Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    QHT-lər dövlət müstəqilliyinin 20 illiyini qeyd ediblər
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycanda QHT-lərin 20 ildə keçdiyi yoldan bəhs edib.
    13.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Azərbaycanda gender büdcəsinin qəbul olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir
    Azərbaycanda gender büdcəsinin dövlət büdcəsi kimi qəbul olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, AXC dövründə Azərbaycan qadını vətənində rahat gəzə bilmirdi: “O ki qaldı cəmiyyətdə, siyasətdə təmsil olunmaları, ölkədə qadın QHT-lərinin sayı xeyli artıb. Ötən illərə nisbətən bələdiyyədə qadınların iştirakı 4 faizdən 26 faizə qədər artıb. Bu, indiki hökumətimizin qadınlara olan qayğısından, qadınların cəmiyyətdəki mövqeyini yüksək dəyərləndirməsindən irəli gəlir”.
    13.10.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Dövlət uşaqlara diqqət və qayğı ilə yanaşır”
    Uşaqlara dövlət qayğısının daha bir göstəricisi kimi bu il də uşaqların 2-ci forumu keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin uşaq ili elan edilməsi, 2010-cu ildə 1-ci uşaq forumunun baş tutması Azərbaycanın uşaqlara qayğısını, onları ölkənin gələcəyi kimi görməsinə əyani sübutdur.
    13.10.11 Məqaləni oxumaq
     
    TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlament Birliyinin sessiyasında iştirak edəcək
    TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muhamejanovun rəhbərliyi altında TÜRKPA nümayəndə heyəti 16-19 oktyabr 2011-ci il tarixində Beynəlxalq Parlament Birliyinin İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfər çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin TÜRKPA-nın fəaliyyəti ilə bağlı sessiya iştirakçılarına məlumat verilməsi nəzərdə tutulur. TÜRKPA Beynəlxalq Parlament İttifaqında müşahidəçi statusuna sahibdir.
    13.10.11 Məqaləni oxumaq
     
    Deputat İqbal Məmmədov MDB PA-nın iclasında iştirak edəcək
    Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 19-da Sankt-Peterburqa yola düşəcək. . Parlamentdən “KƏLAMİNFO”a verilən məlumata görə, iclasda ekstremizmə, insan alverinə, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq. Səfər oktyabrın 23-də başa çatacaq.
    13.10.11 Məqaləni oxumaq
     
    TÜRKPA Baş katibi Beynəlxalq Parlament Baş Katibləri Assosiasiyasının sessiyasında iştirak edəcək
    TÜRKPA-nın Baş katibi Ramil Həsənov 17-20 oktyabr 2011-ci il tarixində Berndə keçiriləcək Beynəlxalq Parlament Baş Katibləri Assosiasiyasının 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. TÜRKPA Baş katibinin plenar sessiyada təşkilatın fəaliyyəti ilə bağlı çıxışı, həmçinin bir çox beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
    13.10.11 Məqaləni oxumaq
     
    Hicran Hüseynova: “Nikahdan kənar doğulan uşaqların sayı xeyli azalıb”
    “Nikahdan kənar doğulan uşaqların sayı bu il, ötən illərə nisbətdə xeyli azalıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib. Onun sözlərinə görə, respublikanın bütün bölgələrində bu problemlə bağlı maarifləndirmə işləri aparılır və bunun nəticə kimi bu il keçən illərə nisbətən nikahdan kənar doğulan uşaqların sayında azalma müşahidə edilib. “Bununla bağlı konkret rəqəm demək çətindir. Komitə hər rayon üzrə nikahdan kənar doğulan uşaqların siyahısını tutur, İcra Hakimiyyəti bu sahədə bizə böyük dəstək verir, profilaktik formada tədbirlər görürük ki, belə halların sayı azalsın”,-deyə o əlavə edib.
    13.10.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”
    “İndiki halda Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib. O, qeyd edib ki, bu gün magistr və doktorantlara yalnız hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə oluna bilər. “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı çoxlu sayda müraciət daxil olub. Ola bilər ki, “Elm siyasəti haqqında” qanun layihəsi qəbul olunarkən magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunsun. Amma doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm siyasəti haqqında” qanun layihəsində öz əksini tapıb”,-deyə Ş.Hacıyev vurğulayıb. Onun sözlərinə görə, yaxın 1-2 həftə ərzində komitədə “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsinə başlanılacağı gözlənilir.
    13.10.11 Məqaləni oxumaq
     
    Təhsil müəssisələrində çalışan 92 nəfərin işi Baş Prokurorluğa göndərilib
    Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır. Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib. Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Baş Prokurorluğa müraciət olunub. Onu da qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.
    13.10.11 Məqaləni oxumaq
     
    Bakıda “Məzun- 2011” respublika payız əmək yarmarkası keçirilir
    Bu gün İqtisad Universitetində Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Məzun- 2011” respublika payız əmək yarmarkasının açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılışda universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, bu layihə 6 il əvvəl hər il keçirilməyə başlayıb. Rektor 6 il əvvəl ilə indiki vəziyyəti müqayisə edərək deyib ki, o vaxt yarmarkada çox az vakansiyalar təklif olunurdusa, artıq bu il bu vakansiyaların sayı 1000-ə çatdırılıb.
    13.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  18 19 20 21 22 23 24 25 26  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31