Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Azərbaycanın BMT Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilməsinə oktyabrın 21-də baxılacaq
    Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi məsələsinə təşkilatın Baş Assambleyasının 66-cı sessiyasının oktyabrın 21-də keçiriləcək iclasında baxılacaq. “KƏLAMİNFO” BMT-nin saytına istinadən xəbər verir ki, iclasda Təhlükəsizlik Şurasına ümumilikdə beş dövlət müvəqqəti üzv seçiləcək. Xatırladaq ki, bir sıra ölkə Azərbaycanın namizədliyini dəstəklədiyini bildirib.
    19.10.11 Məqaləni oxumaq
     
    Ekvadorun xarici işlər naziri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
    Bakıda səfərdə olan Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Arokanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Sonra Şəhidlər Xiyabanına gələn ekvadorlu qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
    19.10.11 Məqaləni oxumaq
     
    AŞPA-ya sədrlik Türkiyədən Fransaya keçir
    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ildə keçiriləcək qış sessiyasında qurumun türkiyəli sədri Mövlud Çavuşoğlunun səlahiyyət müddəti başa çatacaq. “KƏLAMİNFO” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropa Şurasının nizamnaməsinə uyğun olaraq onu bu vəzifədə Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Jan-Klod Mino əvəz edəcək. O, 2012-2014-cü illərdə AŞPA-ya sədrlik edəcək. Xatırladaq ki, Fransa Avropa Şurasının 60 illik tarixində üç dəfə 1949, 1952-1956 və 1986-1989-cu illərdə AŞPA-ya sədrlik edib.
    19.10.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa: Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub
    Bu gün dünya üzrə Azərbaycan xalqının yalnız bir hissəsi müstəqilliyə nail olub, 35 milyonluq Azərbaycan xalqının bir hissəsi isə hələ də cənubda əsarətdədir. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, bu gün o vaxt müstəqilliyə səs verənlərlə səs verməyənləri bir-birindən ayırmaq lazım deyil. “Eyni zamanda çox yaxşı olardı ki, o zaman müstəqilliyin əldə olunmasında əziyyəti olanlara, onların ailələrinə prezident təqaüdü ayrılsın”,-deyə F.Mustafa vurğulayıb. O, həmçinin deyib ki, bu gün müstəqillik tarixindən danışarkən, 1918-20-ci illərdəki hadisələrdən bəhs edərkən Nuru Paşa məsələsinə həssas yanaşmaq lazımdır. “O, Azərbaycanın müstəqilliyinin əsasının qoyulmasında xüsusi çəkisi olan insandır. Ona layiqli qiymət vermək lazımdır”,-deyə o, əlavə edib.
    19.10.11 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Dünya ictimaiyyəti artıq Qarabağ həqiqətlərini anlayır”
    Bu gün Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, spiker Oqtay Əsədov deputatları təbrik edərək bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycan xalqı öz müstəqilliyini elan edərkən mürəkkəb dövrlər idi. O qeyd edib ki, o vaxtkı ölkə rəhbərliyinin səriştəsizliyi xalqı xaosdan çıxmağa imkan vermirdi. “Ermənistandan qaçqınların axını, 20 Yanvar hadisəsi, Xocalı soyqırımı və torpaqların işğalı baş verdi. 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı” - deyə spiker vurğulayıb.
    19.10.11 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına yeni imkanlar açılır”
    Sovet İttifaqı dövründə yalnız Rusiya və Azərbaycan dövlət büdcəsindən dotasiya almırdı. Bunları Milli Məclisin bugünkü iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edərkən bildirib. O, çıxışında 1918-20-ci illərdə Azərbaycanın dövlət müstəqilliyinin əsasının qoyulmasından bəhs edərək, 1969-82-ci illərdə Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün göstərdiyi fəaliyyətdən danışıb. “Hələ sovet hökuməti vaxtında Heydər Əliyev dövlət strukturlarında milliləşməyə üstünlük verib, SSRİ-nin nüfuzlu şəhərlərində, ali məktəblərində azərbaycanlıların təhsil alması üçün əlindən gələni edib” - deyə Z.Əsgərov vurğulayıb.
    18.10.11 Məqaləni oxumaq
     
