Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 10.2011
    Səhifələr : #  29 30 31 32 33 34 35 36 37  #
    Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq
    Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib. Onun sözlərinə görə, yoxsulluğun azaldılması üzrə Dövlət Proqramında 2015-ci ilə qədər komissiyanın qarşısına belə bir vəzifə qoyulub. B.Xəlilov deyib ki, məcəllənin hazırlanması ilə bağlı işçi qrupu yaradılıb və onun tərkibinə hüquqşünaslar, beynəlxalq ekspertlər daxildir. B.Xəlilov məcəllənin məqsədi barədə də məlumat verib. “Dövlət qulluğu qanunvericiliyi 30-dan çox qanun və 10-dan artıq digər qanunvericilik aktından ibarətdir. Belə qərara gəlmişik ki, bu qanunvericiliklər bir məcəllə olsa, onun yerlərdə tətbiqi daha asan olar. Məcəlləşmə aparılandan sonra dövlət qulluğu ilə bağlı bir sıra qanunların təkmilləşdirilməsinə də böyük önəm veriləcək”.
    06.10.11 Məqaləni oxumaq
     
    Azərbaycan Ordusunun iki hərbiçisi şəhid olub
    Ermənistan Silahlı Qüvvələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozub və intensiv atışmalar olub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin həmləsini dəf edib və bir neçə düşmən zərərsizləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, atışma zamanı Azərbaycan tərəfi itki verib. Belə ki, cəbhənin Tərtər və Tovuz rayonları istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 20 yaşlı Novruz Qaryağdı oğlu Əliyev və müddətdən artıq xidmət edən hərbi qulluqçu 22 yaşlı Süleyman Abbas oğlu Əsgərov şəhid olublar.
    06.10.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və incəsənət işçilərinə orden və mükafatlar təqdim olunub
    Prezident İlham Əliyev tərəfindən fəxri adlarla təltif olunan bir qrup mədəniyyət və incəsənət nümayəndələrinə bu gün orden və mükafatlar təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, orden və mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. “Bu gün təltif olunan insanlar mədəniyyətimizə böyük töhfə vermiş insanlar – xalqın tanıdığı və hörmət etdiyi şəxslərdir. Dövlətin yaratdığı imkanlar və bu insanların sayəsində bu gün Azərbaycan mədəniyyəti və incəsənəti yalnız ölkə daxilində deyil, eyni zamanda bütün ölkələrdə tanınır” deyən nazir Muzey Mərkəzində təşkil olunan təltifetmə mərasimində fəxri ad alanları təbrik edib. Qeyd edək ki, prezidentin imzaladığı sərəncama əsasən, mədəniyyət və incəsənət sahəsində göstərdikləri fəaliyyətlərinə görə 59 nəfər fəxri adlara layiq görülüb. Sərəncama əsasən 1 nəfər “Şöhrət” ordeninə, 2 nəfər “Xalq artisti”, 7 nəfər “Əməkdar incəsənət xadimi”, 30 nəfər “Əməkdar artist”, 1 nəfər “Əməkdar rəssam”, 13 nəfər “Əməkdar mədəniyyət işçisi”, 5 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” fəxri adlarına layiq görülüb.
    06.10.11 Məqaləni oxumaq
     
    Sarkisyan Medvedyevi mükafatlandırdı
    Ermənistan prezidenti Serj Sarkisyanın imzaladığı fərmanla Rusiya prezidenti Dmitri Medvedyev «Şöhrət» ordeni ilə təltif edilib. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Medvedyevin bu mükafata Ermənistan və Rusiya xalqları arasında ənənəvi dostluq münasibətlərinin möhkəmlənməsindəki xidmətlərinə, eləcə də iki ölkə arasında müttəfiqlik və strateji münasibətlərin dərinləşməsi və genişlənməsinə, sülhün qorunması və beynəlxalq təhlükəsizliyə görə layiq görüldüyü qeyd edilib.
    06.10.11 Məqaləni oxumaq
     
