Azərbaycanın ABŞ-dakı səfirliyi xatirə medalı təsis edib
|
Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən nəfis tərtibatla hazırlanmış medalın üz tərəfində Azərbaycanın gerbi və ingilis dilində “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü – 1991-2011” sözləri, digər üzündə isə ölkəmizin xəritəsi və “Azərbaycanın ABŞ-dakı səfirliyi” sözləri əks olunub.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
“Microsoft Azərbaycan” nümayəndəliyinin rəhbəri dəyişib
|
“Microsoft”un Gürcüstan nümayəndəliyinin rəhbəri David Asatiani korporasiyanın Azərbaycan ofisini müvəqqəti idarə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
Bundan əvvəl Azərbaycan ofisinə rəhbərlik edən Teymur Axundov hazırda “Microsoft”un Kanada ofisində yeni vəzifəyə keçib. T.Axundovun yeni vəzifəsi haqqında məlumat verilmir.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq
|
Noyabr ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı Türkiyənin “Zaman” qəzeti yayıb. Məlumata görə, görüşün məqsədi hər üç ölkəylə olan sərhəd məntəqələrindəki çətinliklərin aradan qaldırılması, bölgədə ticarətlə məşğul olan iş adamlarının problemlərinin həll edilməsindən ibarətdir.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Azərbaycana gəlir
|
Bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Rikardo Armando Patinyo Arokanın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da ümummilli lider Heydər Əliyevin büstü açılıb
|
Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 17-də Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılıb. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi məşhur heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur.
Açılış mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edib və onun əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını bildirib.
Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Bu gün istiqlaliyyətimizi yenidən qazanmağımızın 20 yaşı tamam olur
|
Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. “KƏLAMİNFO” xəbər verir ki, bu gün istiqlaliyyətimizi yenidən qazanmağımızın 20 yaşı tamam olur.
XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı keçiriləcək
|
Gələn həftə İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı keçiriləcək. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 25-26-sı tarixlərində keçiriləcək toplantıda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev xarici işlər, nəqliyyat, sənaye və energetika nazirləri ilə bərabər İzmirə gedəcək.
Yığıncağa qatılmaq üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da həmin tarixdə İzmirdə olacaq.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Bakı Beynəlxalq Caz Festivalı davam edir
|
Bakıda keçirilən Beynəlxalq Caz Festivalı davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın proqramı bu gün Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da “Yeni adlar” caz layihəsi, 21:00-da isə pinoçu Elçin Şirinovun ifasında davam etdiriləcək.
Qeyd edək ki, festivalın açılış mərasimi oktyabrın 15-i Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə baş tutub.
Xatırladaq ki, dünyanın tanınmış caz ifaçılarının iştirak etdiyi Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilir.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Qəddafinin oğlunun öldürüldüyü təsdiqlənib
|
Qəddafinin harada gizləndiyi hələ məlum olmasa da, onun tərəfdarlarının çoxluq təşkil etməsi ilə tanınan yerli televiziya kanallarından biri “Əl Rai” Liviya diktatorunun oğlunun öldürüldüyü xəbərini təsdiqləyib. “KƏLAMİNFO” “AssociatedPress”ə istinadən xəbər verir ki, dəfələrlə qeyri-rəsmi mənbələrin yaydığı xəbər təkzib olunsa da, nəhayət ki, təsdiqini tapıb. Belə ki, Xamis Qəddafinin avqust ayının 29-da Tripolinin cənub-şərqində yerləşən Taruhanada öldürüldüyü təsdiqlənib.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlaya bilər?
|
“Bu gün Əfqanıstan problemi fonunda Cənubi Qafqaza diqqət artıb və Türkiyə-Azərbaycan arasında hərbi təlimlərə start verilməsi üçün əlverişli məqam yetişib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Millət vəkilinin fikrincə, bu təlimlər istisna olunmur. “Çox arzu edirəm ki, Türkiyənin hərbi generaliteti Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və onun yeniləşməsində rol alsın, bu prosesdə daha geniş iştirak etsin. O cümlədən də Azərbaycanın Türkiyənin ümumi təhlükəsizlik həyatına təsirini gözləyirəm. Türkiyə müdafiə nazirinin son səfərindən bu məsələ ilə bağlı gözləntilərim böyükdür”,-deyə deputat vurğulayıb.
|
18.10.11 Məqaləni oxumaq
|
|
|
|