|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
Dilənçilər
|
Kirayə uşaqlar, qaraçı sirri və sevgililər “ovçusu”
Dərsə tələsirdim. Mətbuat prospektini keçib universitetə aparan səkiyə düzəlmişdim ki, “qardaş bir dəqiqə olar səni” - deyə, sağ tərəfdəki hasarın tinindən kimsə astadan səsləndi. Təxminən 30-35 yaşlarında bir kişi və bir qadın idi. Elə ilk baxışdan ər-arvad təsiri bağışlayırdılar. Məni çağıran kişi idi. Ayaq saxlayıb yaxınlaşdım, qadın başını aşağı salıb nisbətən kişinin arxasında gizlənməyə çalışdı. Kişi isə asta səslə: - Qardaş, biz uzun illərdən sonra niyyətimizə çatmışıq - yeganə övladımız olub. Niyyət eləmişdik ki, övladımız olsun, küçələrə düşüb pul yığacağıq, qurban alıb kəsəcəyik. Sənin də nə imkanın varsa Allah yolunda bu niyyətimizə kömək et...
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Milli pulun tarixi
|
Azərbaycanın milli valyutası – manatın dövriyyəyə buraxılmasından 19 il ötür. Hazırda istifadə etdiyimiz müstəqil Azərbaycan Respublikasının manatı 1992-ci ilin avqustun 15-də dövriyyəyə buraxılıb. O zaman 1, 10 və 250 manatlıq əskinaslar dövrüəyyə Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” Fərmanına müvafiq olaraq buraxılıb. Bəs Azərbaycanın pul emissiyasının tarixi nə vaxtdan başlayır? Ax müstəqillikdən öncə də pullarımız olub.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
İstiqlal mücadiləmizin şanlı səhifəsi
|
Ötən XX əsr xalqımızın yaddaşında bir sıra inqilablar, müharibələr və qanlı hadisələr-lə yadda qalsa da, tarixin məhz bu zaman kəsiyində iki dəfə müstəqilliyə qovuşmuşuq.
Rusiyada 1917-ci il Oktyabr İnqilabı - qanlı hərbi çevrilişindən sonra, imperiyanın əra-zisində yaşayan müxtəlif millətlərin habelə Azərbaycan xalqının demokratik fikirli ziyalı-ları öz dövlətlərini qurmaq, müstəqilliklərini bərqərar etmək yolunda mücadiləyə başla-dılar.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: “Biz Masallının inkişafının yeni dövrünü yaşayırıq...”
|
İcra Başçısı Qəzənfər Ağayev: “Prezident tərəfindən işimizə verilən bu yüksək qiymət bizi arxayınlaşdırmamalıdır...”
Bu yerlərin yayı isti, bürkülü, payızı çiskin və yağışlı, qışı mülayim olur. Yazda yamyaşıl ağaclarla, sıx meşələrlə, qışda ağappaq qarla örtülü Talış dağları bu torpağa ayaq basanları mehribanlıqla salamlayır. Bir sözlə, ölkəmizin cənubunda yerləşən Masallı rayonu Azərbaycanın ən səfalı və füsunkar guşələrindən biridir. Son illər Masallının siması xeyli dəyişib və müasir şəhərə çevrilib. Ümummilli lider Heydər Əliyevin adını daşıyan park əsaslı şəkildə yenidən qurulub.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
|
|
|
|
|
Canavar balası
|
Qurd Cəbrayıl: "Bilirdim ki Qəmərli kimi çekistlər heç vaxt heç kimin cinayətini bağışlamazlar". ("Arxadan vurulan zərbə")
Həyat hadisələrlə doludur. Dialektik fəlsəfədə deyilir; hər şey axır, hər şey dəyişir. Hadisələr də müxtəlif olur. Bəzən gözləmədiyimiz halda elə qəribəliklərlə rastlaşırıq ki, hadisələrin nədən və necə baş verdiyinin izahını tapmaqda aciz qalırıq. Elə o səbəbdəndir ki, qəfıl olaraq dünyanın üzünə bozardığım bütün çılpaqlığı ilə görür, lakin çıxış yolu müşkülə çevriləndə özünü olduqca tənha hiss edir, sanki bütün ümidləri qırlmış ən miskin, həm de kimsəsiz bir vücuda çevrildiyinin fərqinə varmaya bilmirsən. Və elə buradaca düşünürsən ki, əcəba, axı nə üçün...
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 8 9 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|