    Bakıda kitabxanaçılıq sahəsində Beynəlxalq Konfrans keçirilir
    Bu gün Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq, kitabxanaların hər bir xalqın tarixində ən önəmli sərvət olduğunu bildirib: “Biz dünya xalqlarının kitabxanaları ilə bir sıra ikitərəfli layihələr həyata keçirmişik, bundan sonra da kitabxana sahəsində yüksək inkişafa nail olmaq məqsədilə bu işbirliyini davam etdirəcəyik. İndi Azərbaycan kitabxanaları ilə dünya kitabxanaları arasında qarşılıqlı inteqrasiya sahəsində mühüm addımlar atılır”.
    18.10.11 Məqaləni oxumaq
     
    Liviyalı üsyançılar: Bani Valid bizimdir
    Bani Validdə Qəddafi hökmranlığına son qoyulub. Belə ki, liviyalı üsyançıların dünənki hücumu nəticəsində şəhəri müdafiə edən Qəddafi tərəfdarları arasında gedən silahlı qarşıdurmada üstünlüyü ələ alan üsyançılar şəhərin mərkəzini tutublar. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, şəhər ərazisində Beynəlxalq Müvəqqəti Şuranın müəyyənləşdirdiyi qələbə bayraqları asılıb. Üsyançılar Qəddafiyə aid bütün izlər silindikdən sonra üsyanı tamamlanmış sayacaqlarını deyirlər. Hazırda Bani Validdə olan qrupa liderlik edənlərdən biri deyib ki, bu həqiqətə insanların beynini də öyrəşdirmək lazımdır: “Artıq Liviyanın hansısa ərazisini “Qəddafinin məmləkəti”, “Qəddafinin sevimli yeri”, “Qəddafinin istirahət məkanı” - deyə xatırlamaq lazım deyil, bu insanın adını bu torpaqların üstündən götürmək lazımdır. Bani Valid də, Siirt də liviyalılarındır, bizimdir”.
    18.10.11 Məqaləni oxumaq
     
    Somalidən Keniyaya xəbərdarlıq
    Somaliyə bağlı radikal islamçı “Əl-Şəbab” yaraqlı dəstəsi Keniya hökumətinə Somalidəki əsgərlərini dərhal geri çəkməyəcəyi halda şiddətli silahlı qarşıdurmanın olacağı ilə bağlı xəbərdarlıq edib. “KƏLAMİNFO” “AssociatedPress”ə istinadən xəbər verir ki, dəstənin sözçüsü Əli Mahmud Raci internet vasitəsilə verdiyi açıqlamada əsgərlərin geri çəkilməyəcəyi halda birbaşa Keniyanın paytaxtı Nayrobiyə hücum edəcəklərini deyib. Məlumat üçün onu da bildirək ki, Raci BBC-yə verdiyi açıqlamada da bu qərarı təsdiqləyib.
    18.10.11 Məqaləni oxumaq
     
    ABŞ-da başlayan yerli üsyan qlobal xarakter aldı
    Nyu-Yorkda “Wall Street” qalmaqalı ilə alovlanan kapitalizm əleyhinə nümayişlər qlobal xarakter alıb. “KƏLAMİNFO” “The Guardian”a istinadən xəbər verir ki, dünən səhər saatlarından etibarən Madriddə minlərlə insan Porte Del Sol meydanında toplaşıb. “Burada durun!”, “Bu oğurluqdur!”, “Xoşbəxtliyi satın alanlar!” kimi şüarlar və iri sahibkarların üzlərinin əks olunduğu maskalardan istifadə edənlər bütün dünyanı Nyu-York nümayişinə dəstək verməyə, kapitalizmi kökündən sarsıtmağa çağırıblar. Üsyan başlayan gündən bəri ən çox nümayişçi sayı Çilidə qeydə alınıb. Belə ki, Santyaqodakı mitinqlərə 25 mindən çox adam toplaşıb. Frankfurtdakı nümayiş isə Mərkəzi Bankın qarşısında keçirilib. Buraya 5 mindən çox adam toplaşıb. Dünyanın 900 şəhərində özünə tərəfdar toplayan nümayişlərdə 60 mindən çox insan küçə və meydanlara çıxıb.
    18.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  11 12 13 14 15 16 17 18 19  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31