Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Azərbaycan Müstəqillik Günü İsveçdə də qeyd olundu
    İsveçin paxtaxtı Stokholmda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Federasiyası - İsveç təşkilatı tərəfindən Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata əsasən, Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Rafael İbrahimovun, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnur Əliyevin, Türkiyə Cümhuriyyətinin bu ölkədəki səfirliyinin əməkdaşları, Azərbaycan və Türk diasporunun nümayəndələrinin iştirak etdiyi tədbirə ümumilikdə 500-dək iştirakçı qatılıb. Tədbirdə səfir Rafael İbrahimov, Azərbaycan Federasiyası – İsveç təşkilatının sədri Səttar Sevgin və digərləri çıxış edərək Azərbaycan müstəqillik əldə etdiyi 20 il ərzində keçdiyi inkişaf yolundan, əldə etdiyi nailiyyətlərdən danışıblar. Rəsmi hissədən sonra tədbirin bədii hissəsi olub və qonaqlar Azərbaycandan gəlmiş mahir ifaçı Nəzakət Teymurovanı dinləyiblər.
    17.10.11 Məqaləni oxumaq
     
    Sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycanla Gürcüstan arasında məsləhətləşmələr olacaq
    Bu ilin noyabrında sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan-Gürcüstan komissiyalarının sədrləri arasında məsləhətləşmələr aparılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı xarici işlər nazirinin müavini, Azərbaycan tərəfindən komissiyanın sədri Xələf Xələfov jurnalistlərə deyib. Nazir müavini deyib ki, görüş Gürcüstanda təşkil olunacaq: “Hazırda Azərbaycan və Gürcüstan arasında sərhədlərin 2/3 hissəsi razılaşdırılıb, 1/3 hissəsi isə razılaşdırılmamış qalır”. Onun sözlərinə görə, müxtəlif formatlarda ekspertlər işləyir, normativ sənədlərə baxılır: “Biz komissiya çərçivəsində işləri davam etdiririk”.
    17.10.11 Məqaləni oxumaq
     
    Almaniyada Azərbaycan və Türkiyənin müstəqilliklərinin ildönümü qeyd edilib
    Berlində Almaniyadakı Türk-Azərbaycan Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü, eyni zamanda, Türk-Azərbaycan Birliyinin (TAB) tanıdılması münasibətilə bayram ziyafəti keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov və Türk Cümhuriyyətinin Berlindəki Baş Konsulu Mustafa Polat iştirak edib. Türk-Azərbaycan Birliyinin sədri, alman Bundestaqının keçmiş üzvü Hakki Keskin Türk-Azərbaycan Birliyinin yaradılmasının tarixi, zərurəti və məqsədləri haqqında qonaqlara məlumat verərək bildirib ki, cəmiyyətin məqsədi “Bir millət, iki dövlət” ifadəsinin təsadüfi olmadığını işgüzar əməldə göstərməkdir.
    17.10.11 Məqaləni oxumaq
     
    Kanada azərbaycanlıları müstəqillik gününü qeyd ediblər
    Kanadada Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycan-Kanada Türk Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türk diasporlarının nümayəndələri ilə yanaşı, yerli ictimaiyyətin nümayəndələri də iştirak edib. Azərbaycan-Kanada Türk Assosiasiyasının sədri Kəmalə Şiriyeva tədbir iştirakçılarına ölkəmizin müstəqillik tarixi, eləcə də Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycanın mədəniyyət və incəsənət nümunələrindən ibarət sərgi də qonaqların böyük marağına səbəb olub.
    17.10.11 Məqaləni oxumaq
     
    Danimarkadakı Azərbaycanın müstəqillik gününə həsr olunmuş tədbir keçirilib
    Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbir keçirilib. “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanın Böyük Britaniya və Danimarka krallıqlarındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Azərbaycanın apardığı sülhməramlı siyasət, 20 il ərzində respublikanın qazandığı nailiyyətlər barədə danışıb.
    17.10.11 Məqaləni oxumaq
     
    Aydın Əliyev: Son zamanlar tutulan narkotik vasitələrin tərkibində heroin üstünlük təşkil edir
    Bu il sərhəd-gömrük məntəqələrində 220 kq-dan artıq narkotik vasitə saxlanılaraq müvafiq tədbir görülüb. “KƏLAMİNFO”un məlumatına görə, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev verib. A.Əliyev deyib ki, ümumilikdə hər il sərhəd-gömrük məntəqələrində 300-360 kq arası narkotik vasitə tutulur. “Qorxulusu odur ki, son zamanlar tutulan narkotik vasitələrin tərkibində heroin üstünlük təşkil edir. Əvvəllər isə həşiş və tiryək üstünlük təşkil edirdi” - deyə A.Əliyev vurğulayıb.
    17.10.11 Məqaləni oxumaq
     
    Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans keçirilir
    Bu gün Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, konfransda baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya, BMT-nin Narkotik və Cinayətkarlıq İdarəsinin direktoru Yuri Fedotovun iştirak edirlər.
    17.10.11 Məqaləni oxumaq
     
    Demoqrafik təhlükə
    Vaxtilə Azərbaycan ailələri çoxuşaqlılığı və tərkibinin böyüklüyü ilə SSRİ-nin daxilindəki digər respublikalar arasında əsas yerlərdən birini tuturdu. Amma nə zamansa diqqət çəkən bu göstəricilər artıq dəyişməkdədir.
    17.10.11 Məqaləni oxumaq
     
    İnternet şəbəkələrdə söz və məlumat azadlığı
    Bütün dünyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrdə qeydiyyatdan keçən insanların sayı durmadan artır. Belə şəbəkələrdə sadə insanlardan tutmuş cəmiyyətdə kifayət qədər nüfuza malik insanları da görmək olar. Bu texnoloji yeniliyin verdiyi müsbət keyfiyyətlərlə yanaşı, getdikcə acı fəsadları da özünü göstərməkdədir. Artıq bu cür internet məkanında sakinlərin sayı artdıqca, adi həyatda olduğu kimi, burada da şəkillərdən və ya video-görüntülərdən istifadə etməklə şəxsi həyata müdaxilə, şantaj kimi hallar baş alıb getməkdədir. Məsələ ondadır ki, adi həyatda belə neqativ halları dərhal zərərsizləşdirə bilən hüquqi sistem bu məkanda aciz qalır.
    17.10.11 Məqaləni oxumaq
     
    “The Richmond Folk Festival”ında ölkəmizi muğam cütlüyü təmsil edir
    Bu gün ABŞ-ın Virciniya ştatında Beynəlxalq Musiqi Festivalı start götürüb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “The Richmond Folk Festival” adlanan beynəlxalq festivalda ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə festivalda instrumental muğam cütlüyü – kamançada İmamyar Həsənov və tonbəkdə Peyman Hadadi təmsil edəcək. Qeyd edək ki, tanınmış kamança ustası İ.Həsənov bildirib ki, beynəlxal festivalda muğam cütlüyü Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs”, C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarını, “Şur”, “Mahur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarından ibarət kompozisiya təqdim edəcək.
    15.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  14 15 16 17 18 19 20 21 22  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31