|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
Serj Sarkisyanın Rusiyaya dövlət səfəri başlayıb
|
Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya dövlət səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, oktyabrın 25-dək davam edəcək səfər zamanı Sarkisyanın rusiyalı həmkarı Dmitri Medvedevlə görüş keçirəcəyi, bir sıra hökumətlərarası və nazirliklərarası sazişlərin, habelə iki ölkə XİN-i arasında məsləhətləşmələrin planına dair protokolun imzalanması gözlənilir.
S.Sarkisyan habelə Rusiyanın hökumət rəhbəri, parlament sədri, Moskva meri ilə görüşəcək və Moskva Dövlət Universitetində çıxış edəcək.
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
Sarkisyan Moskvada forpost kimi danışdı
|
«Ermənistan bütün dövlətlərlə, o cümlədən geopolitik, eləcə də regional oyunçularla bərabərhüquqlu münasibətlər qurmağa can atır». «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan MDU-nun tələbə, professor-müəllim heyəti ilə görüşdə Ermənistanın qloballaşan dünyadakı yeri barədə sualı cavablandırarkən bildirib. «Ermənistan dünya proseslərinə cəlb olunma siyasəti həyata keçirir. AB-nin «Şərq tərəfdaşlığı» proqramında aktiv iştirak edir. Biz onu köklü dəyişiklər həyata keçirmək üçün ən yaxşı imkan hesab edirik. Bunun məqsədi ən yaxşı Ermənistan qurmaqdır. Ermənistan xarici siyasətində xüsusi diqqəti Rusiya ilə münasibətlərə yönəldir. İkitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır».
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
“Qarabağ şikəstəsi”nin səslənəcəyi sərgi-festivala iki gün qaldı
|
Danimarkada dünya etnik musiqilərindən ibarət “Womex The World Music Expo” sərgi-festivalına iki gün qaldı. “KƏLAMİNFO”nun məlumatına görə, 11 ildir ənənəvi olaraq keçirilən festivalda Azərbaycan da təmsil olunacaq. Ölkəmizin ilk dəfə təmsil olunduğu bu festivalda Xalq artisti Mənsum İbrahimovun “Qarabağ triosu” təmsil olunacaq. Azərbaycan təmsilçiləri sözügedən festivalda “Qarabağ şikəstəsi”ni ifa edəcəklər.
Azərbaycan musiqiçiləri festivala Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə qatılacaq.
Xatırladaq ki, “Womex The World Music Expo” sərgi-festivalı Danimarkanın paytaxtı Kopenhagendə oktyabrın 26-dan 30-dək keçiriləcək.
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
Ədliyyə naziri Fikrət Məmmədov korrupsiyaya qarşı mübarizəyə həsr edilən forumda iştirak edib
|
Mərakeşdə Kral VI Məhəmmədin patronajı altında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 5-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. Korrupsiyadan gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi aktual məsələlərə həsr olunan konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Konfransda 80 ölkədən olan 300-dən çox nümayəndə, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbər şəxsləri iştirak edib.
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
Xilasedicilərimiz Vandakı dağıntılar altından 4 cəsəd çıxarıb
|
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Türkiyənin Van vilayətində aparılan axtarış-xilasetmə işlərini davam etdirir. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, xilasetmə işləri nəticəsində dağıntılar altından daha 1 qadın və 1 kişi cəsədi tapılaraq çıxarılıb. Bununla da, FHN-in xilasediciləri tərəfindən dağıntılar altından 4 cəsəd çıxarılıb.
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir
|
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” Aİ-nin Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, xüsusi nümayəndə Filipp Lefort oktyabrın 26-27-də Azərbaycanda səfərdə olacaq.
Səfər çərçivəsində F.Lefort Bakıda Azərbaycan rəsmiləri ilə bır sıra görüşlər keçirəcək.
Aİ-nin xüsusi nümayəndəsi ilk dəfə bu ilin sentyabrında üç Cənubi Qafqaz ölkəsində səfərdə olub.
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
Türkiyədə baş verən zəlzələ Azərbaycanda da hiss olunub
|
Ötən gün yerli vaxtla 15:41:22– də Türkiyə ərazisində, Naxçıvandan 198 km cənubi-qərbdə Van gölü ətrafında zəlzələ qeydə alınıb. AMEA Seysmoloji Xidmət Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zəlzələ respublikanın bölgələrində: Sədərəkdə, Şərurda, Naxçıvanda, Babəkdə 3.5 – 3.0 bal gücündə hiss edilib. Azərbaycan ərazisində dağıntılar yoxdur. Zəlzələ maqnituda 7.30, dərinliyi isə 10 km olub.
|
24.10.11 Məqaləni oxumaq
|
|
|
Qloballaşma ailə dəyərlərini transformasiyaya uğradırmı?
|
Müxtəlif insanlarla ünsiyyətdə olduqca onlar haqqında beynimizdə formalaşan müsbət və ya mənfi təəssüratlarımızın kökünü ilk növbədə şəxsin boya-başa çatdığı ailədə və onun verdiyi tərbiyədə axtarırıq. Amma təəssüf ki, cəmiyyətdə son zamanlar ailədən qaynaqlanan mənfi təsirlərin təzahürləri kimi qiymətləndirdiklərimizin sayı artmaqdadır. Bəs, ailələrdə dəyişən mənəvi dəyərləri deformasiyaya uğradan reallıqlar, ailələrimizin bugünkü vəziyyəti necədir?
|
22.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanlı deputat: “Liviyanın başına gələnlərdən bütün xalqlar və elitalar nəticə çıxarmalıdır”
|
“Liviyanın və onun liderinin başına gələnlərdən təkcə rəhbərlər yox, həm də xalqlar və elitalar da nəticə çıxarmalıdırlar. Çünki istənilən ölkədə qarışıqlıq və xaos yaxşı heç nə vəd eləmir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, ekspert Musa Qasımlı bildirib.
O, müşahidələrinə əsaslanaraq deyib ki, hələ ki hadisələr baş verən ölkələrdə müsbətə doğru heç bir dəyişiklik yoxdur. “Qəddafi öldü, Səddam Hüseyni asdılar. Kim deyər ki, indi İraqdakı vəziyyət, ya da ki, Misirdəki vəziyyət əvvəlkindən yaxşıdır? Sadə insanları nəzərdə tuturam. Ölkəni uzun müddət idarə edən avtoritar şəxsin hakimiyyətdən getməsi ilə məsələ bitmir, əsas məsələ insanların nativ və daha effektiv idarə etmə sistemi yaratmasıdır”,-deyə M.Qasımlı vurğulayıb. Qeyd edək ki, yeddi aylıq qarşıdurmadan sonra ötən gün Liviya lideri Muəmmar Qaddafi usyançılar tərəfindən öldürülüb.
|
22.10.11 Məqaləni oxumaq
|
|
|
Prezident təqaüdçülərinin konserti keçiriləcək
|
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmış və Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş gənc musiqiçilərin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konsertdə Bakı şəhər Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nərgiz Hüseynova (skripka), R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Kamil Həsənov (fortepiano), L.və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Şəms Ağazadə (skripka), Kənan Mayılov (skripka), Kamran Ömərli (skripka), İsrafil Rəsulov (truba), Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri Vurğun Vəkilov (fortepiano), Ceyla Seyidova (skripka), Nərmin Nəcəfli (fortepiano) və Rüstəm Zeynalov (fortepiano) iştirak edəcəklər.
|
21.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 5 6 7 8 9 10 11 12 13 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|