Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Azərbaycanın ABŞ-dakı səfirliyi xatirə medalı təsis edib
    Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş xatirə medalı təsis edib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən nəfis tərtibatla hazırlanmış medalın üz tərəfində Azərbaycanın gerbi və ingilis dilində “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü – 1991-2011” sözləri, digər üzündə isə ölkəmizin xəritəsi və “Azərbaycanın ABŞ-dakı səfirliyi” sözləri əks olunub.
    18.10.11 Məqaləni oxumaq
     
    “Microsoft Azərbaycan” nümayəndəliyinin rəhbəri dəyişib
    “Microsoft”un Gürcüstan nümayəndəliyinin rəhbəri David Asatiani korporasiyanın Azərbaycan ofisini müvəqqəti idarə edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Bundan əvvəl Azərbaycan ofisinə rəhbərlik edən Teymur Axundov hazırda “Microsoft”un Kanada ofisində yeni vəzifəyə keçib. T.Axundovun yeni vəzifəsi haqqında məlumat verilmir.
    18.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq
    Noyabr ayında Naxçıvan Muxtar Respublikasında Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olacaq. “KƏLAMİNFO” xəbər verir ki, məlumatı Türkiyənin “Zaman” qəzeti yayıb. Məlumata görə, görüşün məqsədi hər üç ölkəylə olan sərhəd məntəqələrindəki çətinliklərin aradan qaldırılması, bölgədə ticarətlə məşğul olan iş adamlarının problemlərinin həll edilməsindən ibarətdir.
    18.10.11 Məqaləni oxumaq
     
    Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Azərbaycana gəlir
    Bu gün Ekvadorun xarici işlər, ticarət və inteqrasiya naziri Rikardo Armando Patinyo Aroka Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Rikardo Armando Patinyo Arokanın Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
    18.10.11 Məqaləni oxumaq
     
    ABŞ-da ümummilli lider Heydər Əliyevin büstü açılıb
    Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə oktyabrın 17-də Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin büstü açılıb. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, bürüncdən hazırlanmış bu incəsənət əsərinin müəllifi məşhur heykəltəraş, Beynəlxalq Olimpiya Komitəsinin laureatı Sergey Eylanbekovdur. Açılış mərasimdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev çıxış edərək, Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatının hərtərəfli inkişafında və dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edib və onun əziz xatirəsinin qəlblərimizdə daim yaşayacağını bildirib. Mərasimdə ABŞ ictimaiyyətinin nümayəndələri, Azərbaycan diasporunun fəalları və ölkəmizin ABŞ-dakı səfirliyinin əməkdaşları iştirak ediblər.
    18.10.11 Məqaləni oxumaq
     
    Bu gün istiqlaliyyətimizi yenidən qazanmağımızın 20 yaşı tamam olur
    Oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunduğu gündür. “KƏLAMİNFO” xəbər verir ki, bu gün istiqlaliyyətimizi yenidən qazanmağımızın 20 yaşı tamam olur. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
    18.10.11 Məqaləni oxumaq
     
    Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı keçiriləcək
    Gələn həftə İzmirdə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk yığıncağı keçiriləcək. “KƏLAMİNFO” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, oktyabrın 25-26-sı tarixlərində keçiriləcək toplantıda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev xarici işlər, nəqliyyat, sənaye və energetika nazirləri ilə bərabər İzmirə gedəcək. Yığıncağa qatılmaq üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da həmin tarixdə İzmirdə olacaq.
    18.10.11 Məqaləni oxumaq
     
    Bakı Beynəlxalq Caz Festivalı davam edir
    Bakıda keçirilən Beynəlxalq Caz Festivalı davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın proqramı bu gün Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da “Yeni adlar” caz layihəsi, 21:00-da isə pinoçu Elçin Şirinovun ifasında davam etdiriləcək. Qeyd edək ki, festivalın açılış mərasimi oktyabrın 15-i Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə baş tutub. Xatırladaq ki, dünyanın tanınmış caz ifaçılarının iştirak etdiyi Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilir.
    18.10.11 Məqaləni oxumaq
     
    Qəddafinin oğlunun öldürüldüyü təsdiqlənib
    Qəddafinin harada gizləndiyi hələ məlum olmasa da, onun tərəfdarlarının çoxluq təşkil etməsi ilə tanınan yerli televiziya kanallarından biri “Əl Rai” Liviya diktatorunun oğlunun öldürüldüyü xəbərini təsdiqləyib. “KƏLAMİNFO” “AssociatedPress”ə istinadən xəbər verir ki, dəfələrlə qeyri-rəsmi mənbələrin yaydığı xəbər təkzib olunsa da, nəhayət ki, təsdiqini tapıb. Belə ki, Xamis Qəddafinin avqust ayının 29-da Tripolinin cənub-şərqində yerləşən Taruhanada öldürüldüyü təsdiqlənib.
    18.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanla Türkiyə arasında hərbi təlimlər başlaya bilər?
    “Bu gün Əfqanıstan problemi fonunda Cənubi Qafqaza diqqət artıb və Türkiyə-Azərbaycan arasında hərbi təlimlərə start verilməsi üçün əlverişli məqam yetişib”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Millət vəkilinin fikrincə, bu təlimlər istisna olunmur. “Çox arzu edirəm ki, Türkiyənin hərbi generaliteti Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında və onun yeniləşməsində rol alsın, bu prosesdə daha geniş iştirak etsin. O cümlədən də Azərbaycanın Türkiyənin ümumi təhlükəsizlik həyatına təsirini gözləyirəm. Türkiyə müdafiə nazirinin son səfərindən bu məsələ ilə bağlı gözləntilərim böyükdür”,-deyə deputat vurğulayıb.
    18.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  12 13 14 15 16 17 18 19 20  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31