Rusiyalı nazir: “Azərbaycan Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır”
|
“Ölkələrin hərtərəfli inkişafı və müasirləşdirilməsi zamanı insanın intellektini maarif və mədəniyyət formalaşdırır. Ona görə ictimai inkişafın humanitar sahəsi barədə ciddi düşünmək lazımdır və bu təşəbbüsün Bakı tərəfindən verilməsi təqdirəlayiq haldır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev bildirib.
O qeyd edib ki, Azərbaycan bu gün də Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır. “Azərbaycan xalqının mehribançılığı, rəhbərliyinin müdrikliyi - bunların hamısı humanitar sahədə başlıca məsələlər barədə müzakirə aparmaq üçün Bakını əlverişli məkana çevirib” - deyə rusiyalı nazir vurğulayıb. Nazir deyir ki, bu gün Bakıda olan dəyişiklik onu valeh edir: “Azərbaycan demək olar ki, sürətlə dəyişir”.
|
12.10.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycan XİN rəsmisi: Minsk Qrupu Qarabağ münaqişəsinin süni yollarla uzadılmasına imkan yaradır
|
“Bu gün ATƏT Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin süni yollarla uzadılmasına əsl imkanlar yaradır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları bu gün Milli Məclisdə keçirilən tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Təhlükəsizlik İdarəsinin 2-ci katibi Elçin Hüseynli deyib.
O, qeyd edib ki, Minsk Qrupunun üzərinə iyirmi ildir ciddi məsuliyyət düşməsinə baxmayaraq, onlar hələ də bunu hiss etmirlər. “Çox təəssüf edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan beynəlxalq vasitəçilər olan ATƏT Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etmək əvəzinə, bu münaqişənin süni yollarla uzadılmasına imkan yaradırlar. Onlar öz missiyalarının öhdəsindən layiqincə gəlmirlər. Münaqişənin həll olunması prosesinə öz töhfələrini vermirlər. Bu qəbul olunmaz bir haldır”,-deyə E.Hüseynov vurğulayıb. Onun sözlərinə görə, Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində bu cür passivliyi qurumun Qafqazdakı nüfuzunu ciddi zərbə altına ala bilər.
|
12.10.11 Məqaləni oxumaq
|
|
|
İraqda partlayışlar 13 nəfərin ölümünə səbəb olub
|
İraqın paytaxtı Bağdadda bu gün dalbadal üç partlayış olub. Terror aktları nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb. “KƏLAMİNFO” “İTAR TASS”a istinadən xəbər verir ki, ilk partlayış bir avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində, ikinci və üçüncü partlayışlar isə yardım dəstələri hadisə yerinə gəldikdən sonraq törədilib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Çikaqoda iqtisadi bərabərsizliyə qarşı aksiya
|
ABŞ-ın Çikaqo şəhərində minlərlə etirazçı iqtisadi bərabərsizliyə qarşı yürüş keçirib. Onların arasında müəllim və dini liderlər olub. “KƏLAMİNFO” “svobodanews.ru”a istinadən xəbər verir ki, polis 27 nümayişçini həbs edib, onlarda silah olduğu güman edilib və həmin etirazçılar küçənin ortasında “Bizim məktəbimizi qoru, bizim evimizi qoru” dini mahnı oxuyublar. Aksiyaçılar ötən ay Nyu-Yorkda nümayişlərə başlamış “Uoll Striit” hərəkatından ruhlanıblar.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Bayden Türkiyəyə gəlir
|
ABŞ-ın vitse-prezidenti Cosef Bayden dekabrda Türkiyəyə gələcək. Ağ Evdən verilən açıqlamada Baydenin Türkiyə ilə Amerika arasındakı əməkdaşlıq çərçivəsində bir çox məsələni müzakirə edəcəyi bildirilib. “KƏLAMİNFO” “TRT”yə istinadən xəbər verir ki, Baydenin İstanbulda baş nazir Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi edəcəyi İkinci Qlobal Təşəbbüskarlıq Sammitində iştirak edəcəyi bildirilib.
