Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib
    Azərbaycanın Macarıstandakı səfirliyində “Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə” mövzusunda Dəyirmi masa keçirilib. Səfirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndələri, Macarıstan Parlamentində təmsil olunmuş Fides, Sosialist və Yobbik partiyalarının gənclər təşkilatlarının təmsilçiləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, həmçinin macar tələbələr iştirak ediblər.
    21.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan üçün həlledici gün
    Bu gün BMT Baş Assambleyasında 2012-2013-cü illər üçün Təhlükəsizlik Şurasına beş qeyri-daimi üzvün seçkisi keçiriləcək. “KƏLAMİNFO” BMT-nin internet saytına istinadən xəbər verir ki, Avropa ölkələri qrupundan bir yerə Azərbaycan, Macarıstan və Sloveniya iddia edir. Afrika və Asiya-Sakit okean ölkələri qrupundan yerlər uğrunda Qırğızıstan, Mavritaniya, Mərakeş, Pakistan və Toqo mübarizə aparacaq. Qəbul olunmuş təcrübəyə görə, bu dəfə iki yeri Afrika, bir yeri isə Asiya ölkəsi tutmalıdır. Beləliklə, heç vaxt BMT Təhlükəsizlik Şurasının üzvü olmayan Qırğızıstan altı dəfə qeyri-daimi üzv olmuş Pakistanla mübarizə aparmalı olacaq. Qalan iki yer uğrunda isə Mavritaniya, Mərakeş və Toqo yarışacaq.
    21.10.11 Məqaləni oxumaq
     
    İndoneziya Konstitusiya Məhkəməsinin sədri Ali Məhkəmədə olub
    Azərbaycanda səfərdə olan İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud və hakimi Maria Farida İndrati Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanın dünyanın bir çox ölkəsi ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini, İndoneziyanın da bu ölkələr sırasında olduğunu bildirib. Ali Məhkəmənin sədri, həmçinin son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışıb.
    21.10.11 Məqaləni oxumaq
     
    “Norveçin xarici əsilli icmaları içində fəallığımıza görə ilk beşliyə düşərək başqalarından fərqlənirik”
    Ramil Əliyev: “Həmvətənlərimiz fəallıqlarını daha da artırmalıdır ki, haqq səsimizi daha yüksək səviyyədə çatdıra bilək”

    Norveç Azərbaycanlıları Gənclər Təşkilatının sədri Ramil Əliyev “KƏLAMİNFO”nun suallarını cavablandırıb.

    - Ölkənin ictimai-siyasi həyatında rəhbərlik etdiyiniz cəmiyyətin fəallığı necədir? Ümumilikdə Norveçin siyasi həyatında necə bir rol oynayırsınız?

    - Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (təşkilat Norveçdə və beynəlxalq səviyyədə “NAYO” kimi tanınır) fəaliyyət göstərdiyi ölkənin, yəni Norveçin ictimai-siyasi həyatında təmsil olunmaq baxımından çox aktivdir. 2006-ci ildə Norveçin paytaxtı Oslo şəhərində yaranan NAYO-nun əsas məqsədi Norveçdə yaşayan azərbaycanlıların Norveç ictimaiyyətinə inteqrasiyasına yardımçı olmaq, onları təşkilatlandırmaq və hüquqlarını müdafiə etməkdir. Bildiyiniz kimi, Azərbaycanın Norveçdə səfirliyi yoxdur və təşkilatımız eyni zamanda norveçlilər üçün azərbaycana dair ilk informasiya və əlaqə mənbəyi rolunu oynayır. Qeyd etdiyim müxtəlif məqsəd və məramları yerinə yetirən NAYO Norveçin ictimai-siyasi həyatında fəal rol oynamaya bilməz. Biz Norveçin xarici əsilli icmaları içində fəallığımıza və şəbəkəmizə görə ilk beşliyə düşərək başqalarından fərqlənirik. Onu da deyim ki, NAYO Norveçin Gənclər Konsulluğunun daimi üzvü olan ilk qeyri-norveç kökənli təşkilatdır. Norveçdə yaşayan azərbaycanlılardan sayca dəfələrlə çox olan icmalar belə bu konsulluqda təmsil oluna, Norveçin gənclərlə bağlı siyasətində mövqe tuta bilmirlər. Bu il Norveçdə keçirilmiş bələdiyyə seçkilərində də NAYO çox aktiv rol oynadı.
    21.10.11 Məqaləni oxumaq
     
