|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
Mübariz Əhmədoğlu: Qarabağda yaşayan ermənilərlə orada yaşamış azərbaycanlılar görüşsün
|
“Dağlıq Qarabağda yaşayan ermənilərlə, orada yaşamış azərbaycanlıların görüşü təşkil olunmalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə siyasi ekspert Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi həm döyüşməyi, həm də barışmağı bacarır. “Nazir Ramil Usubovun Qarabağa səfəri bir daha sübut etdi ki, Azərbaycan xalqı həm vuruşmağı, həm də barışmağı bacaran xalqdır”,-deyə o əlavə edib.
M.Əhmədoğlu ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin ayrı-ayrılıqda Qarabağ münaqişəsinə münasibətini analiz edib. O, Rusiyanın Qarabağ konfliktində vasitəçi olmasının uğursuzluqla nəticələndiyini diqqətə çatdırıb. Siyasi ekspertin sözlərinə əsasən, prezidentlərin son 3 görüşündə Ermənistan müəyyən danışıqlardan boyun qaçıraraq Rusiyanın vasitəçi mövqeyini yerə vurdu və onun imicinə xələl gətirdi. “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasının tərəfdarıdır. Lakin eyni zamanda status-kvonun dəyişdirilməsinə səy göstərir.
|
21.10.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
|
Qazaxıstanda rəsmi səfərdə olan prezident İlham Əliyevin bu gün rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Qazaxıstan prezidentinin iqamətgahı qarşısında prezident Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.
Azərbaycanın və Qazaxıstanın dövlət himnləri səslənib.
Qazaxıstanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri prezident Nursultan Nazarbayeva təqdim olunub.
|
21.10.11 Məqaləni oxumaq
|
|
|
Ramil Usubov: 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib
|
“Artıq neçə illərdir ki, Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində lider dövlətlərdəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib.
Məqalədə qeyd edilib ki, ötən dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdən qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və son 17 ildə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsidir ki, son illər bir sıra ağır cinayətlərin azalma tendensiyası müşahidə olunur. İl ərzində qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədəri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdir. Məqalədə o da müqayisə edilir ki, əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7, quldurluqlar 1,9, hədə-qorxu ilə tələb etmələr 0,3, banditizm 0,01 fakt təşkil etməklə əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
|
21.10.11 Məqaləni oxumaq
|
|
|
Cavid Hüseyn yeni albomunu ad günündə təqdim edəcək
|
Müğənni Cavid Hüseyn yeni albomunu musiqisevərlərə təqdim edəcək. Musiqi toplusu gələn ilin əvvəllərində işıq üzü görəcək. İfaçının “KƏLAMİNFO”ya verdiyi məlumata görə, “Azərbaycanım” adını verəcəyi albomda tanınmış Azərbaycan bəstəkarlarının yeni, eləcə də xalq mahnıları yer alacaq: “ Albom adını verəcəyim “Azərbaycanım” mahnısı da hazır olandan sonra artıq işıq üzü görəcək. “Azərbaycanım” mahnısını bəstəkar Faiq Sücəddinov mənə təqdim edib. İstəyirəm ki, albomu yanvar ayından sonra - gərgin günlərimiz keçəndən sonra təqdim edim.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Yunanıstan parlamenti yeni qənaət tədbirlərini təsdiqlədi
|
Yunanıstanda yüz minlərlə insanı küçə və meydanlara çıxaran yeni qənaət tədbirlərinin yer aldığı təkliflər paketi parlamentdən ilk icazəni alıb. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, ilk səsvermədə təsdiqini tapan paketdə vergi artımları, maaş və sosial ödənişlərdə kəsintilər yer alıb. Paketin təsdiq tapması elan edildiyi andan parlamentin qarşısında yığışan on minlərlə vətəndaş gecə soyuq havaya məhəl qoymadan 48 saatlıq nümayiş qərarından geri çəkilməyib. Dünən axşam saatlarında parlamentin qarşısında silahlı qarşıdurma yaşanıb. Polis nümayişçiləri dağıtmaq məqsədi ilə gözyaşardıcı qaz və səsli bombalardan istifadə edib. Əsgər və polislərə şüşə su qabları və daşla cavab verən üsyançılar arasında yaralananların olduğu bildirilir. Ölkənin mərkəzi aeroportunun işçiləri 12 saatlıq tətil elan etdiyindən bütün uçuşlar ləğv edilib.
