Sarkisyan Sarkozini mükafatlandırdı
|
Ermənistan prezidenti Serj Sarkisyan fransalı həmkarı Nikola Sarkozini “Şöhrət” ordeni ilə təltif edib. «KƏLAMİNFO» «News.ru»a istinadən xəbər verir ki, Sarkozi bu mükafata ənənəvi erməni-fransız dostluq əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təhlükəsizliklə bağlı tədbirlərin qorunması işindəki xidmətlərinə görə layiq görülüb.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Sarkozi Yerevana 400 cangüdənlə gəlib
|
Fransa prezidenti Nikola Sarkozinin Ermənistana səfəri ilə bağlı həddən artıq ciddi təhlükəsizlik tədbirləri görülüb. Belə ki, fransız lider Ermənistana 400-dək cangüdən gətirib. «KƏLAMİNFO» «Aykakan Jamanak» qəzetinə istinadən xəbər verir ki, Yerevanda əsl nəqliyyat kollapsı yaşanıb. Bütün yollar bağlanıb. Yerevan sakinləri şəhərə metro ilə gəlməyə üstünlük verdiklərindən metro stansiyalarında çaxnaşma yaranıb. Əyalətlərdən Yerevana gəlmək isə qeyri-mümkün olub.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Sarkozi: “Fransa Türkiyəni Avropa Birliyində görmür”
|
Yerevanda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, onun ölkəsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşıdır. «KƏLAMİNFO»nun məlumatına görə, Ermənistan prezidenti Serj Sərkisyanla birgə mətbuat konfransı keçirən Sarkozu qeyd edib ki, ölkəsinin Türkiyənin Avropa Birliyinə üzvlüyü məsələsində mövqeyi dəyişməz qalır: «Türkiyə dünyada mühüm rol oynayır, əhəmiyyətli uğurlar əldə edib, lakin Fransa Türkiyəni Avropa Birliyində görmür. Mənim bu məsələdə mövqeyim dəyişməyib və dəyişməsi üçün səbəb yoxdur».
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
DTXK-yə torpaqların qanunsuz zəbt edilməsi ilə bağlı 8000 şikayət daxil olub
|
Bu vaxta qədər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə torpaqların qanunsuz zəbt edilməsi və digər bu kimi problemlərlə bağlı 8000 şikayət daxil olub.”KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı DTXK sədri Qərib Məmmədov deyib.
Onun sözlərinə görə, qanun pozuntularının 4000-i DTXK-nin mütəxəssisləri tərəfindən aradan qaldırılıb. O, bu vaxta qədər 3,5 mln. əhaliyə torpaq mülkiyyətinin verildiyini də söyləyib.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Məcburi köçkünlərin məskunlaşdırılmasına 1582,8 ha ərazi ayrılıb
|
Bu günə qədər məcburi köçkünlərin məskunlaşdırılması məqsədilə onlara 1582,8 ha ərazi ayrılıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.
Komitə sədri deyib ki, bu ərazilər onlar üçün qəsəbələrin salınması, həyətyanı sahələr və kənd təsərrüfatı ilə məşğul olmaq üçün verilib. Onun sözlərinə görə, bunun 12,0 hektarı Abşeron, 627,4 hektarı Ağcabədi, 20 hektarı Göygöl, 634,4 hektarı isə Beyləqan və Füzuli rayonlarında ayrılıb.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
|
YAP GB-nin nümayəndə heyəti Brüsselə səfər edəcək
|
Avropa Xalqları Partiyası (EPP) ilə Yeni Azərbaycan Partiyası arasında səmərəli əməkdaşlıq münasibətlərinə uyğun olaraq yeni bir layihənin həyata keçirilməsi nəzərdə tutulub. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, EPP-nin dəvəti ilə 28 noyabr–4 dekabr tarixləri arasında YAP Gənclər Birliyinin nümayəndə heyəti Brüsseldə səfərdə olacaq. Səfər proqramı çərçivəsində nümayəndə heyəti EPP-nin, Avropa Birliyi və Avropa Parlamentinin baş qərargahında bir sıra görüşlər keçirəcək.
Avropa Xalqları Partiyası Avropanın ən böyük siyasi partiyasıdır. Tərkibinə 39 ölkədən 74 siyasi partiya daxildir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 2008-ci ildən Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edir və bir sıra qarşılıqlı səfərlər həyata keçirilib.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
|
Baş prokuror Zakir Qaralov İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb
|
Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşüb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd edib, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat verib.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
“Müasir Azərbaycan: dövrün baxışında” kitabının təqdimatı keçirilib
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbycan” qəzetinin nəşr etdiyi “Müasir Azərbaycan: dövrün baxışında” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri açan “AzərTAc” Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
|