|
Səhifələr : # 27 28 29 30 31 32 33 34 35 #
Ailədə iş bölgüsü: qadın vəzifəsi, kişi öhdəliyi
|
Əliboş yol gedən kişidən təxminən bir metr aralı əli zənbilli həyat yoldaşı addımlayır. Bəs niyə yükü qadın daşıyır? Fiziki baxımdan kişidən güclü olduğu üçünmü? Dəfələrlə gördüyümüz belə mənzərələrə gözümüz çoxdan alışdığından bəlkə də diqqət etmədən yolumuza davam edirik. Başqa bir mənzərə isə zibil vedrəsi ilə zibilxanaya gedən, həyətdə ağır xalça-palazı özü çırpan və s. kimi ev işlərinə yardım edən kişilərlə rastlaşdıqda ortaya çıxır. “Arvad sözünə əyilməyən” kişi statusunu qorumağa cəhd edənlər ikinciləri qınaq obyektinə çevirməyə cəhd etsələr də, həyat yoldaşları isə əksinə, “Gör necə yoldaşına baxır”,-deyə həsəd hisslərini gizlətmirlər. Bəs, cəmiyyətdə qadın vəzifəsi, kişi öhdəliyi deyilən iş bölgüsü necə və nəyin əsasında formalaşır?
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Daha intellektual cəmiyyət naminə
|
Yüksək sürətlə inkişaf edən müasir İKT-nin yaratdığı imkanlar, bunun nəticəsində sosial, iqtisadi, hüquqi, mədəni sahələrdə baş verən dəyişikliklər yeni reallıqlar yaradır, yeni ictimai münasibətlər – informasiya cəmiyyəti formalaşdırır. Dünyanın qabaqcıl, tərəqqipərvər dövlətləri bu prosesi planlı, məqsədyönlü şəkildə həyata keçirirlər. Azərbaycan da bu prosesdə öncüllər sırasındadır.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda alman mədəniyyət tədbirləri keçiriləcək
|
Oktyabrın 8-də Azərbaycanda alman mədəniyyəti tədbirləri keçiriləcək. Almaniyanın ölkəmizdəki səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “European Movie Festival–2011“ kino festivalı çərçivəsində 8 oktyabr tarixində Almaniyanı iki müxtəlif üslubda təqdim edilən filmləri nümayiş olunacaq. Həmin gün saat saat 16:00-da Park Bulvar Planetariumunda sənədli film rejissorları Ştefan Kolbe və Kris Raytın müzakirə tədbiri və alman sənədli filmlərin nümayişi keçiriləcək. Burada Kolbe və Rayt sənədli filmlərindən parçaların nümayişi ilə yanaşı, tamaşaçılarla onların fəaliyyətləri və Almaniyada kino incəsənəti haqqında məlumat veriləcək. 20:30-da isə "Almanya - Willkommen in Deutschland" (“Almaniyaya xoş gəlmisiniz”) bədii filminin regionda premyerasının olacağı bildirilir. Almaniyanın “Gümüş film” mükafatı və digər çoxsaylı mükafatların sahibi olan film doğma ölkəsi olan Turkiyəni tərk etmiş və alman iqtisadiyatına qastarbayter qismində yardım etmək məqsədilə Almaniyaya köçmuş Hüseyn Yılmaz və onun ailəsinin taleyini yumor və həssaslıqla təsvir edir.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
TQDK-dan rezidenturaya qəbul olanlara xəbərdarlıq!
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rezidenturaya qəbul olmuş şəxslərə xəbərdarlıq edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TQDK-nın mətbuat xidmətindən veriblər.