Qeyd edək ki, Bayden səfər çərçivəsində Yunanıstana da gedəcək.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Timoşenko günahkar elan edildi
|
Ukrayna məhkəməsi eks-baş nazir Yuliya Timoşenkonu vəzifə səlahiyyətlərini aşması maddəsi üzrə günahkar elan edib. Hakim Rodion Kireev bununla bağlı bu gün qərarını elan edib. “KƏLAMİNFO” “İnterfaks”a istinadən xəbər verir ki, hakim Timoşenkonun Rusiya ilə 2009-cu ildə imzalanan qaz müqaviləsi üzrə vəzifə səlahiyyətlərini aşdığını göstərib. Kireev prokurorluğun Timoşenkonun dövlətə 187 milyon dollar ziyan vurduğunu təsdiq edib. Hakim hələ ki, cəza qərarını çıxarmayıb.
Qeyd edək ki, prokuror eks-baş nazirə qarşı 7 illik həbs cəzası istəyib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Ermənistan əhalinin sayı ilə bağlı rəqəmləri saxtalaşdırmaq niyyətindədir
|
Ermənistan hakimiyyət orqanları əhalinin siyahıyaalınması ilə bağlı rəqəmləri saxtalaşdırmaq niyyətindədir. Belə ki, onlar əhalinin sayını artırmaq qərarına gəliblər. “KƏLAMİNFO”nun məlumatına görə, “Aykakan jamanak” qəzeti yazır ki, hakimiyyət siyahıyalınmanın nəticələrindən asılı olmayaraq əhalinin sayının 3 milyon və ya daha çox olduğunu göstərəcək. Milli Statistik İdarənin rəsmi məlumatına görə, Ermənistanda 2008-ci ilin nəticələrinə görə, 3 milyondan da az insan yaşayır. 2009-cu ildə isə bu rəqəm 3 milyon 35 min olub. Lakin hətta rəsmi məlumatlara görə, 2008-ci ildən ölkədən 10 minlərlə insan gedib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
İran Livanı silahla təchiz etməyə hazır olduğunu açıqlayıb
|
İran hər hansı bir əlavə şərt irəli sürmədən Livan ordusunu dərhal silahla təchiz etməyə hazır olduğunu bəyan edib. “KƏLAMİNFO” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Livanda bu ölkənin müdafiə naziri Fayez Hüsnlə görüşən iranlı general Rohxabadi bildirib ki, İsrailə məxsus təyyarələrin Livanın hava məkanını pozmasını nəzərə alsaq, iki ölkənin müdafiə qurumları arasında əməkdaşlıq aktual xarakter almağa başlayıb. Husn öz növbəsində bildirib ki, Livan müttəfiqinin bu təşəbbüsündən məmnundur və bu dəstəkdən qürur hissi keçirir. Lakin İrana belə bir köməklə müraciət edəcəklərini açıqlamayıb.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Qəddafinin doğma şəhəri ələ keçirildi
|
Liviya Keçid Hökumətinin qüvvələri bildiriblər ki, Müəmmar Qəddafinin Siirt şəhərindəki qüvvələrini küncə sıxışdırıblar. «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, yeni hökumət qüvvələri bazar günü üç əsas binanı - hospitalı, universiteti və vaxtilə Qəddafinin xaricilərlə birgə sammitlər keçirdiyi konfrans zalını ələ keçiriblər. Müvəqqəti hökumət bildirib ki, Siirt şəhərini də azad edəndən sonra Liviyanın Qəddafidən azadlığını elan edəcəklər. Bundan sonra isə seçkilər yoluyla yeni hökumət seçiləcək.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
Ənvər əl-Avlakinin ölümü təsdiqləndi
|
«Əl-Qaidə» terror şəbəkəsinin Ərəbistan yarımadasındakı qanadının liderləri Ənvər əl-Avlakinin Yəmənin Əl-Cauf əyalətində ABŞ aviasiyasının zərbələri nəticəsində ölməsi faktını təsdiq edib. «KƏLAMİNFO»nun məlumatına görə, bu barədə SİTE internet monitorinqi məlumat yayıb: «Biz qəhrəman Ənvər Əl-Avlakinin şəhid olmasını təsdiq edirik».
Xatırladaq ki, “Əl-Qaidə"nin Ərəbistan yarımadasındakı lideri sentyabrın 30-da Mərkəzi Kəşfiyyat İdarəsi ilə xüsusi təyinatlı qoşunların birgə həyata keçirtdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.
|
11.10.11 Məqaləni oxumaq
|
|
|
|