Son paketin təsdiqinə səs verilməsi ilə 30 min insanın işdən çıxarılması da təsdiqlənib.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Türkiyə sərhədləri aşan mübarizəyə başlayacaq
|
Türkiyənin Hakkari bölgəsində 24 əsgərin öldüyü, 18 əsgərin yaralandığı hücumdan sonra İraqın qərbində PKK-çılara qarşı hərbi əməliyyatlar genişləndirilib. “KƏLAMİNFO” “The Daily Telegraph”a istinadən xəbər verir ki, Türkiyənin bütün şəhərlərində terror əleyhinə nümayişlər başlayıb. Mənbənin məlumatına görə, PKK qüvvələrinin gözlənilmədən belə bir hücum reallaşdırması Suriya və İranla bağlıdır. Bu hücumun arxasında son zamanlar Türkiyə ilə meydan savaşına girən adıçəkilən ölkələrin durduğu iddia edilir.
Bu gün səhər saatlarında ABŞ, AB və NATO hücumları qınayan bəyanatlar yayıb. Ağ Evdən Çankaya köşkünə terrorla mübarizədə təmənnasız dəstək təklifi gəlib. Hadisələrin genişliyini, hücum trayektoriyasını və itkini analiz edən “The Guardian” isə bu hücumun 90-cı illərin soyuyan hadisələrindən sonra ilk böyük hücum olduğunu yazır. “Türkiyənin yarası deşildi” başlıqlı yazıda bölgədə Misir, İraq, Liviya kimi iri dövlətləri yanına almış Türkiyənin sərhədləri aşan bir mübarizəyə başlayacağı ehtimalının mümkünlüyü qeyd edilir.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Bakıda MDB və Şərqi Avropada analoqu olmayan təyyarə trenajor mərkəzi açılıb
|
Bu gündən etibarən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Milli Aviasiya Akademiyası və “Boeing” şirkəti “Boeing – 757”, “Boeing – 767”, “Airbus -319”, “Airbus -320”, “ATR – 42-500” və “ATR – 72-500” tipli uçuş trenajorlarının birgə istismarına başlayır. Bu barədə məlumatı “KƏLAMİNFO”ya “AZAL”dan veriblər.
Təqdim edilən trenajorlar beynəlxalq standartlar və tələb olunan bütün texniki xarakteristikalara uyğundur. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) tələblərinə cavab verən yüksək səviyyəli bu hazırlıq mərkəzi indi nəinki regionda, hətta MDB məkanında və Şərqi Avropa ölkələrində analoqu olmayan trenajor mərkəzidir. Bu mərkəz dünya standartları səviyyəsində fəaliyyətə başlamaqla yanaşı, burada həmçinin “Boeing – 757”, “Boeing – 767”, “Airbus -319”, “Airbus -320”, “ATR – 42-500” və “ATR – 72-500” trenajorlarına texniki xidmət göstəriləcək.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri bəlli oldu
|
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanlarının nəticələri aşkarlanıb. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, 19.10.2011-ci il tarixində endokrinologiya, psixiatriya və şüa diaqnostikası ixtisasları üzrə keçirilən imtahanlarda ümumilikdə 103 həkim iştirak edib. Ümumilikdə imtahanlarda iştirak edən həkimlərdən 94 nəfər uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları fizioterapiya və terapiya ixtisasları üzrə 26.10.2011-ci il tarixində keçiriləcək.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Qazaxıstan arasında dörd sənəd imzalanıb
|
Bu gün prezident İlham Əliyevin və prezident Nursultan Nazarbayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları başa çatdıqdan sonra Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, “Azərbaycan Respublikası Prezidentinin və Qazaxıstan Respublikası Prezidentinin Birgə Bəyannamə”sini Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev imzalayıblar.
“Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında diplomatik nümayəndəliklərin yerləşdirilməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında Saziş”i Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov imzalayıblar.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
|
|
Səhifələr : # 8 9 10 11 12 13 14 15 16 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|