|
Səhifələr : # 19 20 21 22 23 24 25 26 27 #
Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya hazırlanıb
|
Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya artıq işçi qurup tərəfindən hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu təhsil naziri Misir Mərdanov deyib.
M.Mərdanov bildirib ki, 2011-2021 illərdə Azərbaycan Təhsilinin İnkişafı üzrə Milli Strategiya” hazırlanaraq Prezident yanında Təhsil Komissiyasına təqdim olunub. “Strategiya yəqin ki, bu yaxınlarda ölkə başçısı tərəfindən təsdiq olunacaq”-deyə nazir vurğulayıb.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Hillari Klinton: İran terrorizmi getdikcə daha fəal dəstəkləyir
|
ABŞ-ın dövlət katibi Hillari Klinton İranı terrorizmi getdikcə daha fəal dəstəkləməkdə ittiham edib. «KƏLAMİNFO» «Assoşieyted Press»ə istinadən xəbər verir ki, o, Vaşinqtonda konfransda çıxışı zamanı qeyd edib ki, Tehran tərəfindən terrorizmə dəstəyin təhlükəli şəkildə artmasını müşahidə edir. Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirinin öldürülməsi məqsədi ilə hazırlanmış sui-qəsddə İranın mümkün iştirakı haqqında məlumatı şərh edən Klinton vurğulayıb ki, Tehran öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, ABŞ hakimiyyəti artıq İrana beynəlxalq təzyiqin gücləndirilməsinin mümkün üsullarını öyrənir. Klinton sui-qəsdi beynəlxalq normaları pozan «məsuliyyətsiz akt» adlandırıb.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Britaniya yeni qanunların qəbuluna hazırlaşır
|
Böyük Britaniyanın baş naziri Devid Kameron Britaniya krallığının xələflərinə dair qanunun dəyişdirilməsinin müzakirəyə çıxarılacağını deyib. “KƏLAMİNFO” “BBC”yə istinadən xəbər verir ki, onun irəli sürdüyü təklif cinsindən asılı olmayaraq ilk uşağın taxta çıxmasını tələb edir. Beləliklə, şahzadə Uilyamsla onun xanımının ilk uşağı cinsindən asılı olmayaraq, krallığa sahib olacaq. Kameron Britaniya monarxının katoliklə evlənməsinə qoyulan yasağın da dəyişdirilməsini təklif edir. Təklif Britaniya Birliyinə daxil olan, Karib adaları, Kanada, Avstraliya və bir necə Sakit okeanı adalarına təqdim edilib.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın “Eurovision -2012” ilə bağlı ehtiyat variantları var
|
Azərbaycanda “Eurovision -2012” müsabiqəsinin keçirilməsi ilə bağlı ehtiyat variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunda da təmir aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
O, qeyd edib ki, hazırda əsas tikinti Bayraq Meydanında aparılır. “Amma ehtiyat variant kimi Respublika Stadionu da “Eurovison” müsabiqəni qəbul edə bilər. Bununla yanaşı, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də müsabiqəni qəbul etməyə hazırdır. Amma həmin binanın müasir standartlara uyğunlaşdırılması üçün müəyyən işlər görülməlidir. Biz müsabiqəni keçirmək üçün heç bir problem görmürük. İnanıram ki, Azərbaycan 2012-ci ilin mayında müsabiqəni çox layiqli şəkildə keçirəcək”,-deyə nazir əlavə edib.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
“Eurovision–2012” Milli seçim turuna 2 gün qaldı
|
“Eurovision–2012” üçün Milli seçim turu başlamaq üzrədir. “KƏLAMİNFO” İTV-yə istinadən xəbəbr verir ki, Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio bu müsabiqə ölkəmizin təmsilçisini müəyyən etmək üçün Milli seçim turuna start verir. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision” mahnı yarışmasında iştirak etmək arzusunda olanların sənədləri cari ilin oktyabr ayının 15-dən 25-dək anket formasında qəbul ediləcək. İTV-dən bildiriblər ki, müsabiqə tam olaraq “Eurovision” Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Ramil Usubov Ermənistana getdi
|
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin daxili işlər nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtı İrəvan şəhərinə yola düşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DİN-in mətbuat xidmətindən veriblər.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Xalq kompüteri nədir?
