 30 #
Liviyanın yeni hökuməti Suriyada Milli Şuranı qanuni hakimiyyət orqanı kimi tanıyıb
|
Liviyanın yeni hökuməti Suriyada mövcud rejimə qarşı mübarizə aparan Milli Şuranı ölkədə yeganə qanuni hakimiyyət orqanı kimi tanıyıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Liviya rəhbərliyi suriyalı müxalifətçilərin tanınmasından başqa, bu ölkənin Tripolidəki səfirliyinin bağlanıldığını da elan edib.
Qeyd edək ki, Liviya Suriya Milli Şurasını tanıdığını bəyan etmiş ilk ölkə olub.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Misirdə xristianları öldürən şəxs edam olundu
|
Misirdə 2010-cu ildə 6 xristian koptu və 1 müsəlmanı öldürən şəxs edam olunub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, xristian koptların Milad bayramı zamanı törədilən həmin qətldən sonra Misirdə xristianların iğtişaşları başlamışdı. Xristianlarla müsəlmanlar arasındakı qarşıdurma ötən həftə bir kilsənin yıxılmasından sonra yenidən kəskinləşib. Həftəsonu baş verən toqquşmalarda 25 nəfər ölüb, 200-ə yaxın adam yaralanıb. Qahirədə komendant saatı elan olunub.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Təhsil Problemləri İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunan iclas keçirilib
|
Bu gün Təhsil Nazirliyinin sifarişi əsasında Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzularının müzakirəsinə həsr olunan iclas keçirilib. Məlumatı “KƏLAMİNFO”ya Təhsil Nazirliyindən veriblər.
Təhsil naziri Misir Mərdanov təhsil sahəsində müxtəlif mövzular üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə çatdırıb. Görülən işlərin, həyata keçirilən islahatların nəticələrinin qiymətləndirilməsinin əhəmiyyətinə toxunan nazir Təhsil Problemləri İnstitutunda 2011-2012-ci dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları müəyyənləşdirilərkən daha ümdə məsələlərin önə çəkilməsinin vacibliyini bildirib.
Təhsil Nazirliyinin sifarişi ilə cari dərs ilində yerinə yetiriləcək tədqiqat mövzuları haqqında məlumat verən Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov 2011-2012-ci dərs ilində, əsasən tətbiqi xarakterli mövzuların araşdırılmasının nəzərdə tutulduğunu qeyd edib.
İnstitutun direktoru tədqiqat mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin müvafiq şöbələri və Dünya Bankının təhsil üzrə beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə alındığını bildirib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Şura “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda tədbir keçirəcək
|
Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” mövzusunda Dəyirmi masa keçirəcək. Şuradan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan QHT sektorunun 20 il ərzində keçdiyi yol nəzərdən keçiriləcək, əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələr təhlil olunacaq.
Tədbirdə dövlət müstəqilliyimizin 20 illiyi münasibətilə Şuranın nəşr etdiyi “Azərbaycan QHT sektoru dövlət müstəqilliyinin 20 ilində” kitabının təqdimatı olacaq.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Bakıda “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir
|
Bu gün Milli Məclisdə dünəndən strat götürən GUAM PA ilə Baltik Assambleyasının (BA) “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfrans çərçivəsində “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirə GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli sədrlik edib.
Ə.Məsimli bildirib ki, artıq dünya düzənində hadisələr sürətlənib, dəyişib. “Xüsusilə postsovet məkanında cərəyan edən proseslər üç il bundan öncə Gürcüstanda baş vermiş avqust hadisələrindən sonra öz istiqamətini dəyişib”,-deyə deputat vurğulayıb.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
“Dağlıq Qarabağ kimi münaqişələr regional və qlobal əməkdaşlığa ciddi təhlükə yaradır”
|
“Müasir dünyada dondurulmuş, həllini gözləyən problemlər, xüsusilə də GUAM məkanındakı Dağlıq Qarabağ kimi dondurulmuş münaqişələr regional və qlobal əməkdaşlığa ciddi təhlükə yaradır, sülhə, sabitliyə ciddi əngəllər törədir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Azərbaycanda səfərdə olan Baltikyanı Assambleyadakı (BA) Litva nümayəndə heyətinin rəhbəri İrena Siauliene bildirib.
