|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
Zəhərli xeyirxahlar...
|
Arıçılığın tarixi çox-çox qədimlərə, insanların hələ mağara həyatı yaşadığı dövrlərdən başlayır. Qədim yaşayış məskənləri olan mağaraların divarlarında çəkilən arı rəsmləri ibtidai insanların arı məhsullarından istifadə etdiyini sübut edir. Alimlər bal arılarının vətəni ilə bağlı müxtəlif regionların adını çəkirlər ki, bu sırada da Cənubi Asiya və Orta Şərq ölkələri, Anadolu bölgəsi var.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
“Sufiliyin İslamda yeri və rolu”
|
Qroznıda bu mövzuda beynəlxalq konfrans keçirilib...
Qroznıda Çeçenistan Respublikasının ilk prezidenti Hacı Əhməd Kadırovun 60 illiyinə həsr olunmuş “Sufiliyin İslamda yeri və rolu” adlı Beynəlxalq konfrans keçirilib (avqustun 23-də). Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsinin nümayəndə heyəti də konfransda iştirak edib.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Şamaxı Cümə məscidi
|
Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa edilmişdir. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurmuşdur. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunmuşdur. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı zamanı ən böyük qırğın Cümə məscidində baş vermişdir. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək təxminən 1700 günahsız insanı qətlə yetirmişlər.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Müstəqil Azərbaycan 20 ildə
|
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü yaşayırıq. Bu 20 ildə ölkəmiz çox böyük inkişaf yolu keçib. Azərbaycanın son 20 ildə qazandığı uğurlar, o cümlədən ölkəmizin sənaye, yanacaq-energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, turizm, tikinti, səhiyyə, təhsil, mədəniyyət və digər sahələrini əhatə edib.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Məmməd müəllim milli mətbuatımızın inkişafında həqiqi xidmətləri olan qələm sahiblərindən idi
|
Bir gün səhər işə gələndə Məmməd Məmmədovun ölüm xəbərini eşitdim və çox təsirləndim. Baxmayaraq ölüm mənim üçün adi bir xəbərdir. Düşünürəm ki, “Bir gün doğulan, bir gün öləcək” tezisi və bu dünyanın əbədi olmadığını anlayan hər bir insan üçün ölüm xəbəri elə əslində adi qəbul olunmalıdır. Ölümün nə demək olduğunu Qurani-Kərim açıq söyləyir. Bu ruh ilə canın bədəndən ayrılmasıdır... Böyük ingilis ilahiyyatçısı, 300 il bundan əvvəl yaşamış Con Trapp belə deyirdi: “Hər bir insan üçün ölüm heç bir vaxt münasib anda gəlmir. Əgər o həyatı haqda hər şeyi bilmiş olsaydı, başqa zamanı deyil, məhz bu anı seçmiş olardı”.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
|
Azərbaycan Respublikası Daxili İşlər Naziri Cənab Ramil Usubova Açıq məktub
|
Qafqaz Müsəlmanları İdarəsi Şəriət və Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Mirəsgər oğlu Seyidzadə tərəfindən ərizə
Hörmətli cənab Nazir! 1996-cı il martın 28-də Masallı rayonu Türkoba kəndində avtonəqliyyat qəzası nəticəsində bacım İsmayılova Zabitə Mirəsgər qızı - 12 uşaq ana-sı vəfat etdi. Artıq 15 ildir ki, bu məsələ müəmmalı şəkildə üstüörtülü və açılmamış qalmışdır. 15 ildir ki, kənd camaatının yarısı ilə küskün vəziyyətdəyik. Onların xeyir-şərində iştirak edə bilmirəm. Hər dəfə yerli polislər müəyyən adamların adını çəkməklə məni münaqişəyə sürükləyirlər.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Qəddafi dəfn edildi
|
Liviyanın öldürülmüş lideri Müəmmar Qəddafinin meyiti naməlum bir yerdə torpağa basdırılıb. В«KƏLAMİNFOВ» В«Lenta.ruВ»ya istinadən xəbər verir ki, Liviyanın Milli Keçid Şurasındakı mənbə Qəddafinin meyitinin gizli bir yerə basdırıldığını В«Əl-CəzirəВ» telekanalına açıqlamasında bildirib. Həmin yerin hansısa səhranın bir yerində olduğu söylənilir. Bu addımın sabitlik üçün atıldığı bildirilib. Qəddafi ilə yanaşı, oğlu və müşavirlərindən biri də dəfn edilib.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Prezident Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanat verib
|
Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə bəyanat verib. “KƏLAMİNFO” xəbər verir ki, bəyanatda deyilir: “Bir neçə saat bundan əvvəl ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə baş verib. BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbaycan bu mötəbər təşkilatın üzvü seçilib. Bu böyük qələbə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, həqiqətən də böyük qələbədir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və Azərbaycan müstəqil dövlət kimi artıq bu qurumun üzvüdür. Bildiyiniz kimi, iki gün ərzində keçirilən seçkilərdə Azərbaycan bütün turlarda, bütün mərhələlərdə üstünlük əldə edib. Birinci turda 3 namizədin arasında 1-ci yeri Azərbaycan tutub. Ondan sonra keçirilən səsvermələrdə həmişə bizim ölkəmizə çox böyük dəstək verilib. Nəticədə 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyərək, etimad göstərərək bizi bu mötəbər təşkilata üzv seçib. Mən fürsətdən istifadə edərək bizə inanan, bizə güvənən, bizə böyük hörmət göstərmiş bütün ölkələrə minnətdarlığımı bildirmək istəyirəm.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
SAM beynəlxalq konfrans keçirəcək
|
Oktyabrın 26-da Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi “Aralıq dənizi hövzəsinin təhlükəsizlik dilemması: Çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans təşkil edəcək. SAM-dan “KƏLAMİNFO”ya verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Aralıq dənizi hövzəsi dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələlərinə, sülhə və əməkdaşlığa dair fikir mübadiləsi aparmaq, bununla da beynəlxalq diplomatiya proseslərinə elmi töhfələr verməkdir.
Səkkiz ölkəni (ABŞ, Türkiyə, İtaliya, Ukrayna, Belçika, Misir, Mərakeş və Azərbaycan) təmsil edəcək ekspertlərin iştirakı ilə Aralıq dənizi regionunda dövlətlərarası münaqişələr, bölgədə xarici faktorlar və onların yürütdüyü siyasət, Yaxın Şərqdə Türkiyənin xarici siyasəti, Avropa İttifaqı və Liviya böhranı, Şərqi Aralıq dənizində ABŞ-ın strateji maraqları, beynəlxalq təhlükəsizlik problemləri və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələlər geniş müzakirə mövzusu olacaq.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|