|
Qəddafini öldürən şəxs cinayət məsuliyyətinə cəlb olunacaq
|
Liviya Milli Keçid Şurası keçmiş diktator Müəmmar Qəddafini öldürən şəxsin cinayət məsuliyyətinə cəlb olunacağını vəd edib. “KƏLAMİNFO” “Guardian”a istinadən xəbər verir ki, Liviyadakı Keçid Şurasının sədr müavini Abdel Hafiz Qhoqa Benqazidə keçirdiyi mətbuat konfransında istintaq başlandığını və cavabdehlərin ədalət məhkəməsinə cəlb ediləcəyini deyib.
BMT-nin Təhlükəsizlik Şurası isə cümə axşamı NATO-nun Liviyadakı hərbi kampaniyasının oktyabrın 31-də başa çatdırılacağını bəyan edib.
|
29.10.11 Məqaləni oxumaq
|
|
|
Prezident İlham Əliyev: Türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb
|
Qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə türkdilli xalqlar arasında əlaqələrin strateji əhəmiyyəti daha da artıb, münasibətlərimizin forma və məzmunu əsaslı şəkildə yenilənib. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına göndərdiyi təbrik məktubunda deyib.
Təbrik məktubunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Türkdilli ölkələrin və toplumların II Media Forumunun keçirilməsi münasibətilə iştirakçıları təbrik edən İlham Əliyev bildirib ki, müştərək mənafelərin təzahürü olaraq yaranmış Türkdilli Dövlətlər Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, TÜRKSOY və digər təşkilatlar çərçivəsindəki fəaliyyət ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələri gücləndirməklə yanaşı, dövlətlərimizin beynəlxalq aləmdə yerinin möhkəmlənməsinə və nüfuzunun artmasına da mühüm təsir göstərib.
|
29.10.11 Məqaləni oxumaq
|
|
|
Ərdoğan: Türk dövlətləri arasında dostluq münasibətlərinin genişlənməsində medianın üzərinə önəmli məsuliyyət düşür
|
Türk dövlətləri arasında dostluq münasibətlərinin daha da genişlənməsi, sürətlənməsi və gələcək perspektivlərin axtarılması yönündə medianın üzərinə önəmli məsuliyyət düşür. Bu baxımdan, medianın əməkdaşlığının genişləndirilməsi istiqamətində görülən işlərin çox önəmli nəticələri olacağına inanırıq. “KƏLAMİNFO” xəbər verir ki, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda öz işinə başlayan Türkdilli ölkələrin və toplumların II Media Forumunun iştirakçılarına təbrik məktubunda deyib.
Təbrik məktubunu Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Murat Karakaya oxuyub.
|
29.10.11 Məqaləni oxumaq
|
|
|
ABŞ müdafiə nazirinin müavini istefa verib
|
ABŞ müdafiə nazirinin müavini Klifford Stenli istefa verib. Onun yaxın iki həftə ərzində öz postunu tərk edəcəyi bildirilib. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, nazir müavini bu barədə qərarı müstəqil şəkildə verib və bu, ona qarşı aparılan təhqiqat işi ilə bağlı deyil. Söhbət yüksək rütbəli məmurun adı ilə bağlı yayda yaşanan insidentdən gedir. Onun barəsində bir neçə şikayət daxil olub və qeyd edilib ki, hərbçi tabeliyində olanlara qarşı təhqirlərə yol verib, vəsaitləri qeyri-effektiv şəkildə xərcləyib, lazım olmayan bahalı müqavilələrə imza atıb.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
"Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi qəbul olundu
|
Milli Məclisin bu gün keçirilən iclasında "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumatı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov verib.