    Naxçıvanda poçt operatoru korporativ informasiya sisteminə qoşulur
    Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi poçt şöbəsini avtomatlaşdırılmış korporativ informasiya sisteminə birləşdirir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Avtomatlaşdırılmış korporativ informasiya sistemi əhaliyə bank xidmətləri göstərməyə imkan verəcək. NMR-in bütün ərazisində avtomatlaşdırılmış poçt şöbələrinin ümumi sayı 68-dir. Bu yaxınlarda nazirlik tərəfindən iki yeni poçt şöbəsi istismara verilib. Onlar Culfa rayonunun kənd mərkəzində (Nahacır kəndi) və Şərur rayonunun rabitə evində (Yuxarı Daşarx kəndi) yerləşir. Perspektivdə bu poçt rabitə şöbələri əhaliyə ənənəvi poçt xidmətləri ilə yanaşı, maliyyə xidmətlərinin göstərilməsi imkanı da əldə edəcəklər.
    06.10.11 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Müxalifət intellektual mübarizə yollarını mənimsəməyib”
    “Təəssüf ki, indi Azərbaycan müxalifətinin ölkənin inkişafı ilə bağlı konkret proqramları yoxdur. Belə şəraitdə siyasi səhnədə qalmağın yeganə yolu ölkədə xaos yaratmaq cəhdidir”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində millət vəkili, professor Musa Qasımlı bildirib. O qeyd edib ki, müxalifətin uğursuzluğunun digər səbəbi bu günədək onların intellektual mübarizə yollarını mənimsəməməsidir. “Müasir dünyada hakimiyyətə gəlməyin yeganə yolu seçkidir. Bunun üçün müxalifət ciddi və cəlbedici proqramlar üzərində işləməli, itirilmiş sosial dayaqlarını bərpa etməli və xalqı özünə inandırmağa nail olmalıdır” - deyə M.Qasımlı vurğulayıb. Onun sözlərinə görə, cəmiyyət irəli getdikcə müəyyən nöqsanlar üzə çıxır və bu, təbiidir. “Belə bir şəraitdə qarışıqlığın yaradılması Azərbaycan dövlətçiliyi və milli maraqlarımız üçün təhlükədir. Çünki bu gün bir sıra beynəlxalq mərkəzlər Cənubi Qafqazda Ermənistanı güclü bir dövlətə çevirməyə çalışırlar. Ermənistanın güclü dövlət olması isə Azərbaycanın zəiflədilməsindən keçir. Bəs Azərbaycanı necə zəiflətmək olar? Onun yolu ölkədə xaos, hərc-mərclik, anarxiya yaratmaqdan keçir” - deyə deputat əlavə edib.
    06.10.11 Məqaləni oxumaq
     
    Müdafiə naziri Səfər Əbiyev Brüsselə gedib
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 5-də Brüsselə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, NATO baş katibinin dəvəti ilə baş tutan səfərin məqsədi NATO və İSAF əməliyyatına töhfə verən tərəfdaş ölkələrin müdafiə nazirlərinin iclasında iştirak etməkdir.
    06.10.11 Məqaləni oxumaq
     
    Qulu Novruzov: Elmlər Akademiyası ləğv edilərək universitetlərə birləşdirilərsə, nazirliyin adı dəyişdirilə bilər
    Təhsil Nazirliyinin adının dəyişdirilməsi, ona hansısa qurumun birləşdirilməsinə ehtiyac görmürəm. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı təhsil nazirinin müavinin Qulu Novruzov deyib. Təhsil Nazirliyinin “Elm və Təhsil Nazirliyi” olması ilə bağlı sualı cavablandıran Q.Novruzov buna ehtiyac görmədiyini söyləyib. Ancaq Q.Novruzov belə bir təcrübənin bir sıra ölkələrdə olduğunu da xatırladıb və bildirib ki, həmin dövlətlərdə Elmlər Akademiyası ləğv ediləndə bu addım atılır: “Bəli, Elmlər Akademiyası ləğv edilərək universitetlərə birləşdirilərsə, belə bir qərar qəbul edilə bilər” deyən Q.Novruzov əlavə edib ki, bütün dünyada elmi tədqiqatlar, araşdırmalar universitetlərin ayrılmaz bir hissədir: “Belə də olmalıdır. Ali məktəblərdə tədqiqatlara bugünkündən daha çox yer verilməlidir”.
    05.10.11 Məqaləni oxumaq
     
    Şahin Növrəsli: “Azərbaycan auditoriyası peşəkar musiqini sevir”
    Sentyabrın 21-də Heydər Əliyev Sarayında ilk dəfə solo konsert proqramı ilə çıxış edən gənc və tanınmış cazmen Şahin Növrəsli növbəti konsert proqramına hazırlaşır. Musiqiçinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, oktyabrın 15-dən 19-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində o, yenidən solo konsert proqramı ilə cazsevərlər qarşısına çıxacaq və daha sonra Avropa ölkələrinə qastrol səfərinə yollanacaq:
    05.10.11 Məqaləni oxumaq
     
    Rusiya və Çin Suriyaya qarşı qətnamənin qəbuluna imkan vermədilər
    Suriya ilə bağlı BMT Təhlükəsizlik Şurasında gedən müzakirələr nəticəsiz başa çatıb. «KƏLAMİNFO» «Lenta.ru»ya istinadən xəbər verir ki, Rusiya və Çin veto hüququndan istifadə edərək TŞ-də Suriya ilə bağlı qətnamənin qəbul olunmasına qarşı çıxıblar. Rusiya BMT TŞ-nin Suriyanı kəskin tənqid edən son qətnamə layihəsini «qəbulolunmaz» adlandırıb. Avropa dövlətləri tərəfindən hazırlanmış qətnamə layihəsi Suriyada etirazçılara qarşı zorakılığa son qoyulmadığı təqdirdə bu ölkənin hakimiyyətinə qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tuturdu. TŞ-nin 9 üzvü qətnamənin «lehinə» səs verib, 4 ölkə səsvermədə bitərəf qalıb.
    05.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  29 30 31 32 33 34 35 36 37  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Okt.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31