|
Səhifələr : # 31 32 33 34 35 36 37 38 39 #
Azərbaycan gənclərinin xaricdə təhsilinə ayrılan vəsait artırılıb
|
Bu il "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına ayrılan vəsait artırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı təhsil nazirinin müavini Qulu Novruzov deyib.
Nazir müavini açıqlayıb ki, Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Neft Fondundan 15 mln. manat vəsait ayrılıb. Onun sözlərinə görə, hər il xaricdə təhsil üçün DNF-dən 10 mln. manat vəsait ayrılırdı. Bu il isə bu rəqəm artırılıb. Q.Novruzov deyib ki, ayrılan vəsait onların təhsili, yaşayışı, sığortası, beynəlxalq gediş-gəlişi üçündür.
O, 2007-ci ildən bu günə qədər xaricdə təhsil alanlarını sayının 1200-ü ötdüyünü də qeyd edib.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Ziyafət Əsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti NATO PA-nın illik sessiyasına qatılacaq
|
Sabah Milli Məclis sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun 57-ci illik sessiyasında iştirak etmək üçün Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Sessiya çərçivəsində keçiriləcək komitə iclaslarında kiber təhlükəsizliyinə dair, bioloji və kimyəvi təhdidlərə qarşı mübarizə ilə əlaqədar müzakirələr aparılacaq.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
“Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda Dəyirmi masa keçiriləcək
|
Sabah Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarının kadr qurumlarının rəhbərlərinin, QHT-rin, ali təhsil müəssisələrinin və beynəlxlaq təşkilatların nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələri” mövzusunda Dəyirmi masa təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DQMK-dan veriblər.
Tədbir “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 yanvar tarixli 1293 nömrəli Sərəncamına əsasən keçirilir.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
SAM-ın əməkdaşı Brüsseldə keçirilən beynəlxalq konfransa qatılacaq
|
Oktyabrın 6-8-i tarixlərində Brüsseldə “Qara Dəniz regionunun gələcəyinə baxış və perspektivlər” adlı beynəlxalq konfrans keçiriləcək. “Qara Dəniz Regionunun Gənc İslahatçıları” proqramı çərçivəsində keçirilən tədbirin təşkilatçıları ABŞ-ın Marşal Fondu, Almaniyanın Robert Boş Stiftunq Fondu, Bolqarıstanın Regional və Beynəlxalq Tədqiqatlar Mərkəzi və Almaniyanın Münhen Universiteti nəzdindəki Tətbiqi Siyasət Tədqiqatları Mərkəzidir.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
|
Niderlandın televiziya kanalı Azərbaycanı Avropaya tanıdacaq
|
Niderland Krallığının məşhur "MaxTV" televiziya kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də ölkəmizin müasirliyi, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaq və avropalıların Azərbaycana marağının artırılmasına səbəb olacaq veriliş hazırlamaq məqsədilə ölkəmizdə səfərdədir.
Qeyd edək ki, çəkiliş heyətinin səfəri zamanı son illər respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Bakı ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, "Avroviziya" musiqi yarışmasına hazırlıq və s. mövzulara diqqət yetirəcəyi planlaşdırılır.
Xatırladaq ki, İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətində olan "MaxTV" əməkdaşlarının səfəri oktyabr ayının 9-da başa çatacaq.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Obama Konqresi planını ayın sonunadək təsdiq etməyə çağırıb
|
ABŞ prezidenti Barak Obama Konqresi onun iş yerlərinin açılmasına dair planını ayın sonunadək təsdiq etməyə çağırıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Obama hökumət agentliklərinin iqtisadiyyatın canlandırılmasını gözlədiklərini deyib. Obama bildirib ki, amerikalıları iş yerlərinə qaytarmaq üçün 447 milyard dollar ayrılmasını nəzərdə tutan planın təsdiqi mühüm bir addımdır. O bildirib ki, ABŞ-da işsizlik səviyyəsi 9 faiz olduğu bir zaman Konqres üzvləri ilə bir daha görüşməyi planlaşdırır.
Respublikaçı qanunvericilər planın bəzi hissələrini bəyəndiklərini desələr də, onun tam şəkildə təsdiqi gözlənilmir.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın gənclər təşkilatı beynəlxalq konfransa qatılıb
|
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Avropa Komissiyasının Polşadakı nümayəndəliyi, Avropa İqtisadi və Sosial Komitəsi tərəfindən keçirilən “Avropanın Aktiv Vətəndaşları: Könüllülük” adlı beynəlxalq konfransda iştirak edib. Bu barədə məlumat “KƏLAMİNFO”ya AGAT-dan verilib.
Könüllülük fəaliyyəti ilə bağlı Polşada “Şərq tərəfdaşlığı” Sammiti çərçivəsində keçirilən konfransda fəal vətəndaşlıq məsələsi müzakirə olunub. Tədbirdə Polşa prezidenti Bronislav Komorovski deyib ki, burada Şərq tərəfdaşları ölkələrindən olan QHT-lərin iştirakı onlar üçün vacib məsələdir. O vurğulayıb ki, könüllülük vəzifə və öhdəlik deməkdir.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
ATƏT-in baş katibi: Etimadın qurulması həlli gecikən münaqişələr üçün əsas şərtdir
|
Barışın əsası üçün etimadın qurulması ATƏT regionu ölkələrində həlli gecikən münaqişələr üçün əsas şərtdir. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə «Kommersant» qəzetinə ATƏT-in baş katibi Lamberto Dzannyer bildirib: «Sentyabrın 22-də Moskvada Dnestryanı münaqişənin bərpa edilməsi üzrə «5+2» danışıqlarının başlaması bu prosesə güclü impuls verə bilər. Rusiyanın bu prosesə zəif olmayan diqqəti bu qərarın qəbulunda konstruktiv rol oynadı. Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək və eyni vaxtda yerlərdə vəziyyətin gərginləşməsinə yol verməmək daha bir prioritet istiqamətdir. Bununla bağlı Rusiyanın və Minsk qrupunun digər üzvlərinin mövqeyi üst-üstə düşür. Rusiyanın Minsk qrupunun fəaliyyətində aktiv iştirakı, Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarının baş tutmasına Rusiya prezidentinin şəxsən cəlb edilməsi həll qərarlarının tapılmasında mühüm elementlərdir».
Qeyd edək ki, Moskvaya səfəri zamanı Dzannyer Rusiya XİN rəhbəri Sergey Lavrov və digər rəsmi şəxslərlə ilk danışıqlarını aparacaq.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Səfir: “Almaniyanın birləşməsinin 21 illiyi Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə uyğun gəlir”
|
“İndi Azərbaycan və Almaniya ölkələrarası əməkdaşlığı bütün sahələrdə inkişaf etdirirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda Almaniyanın Birlik gününə həsr edilmiş tədbirdə Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib. O qeyd edib ki, ölkələr arasında ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlər yüksək səviyyədədir. “Bundestaq və Almaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqeyə tərəfdardır” - deyə nazir vurğulayıb. Z.Məmmədov? həmçinin ölkələr arasında iki milyard avroya bərabər olan əmtəə dövriyyəsini effektiv iqtisadi əməkdaşlığın göstəricisi kimi qeyd edib.
Tədbirdə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle deyib ki, Almaniyanın birləşməsinin 21 illiyi Azərbaycanın müstəqilliyinin 20 illiyinin qeyd olunması ilə uyğun gəlir. O bildirib ki, ölkələrin arasında dostluq və əməkdaşlıq əlaqələri gələcəkdə də inkişaf edəcək.
|
04.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 31 32 33 34 35 36 37 38 39 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|