Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  28 29 30 31 32 33 34 35 36  #
    Stiv Cobs vəfat edib
    Səhhətində yaranmış problemlər səbəbilə bir müddət əvvəl “Apple” şirkətinin direktorluğu vəzifəsindən istefa verən, kompyuter dünyasının ən məşhur simalarından olan Stiv Cobs vəfat edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, bu barədə açıqlama yayan «Apple» onun ruhunun əbədiyyətə qədər şirkət üçün ilham mənbəyi olacağını bildirib. 1955-ci ildə Kaliforniyada anadan olmuş Stiv Cobs valideyn diqqətindən kənarda qalıb. 16 yaşında tərəfdaşı Stiv Voznyakla birlikdə ilk «Apple» personal kompyuterini yaradıb. 1985-ci ildə Amerikanın prezidenti Ronald Reyqan Stiv Cobsu və Voznyakı bu sahədəki xidmətlərinə görə medalla təltif edib. Bundan sonra Cobs şirkətdən gedib və «Apple»ın mövqeləri bazarda zəifləyib. 1997-ci ildə Cobsun şirkəti qayıtması onu yenidən dünya birincisi edib.
    06.10.11 Məqaləni oxumaq
     
    Saakaşvili SSRİ-nin bərpasına qarşıdır
    Gürcüstan prezidenti Mixail Saakaşvili Sovet İttifaqının bərpasının yolverilməz olduğunu bildirib. «KƏLAMİNFO» «Qruziya onlayn»a istinadən xəbər verir ki, Gürcüstanda Sovet İttifaqını bərpasına qarşı çox böyük bir qüvvə var. «Bu, rus millətçilərinin ən vəhşi ideyasıdır» - deyə prezident Tbilisidə müəllimlər qarşısında çıxışında deyib. Onun sözlərinə görə, sovetlərin bərpası ilk növbədə millətlərarası və dinlərarası qarşıdurmanın stereotiplərinə əsaslanan dəyərlərin bərpası deməkdir: «Gürcüstan heç bir zaman qaranlıq keçmişə dönməyəcək. Yəni o, sivilizasiyalı beynəlxalq cəmiyyətə dönüb və onun dəyərlərini tam bölüşür».
    06.10.11 Məqaləni oxumaq
     
    Ladenin həyat yoldaşları və qızları ifadə veriblər
    Üsamə bin Ladenin Pakistan ərazisində olmasını araşdıran yerli istintaq komissiyası ilk dəfə olaraq onun həyat yoldaşları və qızlarını dindirib. Hələlik istintaqın gedişi barədə ətraflı məlumat verilmir. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, Pakistanın hakim dairələri Laden öldürüldükdən sonra onun 3 həyat yoldaşı və 10 uşağına sığınacaq verib. İstintaq yekunlaşanacan onun ailə üzvlərinə Pakistanda qalmaq təklif olunub.
    06.10.11 Məqaləni oxumaq
     
    Harvard Universiteti birinciliyi əldən verdi
    Dünya şöhrətli Harvard Universiteti “Times Higher Education World University Rankings”in tərtib etdiyi reytinq cədvəlində birinciliyi əldən verib. «KƏLAMİNFO»nun məlumatına görə, Britaniyanın “Times Higher Education” jurnalının «Thomson Reuters» agentliyi ilə birgə tərtib etdiyi reytinq cədvəlində bu məlumat əks olunub. Liderliyi isə digər bir Amerika təhsil ocağı - Kaliforniya Texnoloji İnstitutu əldə edib. Harvard isə ikinci olub.
    06.10.11 Məqaləni oxumaq
     
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda yeni idarə yaradılacaq
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda elektron təhlükəsizlik idarəsinin yaradılması ilə bağlı hökumətə müraciət ünvanlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında RİTN-nin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, idarənin yaradılmasında əsas məqsəd informasiya resurslarına olan təhlükələrin qarşısının alınmasıdır. “Budapeşt Konvensiyasının 34-cü maddəsinin birinci bəndində əks olunanlar bizim müraciətdə yer alıb” - deyə şöbə müdiri vurğulayıb. O, qeyd edir ki, son zamanlar informasiya resurslarında fırıldaqçılıq, başqa cinayətkarlıqlar da müşahidə edilir. “Bu baxımdan idarənin yaradılması vacibdir” - deyə o, əlavə edib.
    06.10.11 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının reyestrində yaşı 65 və daha artıq olan 430 dövlət qulluqçusu var
    Hazırda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın reyestrinə 17 min dövlət qulluqçusu daxil edilib. KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı DQMK sədri Bəhram Xəlilov deyib. B.Xəlilov deyib ki, bunlar arasında yaşı 65 və daha artıq olan 430 dövlət qulluqçusu var. Onların vəsifəsindən xaric edilməsinə gəlincə, B.Xəlolov bildirib ki, bu işlə dovlət orqanları məşğuldur. Onun sözlərinə görə, bunların bəzilərinin dövlət qulluğuna xitam verilib, bəzilərinin isə müqaviləsi uzadılıb.
    06.10.11 Məqaləni oxumaq
     
    Bu günə qədər 1500-ə qədər şəxs dövlət qulluğunda işlə təmin edilib
    Bu günə qədər Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının elan etdiyi müsabiqə və müsahibə nəticəsundə 1500-ə qədər şəxs dövlət qulluğunda işlə təmin edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı DQMK sədri Bəhram Xəlilov deyib. Onun sözlərinə görə, hazırda komissiyada 100-dən çox ehtiyat kadr var və onlarla mütamadi iş aparılır.
    06.10.11 Məqaləni oxumaq
     
    Müstəqilliyin 20-ci ildönümünə həsr edilən tədbir keçirilib
    Bu gün Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümünə həsr edilən tədbir keçirib. “KƏLAMİNFO” xəbər verir ki, “Dövlət qulluğunun inkişaf yolu və perspektiv vəzifələr” mövzusunda keçirilən tədbirdə müxtəlif nazirliklər, QHT-lər, beynəlxalq təşkilatlar və ali təhsil ocaqlarının nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən DQMK sədri ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu ilə bağlı aparılan islahatlar, onun uğurlu nəticələrindən bəhs edib və qeyd edib ki, bu proses davam etdirilir.
    06.10.11 Məqaləni oxumaq
     
    Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısında çıxış edib
    Bu gün Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı işinə başlayıb. Üç gün davam edəcək tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib. MŞ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Amaşov XII illik toplantıdan keçən müddət ərzində rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Əsasən quruma ünvanlanan şikayətlər üzərində dayanan sədr vurğulayıb ki, MŞ ölkə mediasındakı neqativ hallarla mübarizədə ictimai qınağa üstünlük verir. Bununla yanaşı Şura ölkədə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsi istiqamətində də işlər aparır. “Diffamasiya haqqında” qanun layihəsinin hazırlanmasına diqqət çəkən Ə.Amaşov ötən müddətdə paralel olaraq jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirildiyini də vurğulayıb.
    06.10.11 Məqaləni oxumaq
     
    Rumıniyada Azərbaycana dair simpozium keçirilib
    Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar səfirliyin tədbirlər planına uyğun olaraq, Rumıniya Müsəlman Tatar Türklərinin Demokratik Birliyi ilə birgə Konstansa şəhərində “Azərbaycan: tarix, coğrafiya, iqtisadiyyat və mədəniyyət” mövzusunda simpozium keçirilib. Bu barədə məlumatıı “KƏLAMİNFO”ya Rumıniyadakı səfirliyimizdən veriblər.
    06.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  28 29 30 31 32 33 34 35 36  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31