Elmar Məmmədyarov: Böyük sülh sazişi üzərində işləməyə hazırıq
|
“Biz Dağlıq Qarabağ problemi üzrə aparılan danışıqlarda açıq qalan məsələlərə toxunmadan böyük sülh sazişi üzərində işləməyə hazırıq. Açıq qalan məsələlər üzərində iş sürətləndirilməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. E.Məmmədyarov xatırladıb ki, Azərbaycan əvvəl bəyan etdiyi kimi, indi də böyük sülh sazişi üzərində işlərə başlanmasını istəyir: “Düşünürük ki, böyük sülh sazişi üzərində işə başlamaq lazımdır. İndiyə kimi razılaşdırılan məsələlər əsasında böyük sülh sazişinin hazırlanmasına başlamaq olar”. Nazir xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə regiona səfər edəcəklər. Onun sözlərinə görə, səfər çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların nə yerdə olması müzakirə olunacaq, danışıqlarda açıq qalan məsələlər müəyyən ediləcək.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
“Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun–105” keçiriləcək
|
Xalq şairi Səməd Vurğunun 105 illik yubileyi keçiriləcək. Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun–105” adlı anım tədbiri Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev–muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi tərəfindən birgə həyata keçiriləcək: “Yubiley tədbirinin proqramı zəngindir. Öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək, məzarı üzərinə güllər qoyacaqlar. Ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilova çıxış edəcək. Daha sonra mərasim iştirakçıları Səməd Vurğun bağında ucaldılmış şairin heykəli önündə ədibi yad edəcəklər. Burada filologiya üzrə fəlsəfə doktoru, Vurğunşünas Aslan Salmansoy çıxış edəcək, muzeyin elmi işçisi Mələk Musayeva Vaqif Səmədoğlunun “Atamın məktublarına cavab” şeirindən bir parça səsləndirəcək”.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
Ərdoğan Qazaxıstan səfərini ləğv etdi
|
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qazaxıstana planlaşdırılan səfərini ləğv edib. “KƏLAMİNFO” “Milliyət” qəzetinə istinadən xəbər verir ki, səfərin baş tutmamasına səbəb Türkiyənin Hakkari vilayətinin Çukurca qəsəbəsində PKK terrorçularının hücumu zamanı 24 əsgərin şəhid olması xəbəridir.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
Türkiyə PKK-nın İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb
|
Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində 24 əsgərin və Bitlisin Güroymaq qəsəbəsində 5 polisin PKK terrorçuları tərəfindən şəhid edilməsindən sonra Türkiyə hərbi təyyarələri PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb. “KƏLAMİNFO” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu komandanları ilə birlikdə hadisə yerinə gedib.
Hazırda Türkiyə ordusu bölgədə terroristlərə qarşı geniş miqyaslı əməliyyata başlayıb.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 24 əsgər şəhid oldu
|
Türkiyənin cənub-şərqində, Hakkari vilayətinin Çukurca qəsəbəsi ərazisində PKK terrorçularının təhlükəsizlik qüvvələrinə qarşı hücumları nəticəsində çoxlu sayda hərbçi həlak olub. “KƏLAMİNFO” “Milliyət” qəzetinə istinadən xəbər verir ki, terrorçuların bir neçə istiqamətdə ağır silahlarla hücumu nəticəsində 24 əsgər şəhid olub 18 əsgəər isə yaralınıb. Hadisənin təfərrüatları hələlik bəlli deyil.
Hazırda Türkiyə ordusu bölgədə terroristlərə qarşı geniş miqyaslı əməliyyata başlayıb.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
Təhsil naziri: “Müəllim çatışmazlığı ilə bağlı problem yaşanmayıb”
|
“Müəllimlərin yaş senzi ilə bağlı təqaüdə göndərilməsindən sonra rayon mərkəzlərində, şəhərlərdə, əhalinin sıx məskunlaşdığı qəsəbələrdə müəllim çatışmamazlığı ilə bağlı problem yaşanmayıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında təhlis naziri Misir Mərdanov bildirib.
O bu kimi problemin ucqar kəndlərdə olduğunu qeyd edib. “Ucqar kəndlərdə, dağlıq yerlərdə müəyyən problemlər var və biz də onu həll etməyə çalışırıq”-deyə nazir vurğulayıb. M.Mərdanov həmçinin bildirib ki, böyük məktəblərin hər birində rəsmi psixoloq xidməti təmin edilib. “Kiçik məktəblərdə müəyyən çətinliklər var və respublikada eyni zamanda bu işi görməyi bacaran psixoloqların da sayı kifayət qədər deyil və bu istiqamətdə iş aparırıq”-deyə o, əlavə edib.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
Sinan Oğan Azərbaycan xalqını mütəqillik günü münasibətilə təbrik edib
|
Türkiyə Azərbaycan Dərnəyinin (TAD) fəxri sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Iğdırdan olan millət vəkili Sinan Oğan Azərbaycan xalqını dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə təbrik edib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata əsasən, Azərbaycanın müstəqilliyinin daim olmasını diləyən millət vəkili bu günün Türkiyə Böyük Millət Məclisində geniş şəkildə qeyd ediləcəyini bildirib:
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
|
TürkPA baş katibi Ramil Həsənov Qazaxıstana gedir
|
Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov 20-21 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçiriləcək Türkdilli Dövlət Başçılarının sammitində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TürkPA-dan veriblər.
Sammit çərçivəsində TürkPA baş katibinin xarici işlər nazirlərinin toplantısında, habelə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin iştirak edəcəyi sammitdə iştirakı planlaşdırılır. TürkPA baş katibinin Türkdilli Dövlət Başçılarının qarşısında TÜRKPA-nın bir illik fəaliyyəti ilə bağlı hesabat çıxışı nəzərdə tutulur. Səfər çərçivəsində R.Həsənovun həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) Baş katibi Halil Akıncı və TÜRKSOY-un Baş katibi Düsen Kaseynovla da iki tərəfli görüşləri planlaşdırılır.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Braziliyada səfirliyi açılacaq
|
Bu gün Azərbaycan və Ekvador Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq haqqında protokol imzalanıb. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib.
|
19.10.11 Məqaləni oxumaq
|
|
|
|