Rezidenturanın mülki ixtisaslarına qəbul olmuş şəxslər tələb olunan sənədləri 7 oktyabr saat 17:00-dək Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Rezidenturaya qəbul olmuş şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və onların müraciətləri qəbul edilməyəcək.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Metyu Brayza: Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələdir
|
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ilə partiyanın mənzil-qərargahında görüşüb. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ABŞ-ın regionla bağlı xarici siyasətində prioritet məsələ olduğunu xüsusi vurğulayan səfir Metyu Brayza rəsmi Vaşinqtonun bu istiqamətdə mühüm irəliləyişlərə nail olmaq üçün ciddi səylər göstərdiyini nəzərə çatdırıb. Bu gün Azərbaycanda islahatların həyata keçirildiyini qeyd edən səfir Metyu Brayza iqtisadi sahədə ciddi irəliləyişin əldə olduğunu vurğulayıb.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
ATƏT PA-nın payız sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
|
Bu gün Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün Xorvatiyanın Dubrovnik şəhərinə yola düşür. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Rəbiyyət Aslanova, Eldar İbrahimov, deputatlardan Fəttah Heydərov, Ağalar Vəliyev və Azay Quliyev daxildir.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
Bakıda kibercinayətkarlıqla mübarizə mövzusunda konfransa start verilib
|
Bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə Bakıda “Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi” mövzusunda konfransa start verilib. “KƏLAMİNFO” xəbər verir ki, konfransı ATƏT-in Bakı ofisi, Azərbaycan hökuməti, ATƏT katibliyinin terrorizm əleyhinə fəaliyyət və strateji polis məsələləri şöbələri, eləcə də Avropa Şurasının dəstəyi ilə təşkil edib.
ATƏT-in Bakı ofisinin rəhbəri səfir Koray Turqay qlobal kibertəhlükəsizliyi təmin etmək üçün kibercinayətkarlığa qarşı hökumtlərin cəlb olunması zəruriliyini vurğulayıb. Qeyd edək ki, konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində ən yaxşı təcrübələr müzakirə olunacaq.
|
07.10.11 Məqaləni oxumaq
|
|
|
İran mətbuatının yanlış məlumatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkzib olunub
|
İran KİV-i dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yanlış məlumat yayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, İran İslam Respublikasının “Fars Xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələri Azərbaycan ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edim.
|
06.10.11 Məqaləni oxumaq
|
|
|
Putinin namizədliyi dekabr ayına qədər irəli sürüləcək
|
«Yedinaya Rossiya» partiyası Dövlət Dumasına dekabr seçkilərinə qədər baş nazir Vladimir Putinin prezidentliyə namizədliyini irəli sürəcək. «KƏLAMİNFO»nun «Kommersant» qəzetinə istinadən verdiyi xəbərə görə, «Yedinaya Rossiya»nın qurultayının ikinci hissəsi dekabrda keçiriləcək. Birinci hissə isə ötən ay keçirilib və qurultayda Putinin prezidentliyə namizəd olacağı açıqlanıb.
|
06.10.11 Məqaləni oxumaq
|
|
|
Obama Şakiranı müşavirlər qrupuna daxil edib
|
ABŞ prezidenti Barak Obama Kolumbiya əsilli müğənni Şakiranı Birləşmiş Ştatların ispandilli əhalisinin təhsil səviyyəsinin yüksəldilməsi məsələləri üzrə müşavirlər qrupuna daxil edib. “KƏLAMİNFO” RİA «Novosti»yə istinadən xəbər verir ki, 34 yaşlı Şakira təkcə musiqi sahəsindəki uğurları ilə yox, həm də xeyriyyəçilik fəaliyyəti ilə məşhurdur. O, 1997-ci ildə «Yalın ayaqlar fondu» xeyriyyə təşkilatını yaradıb. Təşkilatın missiyası Kolumbiya və digər Latın Amerikası ölkələrində aztəminatlı ailələrin uşaqları üçün məktəblərin maliyyələşməsinə vəsait cəlb etməkdir. Şakira həm də YUNİSEF-in xoşməramlı səfiridir.
|
06.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 27 28 29 30 31 32 33 34 35 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|