O, qeyd edib ki, qanun layihəsi 4 fəsil və 27 maddədən ibarətdir və hazırlanmasında AMEA-nın strukturları və alimlər iştirak edib. “Layihədə mədəni bitkilərin genetik ehtiyatlarının vahid Mərkəzi Məlumat Bazası, Milli Proqram, Milli Genbankın və işçi qrupların yaradılması, onların hüquq və vəzifələri, məlumatların mühafizəsi, istifadəsi, mədəni bitkilərin genetik ehtiyatları kolleksiyaları sahiblərinin dövlət uçotu və qeydiyyatı və s. əksini tapır. Bu gün ermənilər əriyin qədim Ermənistan meyvəsi olması barədə bir neçə ildir konfrans keçirirlər. Biz mili-mədəni bitkilərimizi reyestrə salıb əriyimizə və digər meyvələrimizə sahib çıxmalıyıq”,-deyə E.İbrahimov vurğulayıb.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb
|
Avropa Şurası Venesiya Komissiyasının müzakirəsinə çıxarılan “Siyasi partiyalar haqqında” qanunun əsas müddəaları demək olar ki, razılaşdırılıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
PA rəsmisi deyib ki, bundan əlavə Azərbaycan tərəfinə müəyyən tövsiyələr də olunub: “Avropa Şurası Venesiya Komissiyası təklif edib ki, xarici vətəndaşlar Azərbaycanda partiya yaratmaq, partiyaları maliyyələşdirmək və siyasi partiya üzvü olmaq hüququna malik olsunlar. Lakin Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayıb”.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
Oqtay Əsədov: Beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarını ölkə daxilində axtarmaq lazımdır
|
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun hesabatı müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı bildirib ki, Azərbaycanda qadın polislərin işə götürülməsi vacibdir. O qeyd edib ki, artıq qonşu ölkələrdə polis strukturlarına qadın işçilər cəlb edilməyə başlayıb, bunlar əsasən yetkinlik yaşına çatmayanların işləri, ailə məsələləri, insan alveri qurbanları ilə işlər üzrə fəaliyyət göstərirlər. Deputat Fazil Mustafa çıxışında son zamanlar insan alveri ilə mübarizə sahəsində boşluqların aradan qalxdığını və bir sıra işlərin həyata keçirildiyini vurğulayıb. Millət vəkili deyib ki, bu mübarizə işlərinin bir qurumun üzərinə qoyulması doğru deyil. O, məcburi əməyə cəlblə bağlı da danışıb. “Bu gün Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirənləri də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil” - deyə F.Mustafa vurğulayıb.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
Akademik Milli Dram Teatrı diploma layiq görülüb
|
Dövlət Akademik Milli Dram Teatrı diploma layiq görülüb. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, diplom teatr kollektivinə Daşkənddə keçirilən “Theatre.UZ/2011” Beynəlxalq Teatr Festivalında verilib. Beynəlxalq Teatr Festivalının təşəbbüskarları Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyi olub. Bildirilir ki, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivlərinin iştirak etdiyi teatr bayramında səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, aktyor və rejissorlar, tələbələr, jurnalistlər də iştirak ediblər.
Xatırladaq ki, Dövlət Akademik Milli Dram Teatrı festivalda fransız dramaturqu Jan Koktonun "İnsan səsi" tamaşası ilə təmsil olunub.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
Türkiyədə yenə zəlzələ baş verib
|
Bu gün Türkiyənin Van əyalətinin Hakkari şəhərində 5,4 bal gücündə zəlzələ baş verib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə CNN Türk telekanalı xəbər yayıb.
Dağıntı və tələfat barədə xəbər verilməyib.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
Əli Abbasov BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyasına Azərbaycan tərəfdən üzv seçilib
|
BMT-nin Genişzolaqlı rabitə üzrə komissiyası 2015-ci ilə qədər genişzolaqlı çıxışın inkişafı sahəsində yeni məqsədlərini müəyyənləşdirib. Komissiyaya Azərbaycan tərəfdən üzv rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov seçilib. Bu, komissiyanın Cenevrədə keçirilən “ITU Telecom World 2011” sərgi-konfransı (24-27 oktyabr) çərçivəsində baş tutub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
|
28.10.11 Məqaləni oxumaq
|
|
|
|
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|