|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox normativ-hüquqi akt imzalanıb
|
Son 20 ildə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox fərman və sərəncam imzalanıb, nazirliyin təşkilati strukturu təsdiqlənib, bir sıra qanunlar, əsasnamələr qəbul edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib.
Qeyd edilib ki, beynəlxalq ekspertlərin yüksək dəyərləndirdiyi həmin normativ-hüquqi aktların effektli tətbiqi ixtisaslı kadrların hazırlanmasını tələb etdiyindən bu sahədə də görülən işlər məqsədyönlü və davamlı olub. Ötən 20 ildə orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 76,4 faizədək yüksəlib.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Vətəndaşlar şəxsiyyət vəsiqəsini internet vasitəsilə alacaqlar
|
“Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq əhaliyə elektron xidmətlərin göstərilməsinin təşkili üzrə əhəmiyyətli işlər görülür”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib.
Qeyd edilib ki, bu tədbirlər çərçivəsində yaxın müddətdə vətəndaşlara internet vasitəsilə şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu, müxtəlif xarakterli arayışlar, xüsusi icazə və lisenziyalar almaq və s. imkanları yaradan sistem istifadəyə veriləcək. Bütövlükdə elektron xidmətlərin siyahısı 25 istiqaməti əhatə edəcək.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Daxili işlər orqanlarının 35 əməkdaşı xidmətdən xaric olunub
|
Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlər nəticəsində təkcə cari ilin 9 ayı ərzində korrupsiya şəraiti yaradan hallara yol verdiklərinə görə, 43 fakt üzrə 35 əməkdaş xidmətdən xaric olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirlər daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəsmi mətbuatda dərc edilən yazısında əks edilib.
Məqalədə qeyd edilib ki, şəxsi heyət arasında neqativ halların qarşısının alınması sahəsində lazımi tədbirlər görülür və bu istiqamətdə işlər davam etdiriləcək. Məqalədə o da qeyd edilib ki, bu gün daxili işlər orqanlarının fəaliyyəti cəmiyyət üçün açıq və sosial yönümlüdür. “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası, o cümlədən polisə gətirilmə, saxlanılma və məsuliyyət tədbirlərinin tətbiqi prosesində qanunçuluğa ciddi riayət olunması, bütövlükdə insan hüquq və azadlıqlarının təmin edilməsi kimi vacib məsələlər gündəlik nəzarətdədir.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Azərbaycanda səfərdədir
|
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Məhəmməd Manfudun başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
MDB və Baltik ölkələri Olimpiadanın Bakıda keçirilməsi üçün dünyaya çağırış edib
|
MDB və Baltikyanı ölkələr dünyanı 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləməyə çağırıblar. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O qeyd edib ki, Rusiya Olimpiya Komitəsinin baş katibi Marat Bariyev Bakıda MDB və Baltik ölkələrinin MOK rəhbərlərinin regional forumunda müxtəlif səsvermələrdə bir yerdə olmaqla və bir mövqe nümayiş etdirməklə bağlı çağırış edib. “2020-ci il üçün Bakının namizədliyi irəli sürülən zaman səsvermədə, həmçinin öz ölkələrində buna rəy formalaşmasında 13 MDB və Baltikyanı ölkələrin MOK-ları Azərbaycana köməklik göstərə bilərlər. Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib. Azərbaycanda Bakının namizədliyi ilə bağlı təşkilat komitəsi yaradılıb.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Prezident Qazaxıstana səfərə yola düşüb
|
Bu gün Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
“Eurovision–2012” mahnı yarışmasının iştirakçıları sırasında Belarus da olacaq
|
Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision – 2012” mahnı yarışmasıda iştirak etmək üçün Belarus da öz namizədliyini təsdiqlədib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkənin müsabiqə üzrə yayımçısı BTRC Belarusu təmsil edəcək müğənninin seçimi üçün “Euro Fest” müsabiqəsini elan edib. Noyabrın 1-dən 25-dək ərizələrin qəbulu və mahnıların dinlənilməsi həyata keçiriləcək. Seçiləcək ən yaxşı 15 mahnı isə dekabrda təşkil olunacaq milli seçim turunun yarımfinal mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, yarımfinalda münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə 5 ən uğurlu mahnı 2012-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulan milli seçimin final mərhələsində birincilik uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, Belarusun “Eurovision” mahnı müsabiqəsində ən uğurlu nəticəsi 2007-ci ildə Dmitri Koldunun ifasında “Work your magic” mahnısı ilə altıncı yeri tutması ilə yadda qalıb.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Abdullah Gül: “Bu hücumun intiqamı çox böyük olacaq"
|
Türkiyə prezidenti Abdullah Gül Hakkari vilayətinin Çukurca qəsəbəsində PKK-nın hücumu nəticəsində 24 əsgərin şəhid olması, 18-nin isə yaralanması barədə açıqlama verib. “KƏLAMİNFO” “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, A. Gül bu hücumun intiqamının çox böyük olacağını deyib.
"Bizə bu dərdi çəkdirənlərə misli ilə çəkdirəcəyik. Bu hücumun intiqamı da çox böyük olacaq".
Türkiyənin dövlət başçısı terrora qarşı güzəşt etməyəcəklərini deyib.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın Müstəqillik Günü Bolqarıstanda da qeyd olunub
|
Azərbaycan Respulikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü Bolqarıstanda da qeyd olunub. Azərbaycanın Bolqarıstandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfirlik tərəfindən Sofiyada keçirilən 400 nəfərlik rəsmi tədbirdə Bolqarıstan hökuməti, Prezident Administrasiyası, Xalq Məclisi, yerli icra və özünüidarə etmə orqanlarının məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvüləri, KİV rəhbərləri və digər mötəbər şəxslər iştirak edib.
Səfir Emil Kərimov “Müstəqillik Günü”nün tarixininin ilk illərini xatırladarkən o vaxt ölkəmizin çətin və iqtisadi vəziyyətinin ağır olmasından, əhalinin ağır və acınacaqlı durumundan, eləcə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü nəticəsində 20% torpaqlarının işğal olunmasından, 1 milyondan çox soydaşımızın qaçqın düşməsindən danışıb. Səfir belə bir çətin anlarda xalqın bu durumdan ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra nicat tapmasını və hal-hazırda İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkənin güclü iqtisadi inkişaf mərhələsində olduğunu bildirib.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
Misir Mərdanov xaricdə oxuyan azərbaycanlı tələbələrlə Təhsil Nazirliyinin görüşünün təşkilini istəyir
|
“Çox yaxşı olardı ki, xaricdə oxuyan azərbaycanlı tələbələrlə Təhsil Nazirliyinin görüşləri təşkil olunsun”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.
O, qeyd edib ki, Azərbaycanda oxuyan tələbələrlə yanaşı, xaricdəkilərin də bir çox problemləri var və bunlar birlikdə müzakirə olunmalıdır. “Tələbələr arasında ən çox maraqlandırılan
məsələlərdən biri xaricdə təhsillə bağlıdır. Bu istiqamətdə görüşlərin, müzakirələrin sayını artırmaq lazımdır. Mən onlarla görüşə hazıram”,-deyə nazir vurğulayıb.
M.Mərdənov həmçinin qeyd edib ki, bu gün kolleclər də daxil olmaqla Azərbaycanın 200 mindən çox tələbə kontingenti var.
|
20.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 9 10 11 12 13 14 15 16 17 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|