Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  32 33 34 35 36 37 38 39 40  #
    Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimi olub
    Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimində Azərbaycanı YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru, prodüser Səbuhi Məmmədov, “Simsar” studiyasının direktoru Pərviz Məmmədrzayev və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edir.
    04.10.11 Məqaləni oxumaq
     
    İran kosmosa meymun göndərməyi təxirə saldı
    İranın kosmosa meymun göndərməsi təxirə salınıb. «KƏLAMİNFO» «IRNA»ya istinadən xəbər verir ki, İranın Kavoşqar-5 raketi içində meymun olan 285 kq-lıq kapsulu 120 km hündürlüyə qaldırmalı idi. İran elan edib ki, kosmosa insanı 2020-ci ildə göndərəcək.
    04.10.11 Məqaləni oxumaq
     
    Kaliforniya həbsxanalarında aclıq edənlərin sayı 12 minə çatıb
    Kaliforniya həbsxanalarında aclıq edənlərin sayı 12 minə çatıb. Onların əsas tələbi saxlanma şəraitinin yaxşılaşdırılmasıdır. “KƏLAMİNFO” “The Los Angeles Times” qəzetinə istinadən yazır ki, bunu etiraz edənlərin vəkilləri bildirib. Əgər bu rəqəm təsdiqlənərsə, onda bu aksiya ABŞ-ın yeni tarixinə məhbusların ən iri aksiya kimi düşəcək. Aclıq edənlərin aksiyası sentyabrın 26-dan davam edir.
    04.10.11 Məqaləni oxumaq
     
    Suriyanın Rastan şəhərində 3 gündə 3 min adam tutulub
    Suriyanın insan haqları müdafiəçilərinin məlumatına görə, son 3 gündə Rastan şəhərində 3 min adam həbs olunub. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Yerli Koordinasiya Komitəsinin məlumatına görə, şənbə günü hökumət qoşunları bu şəhəri tutandan bəri onlarla etirazçı öldürülüb, üç min adam tutulub. Rastan uğrunda döyüşlər ölkədə martdan bəri ən qanlı döyüşlər olub.
    04.10.11 Məqaləni oxumaq
     
    Pakistandakı hücumda 12 adam öldürülüb
    Bu gün Pakistanın cənub-qərbində yaraqlıların hücumu nəticəsində azı 12 adam ölüb, 6 nəfər yaralanıb. Ölənlərdən on biri şiə, biri sünnidir. Yaraqlılar avtobusun qarşısını kəsib, adamları endirib sıraya düzəndən sonra atəşə tutublar. Bu haqda yerli polis idarəsindən məlumat veriblər. «KƏLAMİNFO» «RİA Novosti»yə istinadən xəbər verir ki, hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üstünə götürməyib.
    04.10.11 Məqaləni oxumaq
     
    “Vətən tarixinin öyrənilməsində çatışmazlıqlar var”
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Demokratik Cəmiyyətin İnkişafına Yardım” İctimai Birliyi fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirib. “KƏLAMİNFO” xəbər verir ki, konfransda birliyin prezidenti İntiqam Cəbrayılov təşkilatlarının konsepsiyası barədə məlumat verib. O qeyd edib ki, təşkilatın əsas məqsədi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin irsinin tədqiq edilməsi, Azərbaycan tarixinin dərindən öyrənilməsi, milli-mənəvi dəyərlərin gənclərə aşılanması və vətəndaşların hüquqlarının qorunmasından ibarətdir. Onun sözlərinə görə, bu gün Azərbaycanda Vətən tarixinin öyrənilməsində çatışmazlıqlar var. “Bizim də fəaliyyətimizin əsas hissələrindən biri odur ki, Azərbaycanda Vətən tarixinin tədqiqini genişləndirək. Bununla bağlı bizim təşkilat ölkənin tanınmış alimləri ilə əməkdaşlıq edir” - deyə İ.Cəbrayılov vurğulayıb. Təşkilat sədri onu da deyib ki, onlar eyni zamanda gənclərin Azərbaycançılıq ideyalarına sadiq qalması istiqamətində də işlər görürlər. “Bunun üçün biz mütəmadi olaraq müxtəlif sahələrdə çalışan gənclərlə görüşlər keçiririk. Çünki indi ölkəmizdə gəncləri saxta yollara çəkmək istəyənlər peyda olur. Nəticədə də azərbaycanlı gənclər Azərbaycançılıq ideyalarından yayınmış olurlar” - deyə o, əlavə edib.
    04.10.11 Məqaləni oxumaq
     
