Ailə və Cinayət məcəllələrinə dəyişikliklər ediləcək
|
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin Sosial siyasət komitəsilə birgə bu gün keçirdiyi iclasda Ailə və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunaraq təsdiq olunub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, nəzərdə tutulan dəyişikliklərə əsasən nikah yaşının qaldırılması Azərbaycanın ümumbəşər dəyərlərinə uyğundur və Avropa hüquq siyasəti məkanına daxil olmaq üçün növbəti bir addımdır. O qeyd edib ki, ölkədə hələ də məcburi nikah münasibətlərinə daxil olmaq faktları aşkarlanır və bu norma onun qarşısını almağa yönəlib.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Qadınların nikaha girmə yaşı qaldırılır
|
Milli Məclisin Sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələri birgə Ailə Məcəlləsi və Cinayət Məcəlləsində növbəti dəyişikliklər hazırlayıblar. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı bu gün komitələrin birgə iclası keçirilir. Cinayət Məcəlləsindəki dəyişikliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətdə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ailə Məcəlləsinə dəyişikliklərdə isə qadınlar üçün nikaha girmə yaşının 17-dən qaldırılaraq 18 olması nəzərdə tutulur.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Moskva meri “Bakı həyəti” restoranını köçürür
|
Moskva meri Sergey Sobyanin Roman Viktyuka məxsus teatrın binasında yerləşən «Bakı həyəti» restoranının köçürülməsi barədə əmr imzalayıb. «KƏLAMİNFO» İnterfaks»a istinadən xəbər verir ki, teatrın binasına daxil olan maskalı şəxslər restoran sahiblərinə oranı tərk etmələrini tələb ediblər. «Mən bunu uzun illər idi ki, gözləyirdim və indi ümid edirəm ki, hər şeyə necə lazımdırsa, elə də olacaq» - deyə teatrın rəhbəri bildirib.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
|
Milli Məclisin üzvləri Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər
|
Sabah Milli Məclisin deputatları Rüfət Quliyev və Rafiq Məmmədhəsənov Qırğızıstanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bişkek şəhərinə gedəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”a parlamentdən veriblər. Millət vəkilləri oktyabrın 30-da keçiriləcək seçkiləri MDB Parlamentlərarası Assambleyası və İcraiyyə Komitəsinin müşahidəçilər missiyasının tərkibində izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişatı ilə maraqlanacaqlar. Səfər noyabrın 1-də başa çatacaq.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Fransa islama səcdə edir
|
Fransada islam çox sürətlə yayılmaqdadır. Bu barədə açıqlama yayan Hudzon Universitetinin hesabatının nəticələri bir çox fransız siyasətçinin narahatlığına səbəb olub. Araşdırmalara görə, ölkədə çox sayda fransız dinini dəyişərək müsəlman olmağı seçir. Fransa Müsəlman Şurasının rəhbəri Məhəmməd Moussaouninin verdiyi açıqlamada hazırda ölkədə inşası davam edən 150 məscid olduğu deyilir.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Mənim qəbiristanlıq sevgim
|
Bəlkə də bu sizə qəribə görünəcək, mən qəbiristanlıqda gəzməyi çox xoşlayıram. Qəbiristanlıqda hər yaşda, hər xasiyyətdə adam tapmaq mümkündür. Bəzən tanımadığım adamların məzarı önündə dayanıb, onlarla uzun-uzadı “söhbət” edirəm. Nə olsun ki, qara mərmərdən hazırlanmış ağır daşların altında uyuyan bu adamların dili-ağzı yoxdur. Elə adamlar var ki, onların nə demək istədiklərini gözlərindən oxumaq mümkündür.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
O daşlar hələ də yağır
|
Əli İldirimoğlunun “Daş yağan gün” romanı haqqında bir neçə soz
Görkəmli yazıçı-publisit Əli İldırımoğlunun “Zorən jurnalist”, “Mənim rəncbər atam”, “Həmin adam”, “Közərən sətirlər”, “Qarlı gecələr”, “Aqibət” romanlarını, eləcə də oçerklərdən ibarət “Silinməz izlər”, povest və hekayələrinin cəmləşdiyi “Dərd” kitablarını böyük həvəslə oxumuşam. Müəllifin bu yaxınlarda daha bir kitabının işıq üzü gördüyünü eşidəndə çox sevindim və “Daş yağan gün” romanının dərc olunduğu həmin kitabı əldə edib oxudum. Əvvəlcədən qeyd edim ki, qələminə, şirin, oxunaqlı üslubuna bələd olduğum yazıçının yeni yaradıcılıq nümunəsi də əvvəlkilərtək olduqca maraqlıdır. Amma Ə.İldırımoğlunun “Daş yağan gün” romanında diqqətimi daha çox cəlb edən, əsərin tarixi faktlar əsasında yazılmasıdır.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
Dindarlar ekstremizmə qarşı
|
Qafqaz Müsəlmanları İdarəsinin konfrans zalında Azərbaycanın və Rusiyanın din xadimləri və ilahiyyatçılarının iştirakı ilə Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda görüş keçirilib (sentyabrın 29-da). Görüşdə həmçinin ənənəvi konfessiyaların rəhbərləri, Millət vəkilləri, tanınmış ziyalılar, Moskva Dövlət Linqvistika Universitetinin və Bakı İslam universitetinin nümayəndələri iştirak etmişdirlər.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
“Xoşməramlı səfir”
|
İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Allahşükür Paşazadəni Qızıl Medalla təltif edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə daha bir nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Mənzil qərargahı Parisdə yerləşən Fransanın İnsan Haqlarının Müdafiəsi Beynəlxalq Komitəsi Şeyxülislam həzrətlərini Qızıl Medalla təltif edib və ona “Xoşməramlı səfir” titulu verib.
|
26.10.11 Məqaləni oxumaq
|
|
|
|