O, qeyd edib ki, istənilən halda münaqişələrin hərb yolu ilə həlli yeganə çıxış yolu deyil. “Biz münaqişələrin dinc, danışıqlar yolu ilə həllinə tərəfdarıq. BA-nın bir müddət öncə qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da müddəalar öz əksini tapıb və orada qeyd olunub ki, bu münaqişə sülh yolu ilə öz həllini tapmalıdır. Biz bu münaqişənin sülh yolu ilə həllini istəyirik”,-deyə İ.Siauliene vurğulayıb.
Onun sözlərinə görə, bu gün təhlükəsizliklə bağlı çağırışlar da müxtəlifdir. “Yeni təhlükəsizlik aspektləri ortaya çıxıb. Ona görə də təhlükəsizliyə ciddi əngəl yaradan problemlərin aradan qaldırılması üçün regional əməkdaşlığı daha yüksək səviyyədə qurmalıyıq. İlk siyasi diskussiyaların müxtəlif formalarını təşkil etməliyik”,-deyə o, əlavə edib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Deputat Elman Məmmədov: BMT-nin və NATO-nun Ermənistana gücü çatmır
|
“ATƏT Minsk Qrupunun həmsədr ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığını desə də, buna baxmayaraq ABŞ hər il Ermənistana yardımlar edir, Rusiya bu ölkəni silahla doldurur, Fransa isə ermənilərə öz bacısı kimi baxır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün GUAM PA-nın Milli Məclisdə təşkil etdiyi Dəyirmi masada Azərbaycanın qurumdakı üzvü, deputat Elman Məmmədov deyib.
O, qeyd edib ki, Ermənistan kimi bu cırtdan ölkəyə BMT-nin, ya da NATO-nun gücü çatmır. “1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə dünyanın yadına sülh və demokratiya düşmürdü. İndi Azərbaycan güclənib, güclü ordusu var. Bunu görən dünya birliyinin yadına demokratiya və sülh düşür? Biz hamıdan çox sülh istəyirik. Amma dünya birliyinin çıxardığı qərarlara hörmət etməyən qüvvələr tərəfindən biz müharibəyə təhrik edilirik”,-deyə azərbaycanlı deputat bildirib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Mixail Qusman: Sosial media hətta tarixin kursunu da dəyişə bilər
|
Bugün paytaxtda Beynəlxalq Humanitar Forumun “Sosial jurnalistika və yüksək texnologiyalar” istiqaməti üzrə iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, forumda ənənəvi xəbər sənayesi və sürətlə inkişaf edən sosial media arasındakı qarşılıqlı əlaqələr, həmçinin qloballaşma dövründə informasiya sahəsində yeni meyillər müzakirə edilib. “AzərTac” Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq forumda dövlət agentliyinin direktoru Aslan Aslanov ənənəvi medianın necə dəyişdiyini, informasiya istehsalına və onun istehlakçılarına təsir göstərilməsindən danışıb.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Elmar Məmmədyarov YUNESKO-nun Baş direktorunun müavinini qəbul edib
|
Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Bakıda səfərdə olan YUNESKO-nun Baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə,görüşdə ölkəmizlə YUNESKO arasındakı əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılıb və əlaqələrin səviyyəsindən məmnunluq bildirilib.
Elmar Məmmədyarov YUNESKO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulayıb və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırıb. Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanıb.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Baltik Assambleyası beynəlxalq təşkilatları Qarabağ münaqişəsinin həllinə çağırır
|
“Biz bütün beynəlxalq təşkilatları Qafqaz regionundakı münaqişələrin həllinə çağırırıq. Qafqazda münaqişələr həll olunmadıqca ətraf regionlar üçün də sülhə zəmanət yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə keçirilən “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” adlı Dəyirmi masada Baltik Assambleyasının (BA) prezidenti xanım Laine Randray bildirib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 22 23 24 25 26 27 28 29 30 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|