    Həmkarları İttifaqları Konfederasiyasına daxil olan vəsait 32 faiz artıb
    Hər il həmkarlar təşkilatları üzvlərinə bu və ya digər şəkildə 20 milyon manatdan artıq vəsait yardım edilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Həmkarları İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev verib. S.Mehbalıyev bildirib ki, yardımlar rəhbərlik etdiyi quruma daxil olan vəsaitdən edilir. Onun sözlərinə görə, AHİK-ə daxil olan vəsaitin 10 faizi bu qurumda qalır. Qalan 90 faiz isə iş təşkilatları və sahə həmkarlar ittifaqlarına çatır. S.Mehbalıyev deyib ki, Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə AHİK-in maliyyə imkanları daha da artır. AHİK-i iqtisadiyyatın barometri kimi xarakterizə edən S.Mehbalıyev deyib ki, iqtisadiyyat inkişaf etməsə, AHİK-ə vəsait daxil ola bilməz. “Bir milyon altı yüz min üzvlərimizin adından gələn vəsaitdən hiss edirik ki, ötən illə müqayisədə 30-32 faiz artım var” deyən S.Mehbalıyev bildirib ki, bu, Azərbaycan iqtisadiyyatının yüksək templə inkişafından xəbər verir.
    04.10.11 Məqaləni oxumaq
     
    Bu il 30 mindən çox vətəndaş sanatoriyalara göndərilib
    Bu il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 6 mindən artıq uşaq Uşaq Sağlamlıq düşərgələrinə göndərilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib. Onun sözlərinə görə, bu il, həmçinin 25 mindən artıq Azərbaycan vətəndaşı AHİK-in nəzdində fəaliyyət göstərən sanatoriyalar, turist–istirahət mərkəzlərinə göndərilib.
    04.10.11 Məqaləni oxumaq
     
    İş axtaranların işi asanlaşacaq
    İl ərzində 120 nəfər iş axtaran şəxsə təlim dəstəyi göstərmək, iş axtaranları əmək bazarına inteqrasiya etməyi məqsəd tutan SYSLAB Bakı Mərkəzinin açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf proqramının Bakıdakı nümayəndəliyi və Norveçin SYSLAB şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun inkişafı” layihəsi çərçivəsində yaradılıb. Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfovun sözlərinə əsasən, layihədə 4-6 ay ərzində iştirak edəcək şəxslərin orta hesabla 80-%-i iş tapmağa müvəffəq olacaq. “Layihə periodu təlimlər, fəal iş axtarma, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. mərhələlərdən ibarət olacaq.
    04.10.11 Məqaləni oxumaq
     
    Baş Məşğulluq İdarəsinə 32 min işsiz vətəndaş müraciət edib
    “Son yeddi ay ərzində Azərbaycanın Dövlət Baş Məşğulluq İdarəsinə 32 min işsiz vətəndaş müraciət edib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında idarənin rəis müavini Şahbaz Xələfov bildirib. O qeyd edib ki, müraciət edənlərdən 14 500-dən çoxu işlə təmin olunub, 2 mindən çoxu isə peşə kurslarına yönəldilib. Ş.Xələfovun sözlərinə görə, son vaxtlar artan peşə yarmarkalarına axın da çoxalır. “Ötən illərə nisbətən bu il yarmarkalara daha çox vətəndaş müraciət edir. İldə dörd dəfə keçirilən peşə yarmarkaları respublikanın bütün regionlarında təşkil olunur. Bu da ölkə üzrə vətəndaşların müəyyən işlə təmin olunmasına yardım etmiş olur” - deyə rəis müavini əlavə edib.
    04.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  32 33 34 35 36 37 38 39 40  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31