13 min il əvvəlki azyaşlılar
|
Fransa ərazisində eramızdan əvvələ aid olan bir mağarada azyaşlı rəssamlara aid olduğu iddia edilən rəsmlər geniş müzakirə obyekti olub. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, Kembric Universitetinin alim-arxeoloqlarının apardığı araşdırmanın nəticələri mağaranın divarındakı 13 min il tarixi olan rəsmlərin 3-7 yaş arası balacalar tərəfindən çəkildiyini göstərir.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Tac-Mahal uça bilər
|
Dünyanın ən möhtəşəm memarlıq abidələrindən hesab edilən Tac-Mahal yaxın beş il ərzində uça bilər. Belə ki, 358 yaşlı binanın fundamentinin taxta elementləri qurumağa başlayıb. Buna səbəb isə Camna çayından su götürən quyulara az su gəlməsidir. İş orasındadır ki, çayda suyun səviyyəsi öz-özünə azalır. «Əgər çay quruyarsa, onda Tac-Mahal da məhv olacaq» - deyə ekoloqlar bildirir. «KƏLAMİNFO» «Telegraph.co.uk»a istinadən xəbər verir ki, onlar hökuməti tədbirlər görməyə çağırıblar.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Saakaşvilinin istefası tələb ediləcək
|
Gürcüstan Leyborist Partiyası Tbilisidə prezident Mixail Saakaşvilinin istefası tələbi ilə aksiyanın keçirilməsi üzrə hazırlıq işlərinə başlayıb. Aksiya noyabrın 7-də keçiriləcək. «KƏLAMİNFO» «Kafkazki uzel» saytına istinadən xəbər verir ki, partiyanın lideri Şalva Natelaşvili bildirib ki, onlar parlament qarşısında rəsmən «milli etimadsızlıq payızı» elan edəcəklər. Analoji aksiya noyabrın 23-də Vaşinqtonda Ağ evin qarşısında keçiriləcək. «Məhz həmin tarixdə diktatoru bizə sırıyıblar» - deyə o, əlavə edib.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Qəddafinin gizləndiyi ev tapıldı
|
Liviya Milli Keçid Şurasının əsgərləri eks-lider Müəmmar Qəddafiyə məxsus olduğu güman edilən evə daxil olublar. Bu ev Qəddafinin anadan olduğu Sirt şəhərinin cənubunda Abu Habi adlanan kənddədir. «KƏLAMİNFO» «Rosbalt»a istinadən xəbər verir ki, evdə Qəddafinin xoşladığı bədəvi çadırı tapılıb. Bundan başqa, evin içində Qəddafinin istifadə etdiyi bəzi əşyalar aşkarlanıb.
Qeyd edək ki, Şuranın döyüşçüləri bazar ertəsi adıçəkilən kəndi ələ keçirdiklərini bəyan ediblər. Kəndin Milli Keçid Şurası tərəfindən ələ keçirilməsi strateji əhəmiyyət kəsb edir. Çünki belə olduğu təqdirdə Qəddafiyə sadiq döyüşçülərin əsas təchizat marşrutu bağlanmış olur.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Levon Ter-Petrosyan: “Serj, xahiş edirəm, tualetləri aç!”
|
«Serj, xahiş edirəm, tualetləri aç. Xalqa nümayiş etdir ki, sən bir məsələni həll edə bilirsən». Bu bəyanatla Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan «Azadlıq» meydanında keçirdikləri sutkalıq mitinq zamanı hazırkı dövlət başçısı Serj Sarkisyana müraciətində deyib. «KƏLAMİNFO» «Armenia Today»a istinadən xəbər verir ki, sanitar-gigiyenik məsələ Ermənistanın daxili siyasətində əsas müzakirə mövzusuna çevrilib. Bu, tualetlər məsələsidir. Ter-Petrosyan bildirib ki, EMK bu məsələ ilə bağlı polis rəhbərliyinə və şəhər meriyasına müraciətlər edib.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Məhəmməd əl-Baradeyi: “Misir 6 ay ərzində müflis olacaq”
|
MAQATE-nin keçmiş rəhbəri, Misir prezidentliyinə namizəd Məhəmməd əl-Baradeyi xəbərdarlıq edib ki, ölkə yaxın altı ay ərzində müflis olacaq. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, o, gözlənilən maliyyə iflasının səbəbi kimi Misirin hazırkı hakimiyyətinin - Hərbi Şuranın yanlış fəaliyyətini göstərib. Məhəmməd əl-Baradeyi xuntanı diktaturaya son qoymağa və ölkədə fövqəladə vəziyyəti ləğv etməyə çağırıb.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
Bakı Turizm İnformasiya Mərkəzi Fransa Turizm İnstitutu ilə əməkdaşlıq edəcək
|
Bakı Turizm İnformasiya Mərkəzi (BTİM) Fransanın Turizm İnstitutu ilə əməkdaşlıqla bağlı sənəd imzalayıb. “KƏLAMİNFO” mərkəzin direktor müavini Bəxtiyar Qılıncova istinadən xəbər verir ki, tərəflər arasında əməkdaşlığın qurulmasını özündə ehtiva edən müqavilə BTİM-ə Azərbaycanda turizmin inkişafı sahəsində müxtəlif proqramların və layihələrin hazırlanmasında Fransa Turizm İnstitutunun peşəkar təcrübəsindən istifadə etmək imkanı yaradacaq. Sənəd çərçivəsində gələcəkdə ölkədə turizmin inkişafına təkan verəcək layihələrin reallaşdırılması, turizm informasiya mərkəzlərinin əməkdaşlarına Fransa Turizm İnstitutunun mütəxəssisləri tərəfindən treninqlərin keçirilməsi nəzərdə tutulur.
B.Qılıncov bildirib ki, Bakı Turizm İnformasiya Mərkəzi indiyə qədər müxtəlif ölkələrin eyniadlı qurumları ilə 9 əməkdaşlıq sənədi imzalayıb. Ali təhsil müəssisəsi ilə qurumun əməkdaşlığı isə ilk dəfədir.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
TQDK-da qəbul proqramlarının yenidən hazırlanması məqsədilə işçi qrupu yaradılıb
|
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Fizika fənni üzrə elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Gündəlikdəki məsələ seminarın iş planının müzakirəsi və təsdiqi olub. Seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri ilə bərabər, TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak edib və onlayn sistemdə internet vasitəsilə videobağlantı əsasında öz fikirlərini bildirib, təkliflərini veriblər. Qəbul proqramlarının yenidən işlənib hazırlanması məqsədilə işçi qrupu yaradılıb.
Növbəti seminarda 2012-ci ildə ali məktəblərə qəbul imtahanının keçirilməsi üçün qəbul proqramının müzakirəsinə başlanacaq.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
|
Bu gün Beynəlxalq müəllimlər günüdür
|
Bu gün dünyanın bir çox ölkəsində beynəlxalq müəllimlər günü qeyd edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu tarixin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən qəbul edilib.
Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Azərbaycanda da bu tarix təntənəli şəkildə qeyd olunur.
Qeyd edək ki, oktyabrın 3-də prezident İlham Əliyev təhsil işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir qrup təhsil işçisi “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və “Əməkdar müəllim” fəxri adına layiq görülüblər.
|
05.10.11 Məqaləni oxumaq
|
|
|
|