Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  1 2 3 4 5 6  #
    TürkPA Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək
    TürkPA beynəlxalq müşahidəçilər missiyası oktyabrın 30-da Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər. TürkPA missiyası namizədlər üçün yaradılmış şərait, seçki təbliğatı, seçkilərə hazırlıq prosesi ilə tanış olacaq, təbliğatın qadağan olduğu günü müşahidələr aparacaq, seçki günü seçki məntəqələrində, dairə komissiyalarında olacaq, səsvermənin gedişatını izləyəcək və səslərin sayılma prosesində iştirak edəcək. TürkPA missiyası seçkilər prosesini Bişkekdə izləyəcək. Missiyanın tərkibinə Azərbaycan, Qazaxıstan və Türkiyə millət vəkilləri və TürkPA Katibliyinin əməkdaşları daxildir. TürkPA missiyası səfər çərçivəsində Qırğızıstanın Mərkəzi Seçki Komissiyasının sədri Abdraimov Tuyqunalı və Xarici İşlər Naziri Ruslan Kazakbayevlə görüşəcək. Bundan başqa oktyabrın 31-i tarixində TürkPA beynəlxalq müşahidəçilər missiyası Bişkekdə seçkilərin nəticələrinə dair mətbuat konfransı keçirəcək, yekun rəyi mətbuata, ictimaiyyətin nümayəndələrinə və beynəlxalq təşkilatlara təqdim edəcək.
    28.10.11 Məqaləni oxumaq
     
    Ekspertlər Türkiyə-Ermənistan münasibətlərini müzakirə edəcəklər
    Oktyabrın 29-30-u tarixlərində İstanbulda Türkiyənin Orta Doğu Texniki Universiteti (ODTÜ), Türkiyə Odalar və Borsalar Birliyi Universitetinin (TOBB) birgə təşkilatçılığı və Türkiyə Xarici İşlər Nazirliyi nəzdindəki Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi: yenidən canlandırma perspektivi” adlı beynəlxalq tədbir keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən veriblər.
    28.10.11 Məqaləni oxumaq
     
    İsveçrə prezidenti Mişelin Kalmi-Rey Azərbaycana gələcək
    Cari ilin sonuna kimi İsveçrə prezidenti xanım Mişelin Kalmi-Rey və vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri xanım Sabin Ulma Şaban bildirib. O, qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında münasibətlərin inkişafına və yeni layihələrin müzakirəsinə toxunulacaq. “Bu il Azərbaycan-İsveçrə münasibətlərinin inkişafı üçün çox uğurlu il olub” - deyə səfir vurğulayıb.
    27.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanın iştirakı ilə folklorun qorunması ilə bağlı beynəlxalq Konvensiya hazırlanır
    “Folklorun qorunması haqqında hələlik beynəlxalq Konvensiya qəbul edilməyib. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının müvafiq komitəsində Konvensiya layihəsi hazırda müzakirə edilir. Azərbaycan tərəfi bu müzakirələrdə fəal iştirak edir”. Bu fikirləri “KƏLAMİNFO”ya müsahibəsində Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayat Həsənli deyib. Şöbə müdirinin sözlərinə görə, Konvensiya qəbul ediləndən sonra folklorun beynəlxalq qorunma aləti olacaq: “Amma indiyədək belə bir alət yoxdur. Bu, yalnız milli qanunvericilik səviyyəsində qorunur”.
    27.10.11 Məqaləni oxumaq
     
    Obama pul yığmaqda liderlik edir
    Birləşmiş Ştatlar prezidenti Barak Obama ən aşağı reytinqə baxmayaraq, prezident seçkiləri yarışmasında vəsait toplanışına görə liderlik edir. «KƏLAMİNFO» «Kommersant»a istinadən yazır ki, Ağ evin rəhbəri təqribən 90 milyon dollar toplayıb. Bu, respublikaçı-namizədlərin hamısının bütövlükdə əldə etdikləri vəsaitdən çoxdur. Lakin ekspertlər əmindirlər ki, Barak Obama vaxtından əvvəl təntənəsini qeyd etməməlidir - çox vəsait toplanışı həlledici deyil. Amerikanın Seçkilər üzrə Federal Komissiyası namizədlərin sentyabr ayının sonuna qədər topladıqları vəsaitin məbləğini açıqlayıb.
    27.10.11 Məqaləni oxumaq
     
