|
Səhifələr : # 23 24 25 26 27 28 29 30 31 #
“Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimatı olacaq
|
Oktyabrın 14-ü “Hilton-Bakı” otelində “Azərbaycanın post-konflikt ərazilərinin bərpası: konseptual əsaslar” kitabının təqdimat mərasimi keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, kitabın müəllifləri "Qafqaz və Qloballaşma" elmi məcmuəsinin baş redaktoru Nazim Müzəffərli və Qafqazın Strateji Tədqiqatları İnstitutunun (QSTİ) direktoru Eldar İsmayılovdur.
Kitab Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yeni aspekti - münaqişə başa çatdıqdan sonra fiziki infrastruktur və institusional yenidənqurma məsələlərinin təhlilinə həsr edilib. Tədqiqat əsəri Dünya Bankı tərəfindən dünyanın müxtəlif regionlarında münaqişə sonrası yenidənqurma təcrübələri ilə bağlı araşdırmalar əsasında hazırlanıb.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Dövlət büdcələrinin təhlili Ermənistanın daha çox hərbiləşdiyini göstərir
|
Bu gün Ermənistan əsassız olaraq Azərbaycanı regionda silahlanma balansını pozmaqda günahlandırır. Lakin dövlət büdcələrinin təhlili Ermənistanın daha çox hərbiləşdiyini göstərir. Təkcə ötən il Ermənistan 16 min, ondan əvvəlki il isə 78 min ədəd “Kalaşnikov” avtomatı alıb. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə GUAM Parlament Assambleyası və Baltik Assambleyasının keçirdiyi Dəyirmi masada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik Problemləri İdarəsinin katibi Elçin Hüseynli bildirib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
300 milyon sterlinq qiymətində olan rəsm əsərləri zibilliyə atılıb
|
Fransız rəssamı Henri Matisse, ispan rəssamı Pablo Pikasso və italyan rəssamı Amedeo Modigliniyə aid rəsm əsərləri oğurlanıb. “KƏLAMİNFO” “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Matisse, Pikasso və Modiglianinin məşhur əsərləri İngiltərənin ən böyük muzeylərinin birindən oğurlanıb. Əsərlərin axtarışını həyata keçirən polis bu 3 məşhurun əsərlərini zibil qutusundan tapıblar. Şəkillər tapılsa da, amma xoşagəlməz hal da müşahidə olunub. Belə ki, rəsmlər öz işini həyata keçirən zibilyığan maşın tərəfindən əzilərək tanınmaz hala salıb.
Qeyd edək ki, oğurlanaraq zibilliyə atılan rəsm əsərlərinin hər birinin 100 milyon sterlinq dəyərində qiyməti olub.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalına hazırlıq gedir
|
Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı ilə əlaqədar hazırlıq işləri davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” Şirkətinin təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Caz Festivalı yüksək səviyyədə keçiriləcək. Bildirilir ki, festivalın start götürüb başa çatacağı müddət ərzində dünyanın tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaq.
Xatırladaq ki, festivalın açılışı Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə keçiriləcək. Rəngarəng proqram təqdim olunacaq festivalın yekun konserti də oktyabrın 29-da saat 20:00-da Heydər Əliyev Sarayında keçiriləcək.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Mövlud Çavuşoğlu: “Ermənistan AŞ PA-nın verdiyi qərara hörmət etmir”
|
“AŞ PA-nın Dağlıq Qarabağ alt komitəsi olaraq indi biz daha əvvəl ortaya atılmış qətnamə layihəsini müzakirə edirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan AŞ PA sədri Mövlud Çavuşoğlu bildirib. O qeyd edib ki, qurumda dağlıq Qarabağla bağlı alt komitənin yaradılmasında əsas məqsəd mövcud olan problemlərin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaqdır. “Bu gün Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı insani problemlər var və Azərbaycanda bu torpaqlardan didərgin düşmüş 1 milyondan artıq qaçqın və məcburi köçkünlər var. Baxmayaraq ki, Azərbaycan prezidenti onların problemlərinin həlli ilə məşğul olur, amma bir milyondan artıq insanın normal yaşayış səviyyəsini saxlamaq asan deyil. Çünki həmin insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər və qayıtmalıdırlar.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Medianın özünütənzimləməsi ilə bağlı yeni şəbəkə yaradılıb
|
Avropa Mətbuat Şuraları Alyansının Moskvada keçirilən XIII illik toplantısı başa çatıb. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun da qatıldığı iki günlük tədbirin ilk günü Avropada fəaliyyət göstərən eyni adlı qurumların hesabatları dinlənilib. MŞ-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Amaşov çıxış edərək rəhbərlik etdiyi qurumun XII toplantıdan keçən müddətdə gördüyü işlərdən söhbət açıb.
