“Yahoo!”nun keçmiş prezidenti evini satışa çıxarıb
|
«Yahoo!» kompaniyasının keçmiş prezidenti Terri Semel Beverli Hillzdəki evini satışa çıxarıb. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, daşınmaz əmlakın satışı ilə məşğul olan «Real Estalker» resurs mərkəzi evin 12,275 mln. dollara satışa çıxarıldığını yazıb. Mülkün sahəsi 800 kv.metrdir, orada 4 yataq və 6 vanna otağı var.
Semel 2007-ci ildə «Yahoo!»nun prezidenti postunu tərk etməli olub. Buna səbəb kompaniyanın səhmdarlarının onun fəaliyyətindən narazılığı olub. Bu kompaniyada işlədiyi müddətdə isə 500 mln. dollar vəsait toplamağa müvəffəq olub.
Populyarlığına görə dünyanın ən aparıcı axtarış sistemi olan «Yahoo!» 1994-cü ilin yanvarında Stenford Universitetinin aspirantları Devid Faylo və Cerri Yanq tərəfindən təsis edilib.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
İsrail islahatlara məcbur oldu
|
İsrailin Nazirlər Kabineti minlərlə israillinin iqtisadi islahatlar tələbi ilə keçirdiyi nümayişlərə cavab olaraq, yaşayış xərclərinin azaldılmasına dair ölçüləri təsdiq edib. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, təkliflər baş nazir Benyamin Netanyahunun təşkil etdiyi xüsusi komitə tərəfindən irəli sürülüb. Kabinet üzvlərinin üçdə iki hissəsi vergilərin ixtisarı, pulsuz təhsil və ev qiymətlərinin azaldılması kimi ölçülərin lehinə səs verib.
Avqust ayında minlərlə insan islahat tələbi ilə Təl-Əviv, Hayfa və Biirşeba şəhərlərində nümayişlərə çıxmışdı.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Misirdə baş verən qarşıdurmada azı 24 adam ölüb
|
Qahirədə xristian koptlarla polislər arasında baş verən qarşıdurma nəticəsində azı 24 adam ölüb, 200-dən artıq adam yaralanıb. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, minlərlə xristian kopt dövlət televiziyasının binası qarşısına yığışaraq Asuan əyalətindəki kilsəyə hücuma etiraz ediblər. Etirazçılar polisə daş və yandırıcı butulkalar atıblar. Bir neçə maşını yandırıblar. Asuan əyalətinin qubernatoru Mustafa əl-Səidin şəklini yandırıblar. Qubernator Marinap kəndindəki kilsənin qanunsuz tikildiyini bildiribmiş. Etirazçılar onun istefa verməsini, kilsənin isə bərpa olunmasını tələb ediblər.
Xristian koptlar 80 milyon əhalisi olan Misirin 10 faizini təşkil edirlər.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Şeyxülislamı öldürmək istədilər
|
Çeçenistanın keçmiş Şeyxülislamı Şəmsəddin Batukayevə İstanbulun Zeytunburnu səmtindəki evində silahlı hücum etmək istəyən killer son anda yaxalanaraq polisə təhvil verilib. Bəhram Batumayev adlı 26 yaşlı killer oktyabrın 7-də Batukayevin qaldığı evə gələrək yardım istədiyini bildirib və evə çıxıb. «KƏLAMİNFO» Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki çeçen mühafizəçinin zərərsizləşdirdiyi killerin üzərindən bir tapança və saxta Rusiya pasportu çıxıb.
Sui-qəsd əmrini Rusiyaya yaxınlığı ilə tanınan Çeçenistan prezidenti Ramzan Kadırovun verdiyi bildirilir.
1956-cı ildə Qazaxıstanda anadan olan Batukayev 1960-cı ildə ailəsiylə Çeçenistana köçüb. Litsey təhsilini burada tamamladıqdan sonra Buxara və Daşkənddə memarlıq və din təhsili alıb. Çeçenistanda 4 il Şəriət Məhkəməsinin sədri olan Batukayev Kadırov iqtidara gələndən sonra Türkiyəyə mühacirət edib.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Polşadakı seçkidə baş nazirin partiyası qalib gəlib
|
Polşada keçirilən parlament seçkilərində baş nazir Donald Tuskun rəhbərlik etdiyi sağçı «Vətəndaş Platforması» qalib gəlib. «Vətəndaş Platforması» seçicilərin 39 faizinin səsini yığıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, ikinci yerdə müxalifət partiyası «Qanun və ədalət» gəlir. Bu partiya 30 faiz səs yığıb. Donald Tusk bildirib ki, «qarşıdakı dörd ildə sizə xidmət etmək mənim və partiyamızın bütün üzvləri üçün böyük şərəfdir».
