Gənc Tamaşaçılar Teatrı yeni layihə həyata keçirib
|
Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) təşəbbüsü ilə yeni layihə həyata keçirib. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tələbə adını qazanmış abituriyentləri təmirdən çıxmış teatr, onun zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək keçirilən layihənin əsas qayəsini təşkil edib. Həmçinin, tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi üçün geniş istifadə olunması AİSU və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsinin əsas məqsədidir.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
İranın islami irşad və mədəniyyət naziri Bakıya gəlir
|
Bu gün İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni ölkəmizə səfərə gəlir. Səfərdə məqsəd bu gündən başlayaraq Azərbaycanda İran Mədəniyyəti Günləri keçirilməsidir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iranlı həmkarı günün ikinci yarısında görüşü planlaşdırılıb.
Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək İran Mədəniyyət Günləri bu gün saat 17:00-da Muzey Mərkəzində sərgi açılışı, 18:00-da isə Muğam Mərkəzində rəsmi açılış ilə start götürəcək.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
Eduard Şevardnadze: “Putinin gürcülərə münasibəti pis deyil”
|
Gürcüstan istərsə, Rusiyanın hazırkı baş naziri Vladimir Putinlə dil tapa bilər. Bu sözləri Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirib.
«Putini mən uşaqlıqdan tanıyıram. Onun gürcülərə qarşı münasibəti pis deyil». «KƏLAMİNFO» «Vzqlyad» qəzetinə istinadən xəbər verir ki, bu sözləri eks-prezident «Asaval-dasaval» nəşrinə müsahibəsində bildirib. «Digər bir problem - Gürcüstan öz yerini və qiymətini bilməlidir. Digərlərini də qiymətləndirmək gərəkdir. Rusiya bizim böyük qonşumuzdur. Bu ölkə bizim iqtisadiyyatda qəti mövqeyini qoymuş bir ölkədir. Rusiyanın əlində bizim strateji müəssisələrin böyük əksəriyyəti var. Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu səbəbdən Putinin qayıdışının Gürcüstan üçün fəlakət olmasını demək əsassızdır» - deyə o, əlavə edib.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
Suriya müxalifəti Milli Şura yaratdı
|
Suriya müxalifət qrupları prezident Bəşər əl-Əsədin hökuməti əleyhinə fəaliyyət göstərəcək Milli Şura yaradıblar. «KƏLAMİNFO» TRT-yə istinadən xəbər verir ki, bu haqda açıqlamanı müxalifət təmsilçisi Burhan Qaliun İstanbul şəhərində keçirilən görüşlərin ikinci günündə verib. Qaliun bildirib ki, şuranın hədəfi Suriya xalqının dinc yolla Əsəd hökumətini hakimiyyətdən uzaqlaşdırmaq barədə arzularına cavab verməkdir. Qaliun Suriyada xarici müdaxilə ideyasını rədd edib, amma beynəlxalq ictimaiyyəti Suriya hökumətinin «əleyhinə müharibə apardığı xalqı» qorumağa çağırıb. Suriya Milli Şurası bütün müxalifət qruplarını vahid cəbhədə birləşdirməyi nəzərdə tutur.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
İlk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyinə töhfə
|
Oktyabrın 6-7-si tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan tarixində əlamətdar hadisə olan ilk dünyəvi qız məktəbinin yaradılmasının 110 illiyi münasibətilə beynəlxalq elmi simpozium keçirəcək. Milli Azərbaycan Tarixi Muzeyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan, Gürcüstan, Misir, Rusiya, Türkiyə, Ukraynadan olan alimlərin iştirak edəcəyi simpoziumda “İctimai-siyasi və mədəni həyatda qadınların rolu: tarix və müasir vəziyyət”, “Qadın təhsilinin tarixi: Şərq və Qərb təcrübəsi” elmi istiqamətləri üzrə 50-dək məruzənin dinlənilməsi nəzərdə tutulub.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
Son 10 ildə məktəblilər üçün 40 milyon nüsxədən çox dərslik çap edilib
|
“Yeni məzmun yeni nəsil dərsliklərin hazırlanmasını zəruri edib. 2003-2011-ci illərdə milli-mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon nüsxədən çox dərslik çap edilib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsili müstəqillik illərində” başlıqlı məqaləsində əks edilib.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
Dünya Gənclər Bankı 5 beynəlxalq səviyyəli konfrans keçirəcək
|
“Dünya Gənclər Bankı Şəbəkəsi” MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli və regional ofisin baş əməliyyat direktoru Elxan Qazizadə bu gündən etibarən oktyabrın 7-nə kimi Küzey Kıbrıs Türk Cümhuriyyəti və Türkiyəyə işgüzar səfərləri başlayır. Bankın ofisindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Bankın Təhsil Departamentinin iş əlaqələri və MDB ölkələri üzrə Lefke Avropa Universitetinə oktyabrın 25-dən etibarən aparılacaq qəbulla bağlı müzakirələrin aparılması, habelə KKTC-nin digər universitetləri ilə görüşlər planlaşdırılır.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
|
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycandakı ermənilərə baş çəkiblər
|
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan 3 erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. BQXK-nın Azərbaycan nümayəndəliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, komitənin nümayəndələri hərbi əsirlərdən ailələrinə çatdırmaq üçün 3 şifahi məlumat toplayıblar.
Qeyd edək ki, Azərbaycanda hazırda 3 erməni hərbi əsir, bir ailənin 5 üzvü saxlanılır.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
|
|