    DOST
    Jurnalist Vasif Səmədova ithaf edirəm

    Ey mənim qəlbimin sirdaşı dostum,
    Gözümün işığı - nur daşı dostum.
    Mənim yollarımda gur bir işıqsan
    Səndən güc alıram, qüvvət alıram.
    21.10.11 Məqaləni oxumaq
     
    QARDAŞ
    Qardaşım Kəbir Azəriyə ithaf edirəm

    Günəş tək saçılıb, bulud tək doldun
    Gül kimi açılıb, tezcə də soldun
    Sən sözlə doğuldun, sözlə də öldün
    Ey mənim qəlbimin parası qardaş.
    21.10.11 Məqaləni oxumaq
     
    Sənli, sənsiz dünyam...
    Doğma yurdum! Qızılı qumlu, ana laylası kimi həzin ləpəli mavi Xəzərin sahillərinə sığınan doğma Buzovnam. Barlı bağları, füsünkar gecələri, sahilin qayalarına layla çalan ləpələri, dənizin ciyərlərin-dən süzülən təmiz havası Buzovnanın min bir gözəlliyinin adi gözlə görünən, duyulan, misilsiz sər-vətləridir.

    Neçə-neçə mərd oğulların, həyatlarını vətən uğrunda qurban vermiş şəhidlərin yurdudur bu qəsə-bə. Bir vaxtlar bu yerlərdə kövrək addımlarıyla dolaşan, arzuların qanadlarında gələcəyə pərvazlanan Buzovna yetirmələri bu gün yurdumuza şöhrət gətirən ziyalıları, alim, siyasətçi, dövlət və mədəniyyət xadimləridirlər.
    21.10.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Asiya İnkişaf Bankının nümayəndələrini qəbul edib
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Asiya İnkişaf Bankının (AİB) nümayəndə heyətini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zamanı əsasən 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan AİB İdarə Heyətinin növbəti iclası ilə bağlı hazırlıq işləri, iclasın keçiriləcəyi yer, tədbirin mədəni proqramı və digər təşkilatı məsələlər müzakirə olunub. Söhbət əsnasında həmçinin ölkəmizlə AİB arasında ikitərəfli əməkdaşlığın vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb. Qeyd edək ki, AİB-nın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono, təşkilatın katibi Robert Douson, təşkilati işlər üzrə məsul Cill Meri Drilonun daxil olduğu nümayəndə heyəti AİB İdarə Heyətinin növbəti iclasının yüksək şəkildə keçirilməsi ilə bağlı məsləhətləşmələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə ümidvar olduğunu qeyd edib.
    21.10.11 Məqaləni oxumaq
     
    Fələstinlilər azadlıqda
    İsrailin əsir əsgər Gilat Şalid qarşılığında azadlıq sözü verdiyi fələstinli əsirlərin buraxılmasının ilk mərhələsi gerçəkləşdirilib. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, İsrail əsirlərin birbaşa Fələstinə keçirilməsinin təhlükəli olduğu iddiası ilə onları Türkiyə, Suriya, Qətər və İordaniyaya göndərib. Əsirlərin 16-sı Suriyada, 15-i Qətərdə, 11-i Türkiyədə, 1-i isə İordaniyadadır. Əsirləri adı çəkilən ölkələrdə Fələstinin bu ölkələrdəki səfirləri və nümayəndələri qarşılayıb.
    21.10.11 Məqaləni oxumaq
     
    Bakının 3 məktəbində şagirdlərin dərsə davamiyyəti yoxlanılıb
    Bu gün Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə paytaxtın orta ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətinə dair monitorinq keçirilib. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi mətbuat işçilərinin seçimi əsasında Bakının Nərimanov rayonundakı 177, 47 və 258 nömrəli orta məktəblərdə aparılıb. Reyd zamanı həm ibtidai, həm də yuxarı siniflərdə şagirdlərin davamiyyət faizinin yüksək olduğu (95 faizdən yuxarı) müşahidə edilib. Monitorinq qrupu, həmçinin məktəblərdə tədrisin təşkilinin bir sıra digər məsələləri ilə maraqlanıb, jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Müvafiq monitorinqlərin hər həftə paytaxtın bir rayonu üzrə keçirilməsi nəzərdə tutulub.
    21.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Okt.2011
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31