Parlament seçkilərinin rəsmi nəticələri yaxın müddətdə elan olunacaq.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
İran XİN rəhbəri: Xəzərdə qeyri-regional dövlətin olması yolverilməzdir
|
Xəzər dənizi beş Xəzəryanı dövlətə məxsusdur və dənizdə qeyri-regional dövlətin olması yolverilməzdir. Bu sözləri İran İslam Respublikasının XİN rəhbəri Əli Əkbər Salehi bildirib. Onun sözlərinə görə, Xəzərlə bağlı istənilən qərar bütün Xəzəryanı dövlətlərin iştirakı ilə, xarici müdaxilə olmadan qəbul edilməlidir. «KƏLAMİNFO» «MehrNews»a istinadən xəbər verir ki, XİN rəhbəri vurğulayıb ki, İran Xəzər dənizinin ətraf və dəniz mühitinin qorunmasına böyük önəm verir. Onun sözlərinə görə, ərazi və sərhəd suları ilə bağlı qərar qəbul edərkən, Xəzəryanı dövlətlər dənizin hüquqi rejimi üzrə Konvensiyaya uyğun olaraq konsensusa gəlməlidirlər.
O, əlavə edib ki, son vaxtlar Xəzəryanı dövlətlərin XİN rəhbərləri səviyyəsində bu konvensiyanın işlənməsi və qəbulu ilə bağlı iclaslar keçirilib. «Yaxın vaxtlarda Astanada bu məsələ ilə bağlı növbəti iclas keçiriləcək» - deyə iranlı nazir vurğulayıb.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
E.Məmmədov: GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir
|
GUAM-ın əhatə etdiyi dövlətlərin regionda yaşanan münaqişələrlə bağlı təşəbbüsləri əhəmiyyətlidir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən GUAM Parlament Assambleyası ilə Baltik Assambleyasının “Sərhədlər üzərindən əlaqələrin qurulması” adlı birgə Beynəlxalq konfransın açılışında GUAM PA-dakı Azərbaycan nümayəndə heyətinin
rəhbəri Elton Məmmədov bildirib.
O bildirib ki, müstəqillik əldə etməklə Azərbaycan Ermənistanın işğalçı siyasəti ilə qarşılaşıb. “Beynəlxalq ictimaiyyət bu problemi çözmək əvəzinə ikili standartlar yürüdürlər”-deyə o deyib
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Süleyman Dəmirəl: “Azərbaycanın gələcəyini çox xoşbəxt görürəm”
|
“Bu gün Azərbaycan üçün daha uğurlu nailiyyətlərdən biri də odur ki, o, gələcək üçün daha böyük potensialı olan beynəlxalq birliklərin tamhüquqlu üzvü olub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "XXI əsr: ümidlər və çağırışlar" Beynəlxalq Humanitar Forumunda Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl deyib. Onun sözlərinə görə, Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf və sabitliyin sərt pillələrində qətiyyətli və inanılmış üsullarla qalxdığını görmək sevindiricidir. “Mən Azərbaycanın gələcəyini çox xoşbəxt görürəm” - deyə S.Dəmirəl vurğulayıb.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Bakıda Beynəlxalq Humanitar Forum keçirilir
|
Bu gün “Gülüstan” sarayında “XXI əsr: ümidlər və çağırışlar” adlı Beynəlxalq Humanitar Forum işə başlayıb. “KƏLAMİNFO “xəbər verir ki, forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin forum iştirakçılarına prezident Dmitri Medvedevin təbrik məktubunu oxuyub. Sonra Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl çıxış edib. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza sabiq prezident Bill Klintonun məktubunu oxuyub.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
Təhsildə İKT-nin tətbiqi
|
Bu gün Azərbaycanda elm və texnologiyaların inkişafını şərtləndirən və eyni zamanda sosial həyatda müxtəlif şəxslərin rifahına xidmət edən daxili və xarici siyasi kurs həyata keçirilir. Belə bir siyasətin nəticəsi olaraq ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyat qurulur. Bunun tərkib hissəsi kimi son illər Azərbaycanda rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət almaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan rabitə sektorunun inkişaf strategiyası ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 60-cı illərindən başlayıb. Məhz bu illərdən Azərbaycanda İnformasiya Kommuniskasiya Texnologiyaları (İKT) sektorunun inkişafının təməli qoyulub.
|
10.10.11 Məqaləni oxumaq
|
|
|
|