|
Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
Türk Festivalında Azərbaycanı ABŞ-dakı Qarabağ Fondu təmsil edib
|
Oktyabrın 2-si Vaşinqtonda Ağ Evin qarşısında keçirilən 9-cu Türk Festivalında Azərbaycanı ABŞ-dakı Qarabağ Fondu təmsil edib. Bu barədə “KƏLAMİNFO”ya fonddan məlumat verilib. Festivalda 20 000-dən artıq ziyarətçi iştirak edib. ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankaranın bu il qardaşlaşmış şəhərlər olması tədbir zamanı qeyd olunub.
Azərbaycanı təmsil edən Qarabağ Fondunun sərgi masası və mədəniyyət proqramı müxtəlif yaş qrupları və böyük sayda ziyarətçilərin marağına səbəb olub. Qarabağ Fondunun stendinə yaxınlaşan sərgi iştirakçılarına Azərbaycan haqqında məlumat bukletləri və tanıtım materialları paylanıb.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanması yaxın günlərdə baş tutacaq
|
Ötən ayın sonunda imzalanması nəzərdə tutulan Azərbaycanla Türkiyə arasındakı qaz sazişi ilə əlaqədar sənədlərin hazırlanması başa çatmadığından imzalanma bu günlərdə baş tutacaq.
Hazırda bununla bağlı işlər gedir. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. O qeyd edib ki, danışıqlar prosesində heç bir maneə yoxdur və öz qaydasında gedir. “Rusiyadan olan qaz təminatını Türkiyə bu gün nativ yollarla təmin edir. Konkret hansı yolların olduğunu isə açıqlaya bilmərik” - deyə səfir vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycan-Türkiyə Yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının toplantısının tarixinin müəyyən olunması üzrə iş gedir.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisdə beynəlxalq müşahidəçilər üçün seminar başlayıb
|
Bu gün Milli Məclisdə “Demokratiya və vətəndaşların seçki hüquqları” mövzusunda beynəlxalq müşahidəçilər üçün seminar başlayıb. Seminarda MDB ölkələrinin seçki məsələləri üzrə ekspertləri və deputatlar iştirak edirlər. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə parlamentin vitse-spikeri Ziyafət Əsgərov qonaqları MM sədri Oqtay Əsədovun adından salamlayaraq, seminarın işinə uğurlar arzulayıb. O, seminarın mövzusunun aktual bir məsələyə həsr olunduğunu bildirib.
|
03.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|