    Yaponiyanın baş naziri maaşını azaldır
    Yaponiyanın baş naziri Esixiko Noda və onun kabinet üzvləri özlərinin əmək haqlarını gələn aydan ixtisar etmək qərarına gəliblər. «KƏLAMİNFO» «Qazeta.ru»ya istinadən xəbər verir ki, qərar hökumətin iclaslarından birində qəbul edilib. Noda öz əmək haqqını 30 faiz, kabinet üzvləri isə 20 faiz azaltmaq qərarına gəliblər.
    27.10.11 Məqaləni oxumaq
     
    ABŞ Tehranda “virtual səfirlik” açacaq
    ABŞ dövlət katibi Hillari Klinton İranda diktatura olduğunu düşündüyünü deyib. Klinton bildirib ki, Birləşmiş Ştatlar iranlıları onların azadlıq istəklərinin tamamilə legitim olduğuna əmin etmək istəyir. «KƏLAMİNFO»nun məlumatına görə, dövlət katibi Amerikanın fars xidməti PNN-nin Parazit proqramı üçün müsahibədə İran xalqına birbaşa müraciət edib. O deyib ki, Birləşmiş Ştatlar bu ilin sonuna qədər Tehranda “virtual səfirlik” açacağına ümid bəsləyir. Dövlət katibinin sözlərinə görə, Amerika iranlılarla münasibətlərin yaxşılaşdırılmasını istəyir və iranlı tələbələri Birləşmiş Ştatlarda təhsil almağa təşviq edir. O bildirib ki, Vaşinqton İranın internet kommunikasiyaları üzərində qoyduğu əngəlləri aradan qaldırmaq üçün iranlılara imkanların verilməsi yollarını axtarır.
    27.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda qanunvericiliyin Avropa İttifaqının direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı və Çexiya Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə sabah Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının (Aİ) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ETSN-nin mətbuat xidmətindən veriblər. Seminar Avropa İttifaqına üzv olan dövlətlərin təcrübələrindən istifadə edilməklə milli və regional siyasi çərçivələrdə Aİ-nin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin həyata keçirilməsinə addım-addım yanaşmaq məqsədi daşıyır. Tədbirdə aidiyyəti dövlət qurumları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulur.
    27.10.11 Məqaləni oxumaq
     
    Səfir Emil Kərimov Bolqarıstanın “BNT” kanalına müsahibə verib
    Ölkəmizin Bolqarıstandakı səfiri Emil Kərimov dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar Bolqarıstanın “BNT” kanalına müsahibə verib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfir müstəqillik tarixindən danışarkən ilk dövrlərdəki çətin iqtisadi və siyasi vəziyyətdən, əhalinin ağır, acınacaqlı vəziyyətindən, həmin qarışıq dövrlərdə ərazi bütövlüyümüzün ermənilər tərəfindən pozulması və torpaqlarımızın 20%-nin işğal olunmasından bəhs edib. Azərbaycanı çətin vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevin yeritdiyi xarici və daxili siyasət və apardığı islahatlar haqqında da ətraflı məlumat verən səfir sonrakı dövrlərdə Azərbaycanın hərtərəfli inkişafını sübut edən göstəriciləri də diqqətə çatdırıb.
    27.10.11 Məqaləni oxumaq
     
    Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun proqramı açıqlanıb
    Sabah Bakıda keçiriləcək Türkdilli Ölkələrin və Toplumların II Media Forumunun proqramı açıqlanıb. Azərbaycan Mətbuat Şurası və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə reallaşacaq foruma Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyəti, Rusiya Federasiyasının Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikaları, Ukraynanın Krım Muxtar Vilayəti, Moldovanın Qaqauz Muxtar Ərazisi, Avropada türklərin kompakt məskunlaşdığı bölgələr - İraq, Bolqarıstan, Yunanıstan, Makedoniya, Kosovadan nümayəndələr qatılacaqlar. Məlumatı “KƏLAMİNFO”ya Mətbuat Şurasından veriblər.
    27.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31