|
Azərbaycanda informasiya cəmiyyətinin yaradılması və XXI əsrin tələblərinə cavab verən müasir informasiya infrastrukturunun formalaşdırılması istiqamətində işlər görülməkdədir. İnformasiya texnologiyalarının əsas elementlərindən biri olan “kompüterləşmə” və onun yaratdığı imkanlardan istifadə informasiya texnologiyalarını daha geniş məzmunda mənimsəməyə imkan yaradır. Təsadüfi deyildir ki, beynəlxalq hesabatlarda bu amillər - əhalinin kompüter savadlılığı səviyyəsi və adambaşına düşən kompüterlərin sayı hər bir ölkənin texnoloji yeniliklərə hazırlıq səviyyəsinin başlıca göstəricisi kimi qiymətləndirilir.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov: “Müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz”
|
“Məktəblərimizin demək olar ki, hamısında müasir İKT avadanlıqları quraşdırılıb. Müəllimlərimizin 70 minə yaxını müxtəlif İKT kurslarında iştirak edib və sertifikatlar alıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov deyib.
Nazir xatırladıb ki, müəllimlərin İKT bacarığını 5 il qabaqdakı səviyyə ilə müqayisə etmək olmaz. “Biz hər il “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı məktəbi” müsabiqəsini həyata keçiririk. Bu müsabiqədə əvvəllər bir qayda olaraq müəllimlər və məktəb direktorları təqdimatlarını kağızın üzərinə baxmaqla keçirirdilər. Amma mən çox sevinirəm ki, bu gün bütün təqdimatların hamısı İKT-nın köməyi ilə həyata keçirilir”,-deyən M.Mərdanov hesab edir ki, təhsil sahəsindəki uğurlardan ən başlıcası İKT-nın bu sahədə tətbiqidir.
Nazir xatırladıb ki, hazırda 1000-dən çox məktəb geniş zolaqlı davamlı internet şəbəkəsinə qoşulub. Qarşıya isə 1 şagirdə bir kompüter məsələsi qoyulub.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Ramil Həsənov: “TürkPA Beynəlxalq Parlament İttifaqının sessiyasında müşahidəçi statusunda iştirak edəcək”
|
Beynəlxalq Parlament İttifaqının 125-ci plenar sessiyasında iştirak etmək üçün TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlament Məclisinin sədri Ural Muxamadcanovun başçılığı altında TürkPA-nın nümayəndə heyəti İsveçrənin Bern şəhərinə səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına TürkPA-nın baş katibi Ramil Həsənov məlumat verib.
R.Həsənov bildirib ki, səfər 16-19 oktyabr tarixlərini əhatə edir. “Beynəlxalq Parlamennt İttifaqı dünyanın 155 dövlətinin parlamentini birləşdirən ən böyük təşkilatdır. 125-ci plenar sessiyada isə TürkPA rəsmi olaraq müşahidəçi statusu ilə iştirak edəcək. Həmçinin, nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulur. Bu da qurumun gələcək əlaqələrinin möhkəmləndirilməsi və yeni münasibətlərin qurulması məqsədini daşıyır”,-deyə R.Həsənov vurğulayıb.
|
12.10.11 Məqaləni oxumaq
|
|
|
Zahid Oruc: “Fransanın regiona nüfuz etmək niyyəti var”
|
“Nikola Sarkozi çalışır ki, Fransanın Cənubi Qafqaza marağını nümayiş etdirsin və bu ölkələrlə mühüm strateji-iqtisadi, siyasi planlarının mövcudluğunu göstərsin. Fransa Cənubi Qafqazda gedən proseslərə aktiv təsir göstərmək niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc bildirib.
O qeyd edib ki, Fransa Avropa İttifaqında xüsusi çəkiyə malik olan dövlət kimi həmişə özünəməxsus mövqe tutub və proseslərin fərqli aspektə getməsində rol oynayıb. “Avropa arealında ABŞ-dan və digər nəhəng ölkələrdən fərqli siyasəti gündəliyə çıxarmaq və onu həll etməyi bacarmaq Fransanın imkanları çərçivəsindədir və bu baxımdan bizim regiona nüfuz etmək niyyəti var” - deyə deputat vurğulayıb. Z.Oruc deyir ki, son iki ildə Qarabağla bağlı Rusiyanın aktiv rəhbərliyi altında həmsədrlərin iştirakı ilə keçirilən görüşlərin heç bir nəticə verməməsi fonunda N.Sarkozi bölgədə nüfuz qazanmaq istəyir.
|
12.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 19 20 21 22 23 24 25 26 27 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|