Tədbirin ikinci günündə iştirakçılar internet medianın cəmiyyətdəki rolu, bu tip media vasitələrində peşə davranışı qaydalarının pozulması halları, habelə mətbuatda rasizimin yayılmasındakı təzahür formaları və sair istiqamətlərdə fikir mübadiləsi aparıblar. Mətbuat şuralarının iqtisadi vəziyyətləri ilə də bağlı müzakirələrin getdiyi toplantıda mövcud sahədəki problemlərin mümkün həlli yollarına toxunulub.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
İsveç parlamentində Dağlıq Qarabağ münaqişəsinə dair qətnamə müzakirə ediləcək
|
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməsi və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmaq haqqının təsbit olunmasına dair qətnamənin İsveç parlamentində qəbul edilməsi üzrə təklif qeydiyyatdan keçirilib. İsveç-Azərbaycan Akademik Cəmiyyətindən (SAAS) “KƏLAMİNFO”ya bildiriblər ki, qətnamə hazırda Yaşıllar Partiyasının parlamentdəki fraksiyasının rəhbəri, millət vəkili Mehmet Kaplan tərəfindən qeydiyyatdan keçirilib.
Qətnamə layihəsində münaqişənin tarixçəsi təsvir edilib, müharibənin Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçı qüvvələrinin istəkləri üzündən baş verdiyi, nəticədə 1 milyon azərbaycanlı məcburi köçkünün doğma ev-eşiyindən didərgin düşməsi bildirilib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Saakaşvili Putinlə görüşmək istəyir
|
Gürcüstan prezidenti Mixail Saakaşvili rəsmən prezident vəzifəsinə hazırlaşan Rusiya hökumətinin başçısı Vladimir Putinlə görüşmək niyyətini bildirib. «KƏLAMİNFO»nun məlumatına görə, M.Saakaşvili bu bəyanatla «Rustavi-2» telekompaniyasının efirində bildirib. Gürcü lideri əlavə edib ki, müəyyən şərtlər yerinə yetirilməyəcəyi təqdirdə dialoq baş tutmaya bilər. Belə şərtlərdən biri Rusiyanın Abxaziya və Cənubi Osetiyadan qoşunlarının çıxarılmasıdır. «Nezavisimaya qazeta» yazır ki, müşahidəçilərin qənaətincə, Gürcüstan prezidentinin bu bəyanatı faktiki olaraq Gürcüstanda səfərdə olmuş Fransa prezidenti Nikola Sarkozinin çağırışına cavab olub. Sarkozi öz çağırışında bildirmişdi ki, Rusiya Gürcüstanı bir sıra ərazilərindən məhrum edib və bu səbəbdən də o, Rusiyanı yenidən Gürcüstanın müttəfiqi olmaq üçün addımlar atmağa çağırıb.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı alim Babur adına beynəlxalq mükafata layiq görülüb
|
AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər böyük dövlət xadimi, Hindistanda 332 il (1526-1858) hökm sürən Baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə Babur adına beynəlxalq mükafata layiq görülüb. Məlumatı “KƏLAMİNFO”ya AMEA Folklor İnstitutundan veriblər.
Qeyd edək ki, R.Əsgər bu günə kimi XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair-hökmdar Sultan Hüseyn Bayqaranın “Divan”ını da tərcümə edib.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Böyük Britaniyanın müdafiə naziri üzr istədi
|
Böyük Britaniyanın müdafiə naziri Liam Foks özünü onun müşaviri kimi qələmə verən Adam Uerriti ilə bağlı yaşanan qalmaqala görə üzr istəyib. «KƏLAMİNFO» BBC-yə istinadən xəbər verir ki, Foks Uerriti ilə münasibətlərinə görə kəskin tənqidlərə məruz qalıb. Uerriti heç bir rəsmi posta tutmadığı halda özünü nazirin müşaviri adlandırırmış. Baş nazir Devid Kemeron öz növbəsində müdafiə naziri və özünü nazirin müşaviri kimi təqdim edən şəxslə bağlı aparılan təhqiqatın nəticələrini təqdim etməyi tələb edib.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 23 24 25 26 27 28 29 30 31 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|