|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
Hərbçilərimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
|
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri oktyabrın 17-dən 20-dək Cenevrədə SNT təlim və tədris mərkəzlərinin rəislərinin 12-ci illik konfransına, Azərbaycan-Çexiya İkitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 17-dən 21-dək Praqada Silahlandırma və hərbi texnologiyalar üzrə ekspertlərin işçi görüşünə, həmçinin kütləvi qırğın silahlarından müdafiə məsələləri üzrə ekspertlərin işçi görüşünə qatılacaqlar.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Ermənistan tərəfindən işğal olunmuş ərazilər transmilli cinayət üçün istifadə olunur
|
Bu gün Bakıda Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, tədbirin açılışında Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan məktubunu oxuyub.
Konfransın açılışında baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov Azərbaycanda narkotiklərlə mübarizə sahəsində aparılan işlər, qanunvericilik bazasının təkmilləşdirilməsi barədə məlumat verib. Ə.Həsənov qeyd edib ki, 2010-cu ildə ölkədə 25 489 nəfər narkotik istifadəçisi qeydə alınıb ki, bu da mütəxəssislərin fikrincə, real rəqəm deyil.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Məşhur opera yeni quruluşda səhnələşdirilir
|
Cüzeppe Verdinin məşhur “Aida” operası Dövlət Akademik Opera və Balet Teatrında yeni quruluşda operasevərlərə təqdim olunacaq. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, əsas partiyasının Çinarə Şirinin ifa edəcəyi tamaşanı italyan drijor Canluka Mardjiano idarə edəcək.
Qeyd edək ki, digər partiyalar Gürcüstanın Xalq artisti Teymuraz Ququşvilinin, Azərbaycanın Əməkdar artistləri Fidan Hacıyeva və Əli Əsgərovun, vokal ifaçıları Əvəz Abdullayev və Əkrəm Poladovun ifasında səslənəcək.
Xatırladaq ki, yeni quruluş veriləcək opera cari ilin oktyabrın 29-da səhnədə olacaq.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
Ermənistan Prezident Aparatına yeni rəhbər təyin olunub
|
Ermənistan prezidenti Serj Sarkisyan Prezident Aparatının rəhbəri vəzifəsinə Viqen Sarkisyanın təyin edilməsi barədə fərman imzalayıb. “KƏLAMİNFO” erməni saytlarına istinadən xəbər verir ki, Prezident Aparatının əvvəlki rəhbəri Karen Karapetyanın istefasından sonra Viqen Sarkisyan müvəqqəti olaraq bu səlahiyyətləri icra edirdi.
O, 2009-cu ildən Prezident Aparatı rəhbərinin müavini, ona qədər isə prezidentin məsləhətçisi vəzifəsini icra edib.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
“Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları” adlı monoqrafiya işıq üzü görüb
|
Texnika elmləri namizədi, dosent, dünya bərpa olunan enerji şəbəkəsinin üzvü Fuad Məmmədovun “Azərbaycanda günəş enerjisindən istifadə və müasir günəş energetik qurğuları” adlı monoqrafiyası işıq üzü görüb. “KƏLAMİNFO”nun verdiyi məlumata əsasən, monoqrafiyada günəş izləyici sistemlərə malik parabolosilindirik və paraboilk konsentratorlu günəş energetik qurğuları, 4 müxtəlif konstruksiyalı və fərqli materiallardan hazırlanmış yastı günəş kollektorları, günəş hava qızdırıcısı, günəş istilik akkumulyatoru, günəş fotoelement gücləndiricisi, kombinə olunmuş yastı günəş kollektor-akkumulyatoru, günəş mətbəxi, bir və ikikonturlu istilikdəyişdiricilər, günəş Stirlinq mühərriki, günəş buxar turbini və digər enerji çeviriciləri haqqında ətraflı məlumat verilib.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda 1 930 670 nəfər fərdi şəxsi hesabı olan sığortaolunan var
|
Oktyabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7,23 faiz artıb. Belə ki, cari ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 130 218 sığortaolunana fərdi şəxsi hesab açılıb. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 930 670 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir - 1 079 495 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 851 175 nəfəri isə qadındır.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
Xələf Xələfov: Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb
|
Xəzərin hüquqi statusu ilə bağlı İşçi Qrupun növbəti toplantısı Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, İşçi Qrupun iclasının noyabrda keçirilməsi planlaşdırılsa da, dəqiq tarix hələlik müəyyənləşdirilməyib: “Lakin əsas görüşlərin Xəzəryanı ölkə başçılarının Moskvada keçiriləcək sammiti çərçivəsində baş tutması planlaşdırılır. Ehtimal var ki, bununla bağlı müzakirələr gələn il daha da intensivləşsin”,-deyən nazir müavini bildirib ki, Xəzərin hüququ statusunun müəyyənləşməsi ilə bağlı bu günə kimi çox iş görülüb, çox məsələ müzakirə edilib: “Lakin açıq qalan məqamlar sadə məsələlər deyil. Arzu edirik ki, gələn il Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr yekunlaşsın”.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Qarabağ erməniləri güclü dövlətin vətəndaşı olmaq istəyirlər”
|
“Son proseslər göstərir ki, ən azı aparıcı dövlətlər Dağlıq Qarabağ münaqişəsini həll etməyə maraq göstərir və bu fakt Azərbaycana çox sərf edir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.
Politoloqun sözlərinə görə, çünki prinsip etibarı ilə bu konkret məsələdə Azərbaycanla aparıcı dövlətlərin mövqeləri üst-üstə düşür. “Söhbət Azərbaycanın ərazi bütövlüyündən, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsindən və Qarabağ probleminin danışıqlar prosesinin ikinci dövrü zamanı mərhələlərlə həllindən gedir.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputatlar Parlamentlərarası İttifaqın 125-ci sessiyasına gediblər
|
Bu gün İsveçrənin Bern şəhərində Parlamentlərarası İttifaqın 125-ci sessiyası keçiriləcək. Milli Məclisin deputatları Gülçöhrə Məmmədova, Əhliman Əmiraslanov, İlham Əliyev, Əhməd Vəliyev və Fuad Muradov tədbirdə iştirak etmək üçün bu ölkəyə yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Sessiyada qurumun nizamnaməsi və qaydalarına dəyişikliklər edilməsi, BMT ilə əməkdaşlıq, nümunəvi idarəçilik və onun tətbiqi məsələləri, habelə aclıqdan əziyyət çəkən Somali əhalisinə yardım göstərilməsi barədə müzakirələr aparılacaq. Tədbirin sonunda qətnamənin qəbul edilməsi nəzərdə tutulub.
Deputatlarımız sessiyada müzakirəyə çıxarılacaq məsələlərə münasibətlərini bildirəcəklər.
Tədbir oktyabrın 19-a kimi davam edəcək.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
ABŞ dövlət katibinin müavininin Azərbaycana səfəri başlayır
|
ABŞ dövlət katibinin müavini Uilyam Börnsün bu gün Azərbaycana səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində Börns Azərbaycanda dövlət rəsmiləri, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri və bir sıra siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi, ölkədəki vəziyyət, strateji əməkdaşlıq, eləcə də regionda ümumi maraqlar ətrafında danışıqlar aparılacaq.
Bununla yanaşı, ABŞ rəsmisi regional sülh və təhlükəsizlik, iqtisadi inkişaf və demokratik islahatlar barədə fikir mübadiləsi aparacaq.
Uilyam Börns Bakıdan sonra Gürcüstan və Ermənistana gedəcək.
|
17.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|