|
Səhifələr : # 18 19 20 21 22 23 24 25 26 #
QHT-lər dövlət müstəqilliyinin 20 illiyini qeyd ediblər
|
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycanda QHT-lərin 20 ildə keçdiyi yoldan bəhs edib.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: Azərbaycanda gender büdcəsinin qəbul olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir
|
Azərbaycanda gender büdcəsinin dövlət büdcəsi kimi qəbul olunması beynəlxalq aləmdə yüksək qiymətləndirilir. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, AXC dövründə Azərbaycan qadını vətənində rahat gəzə bilmirdi: “O ki qaldı cəmiyyətdə, siyasətdə təmsil olunmaları, ölkədə qadın QHT-lərinin sayı xeyli artıb. Ötən illərə nisbətən bələdiyyədə qadınların iştirakı 4 faizdən 26 faizə qədər artıb. Bu, indiki hökumətimizin qadınlara olan qayğısından, qadınların cəmiyyətdəki mövqeyini yüksək dəyərləndirməsindən irəli gəlir”.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Əli Həsənov: “Dövlət uşaqlara diqqət və qayğı ilə yanaşır”
|
Uşaqlara dövlət qayğısının daha bir göstəricisi kimi bu il də uşaqların 2-ci forumu keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin uşaq ili elan edilməsi, 2010-cu ildə 1-ci uşaq forumunun baş tutması Azərbaycanın uşaqlara qayğısını, onları ölkənin gələcəyi kimi görməsinə əyani sübutdur.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
TÜRKPA nümayəndə heyəti Beynəlxalq Parlament Birliyinin sessiyasında iştirak edəcək
|
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Ural Muhamejanovun rəhbərliyi altında TÜRKPA nümayəndə heyəti 16-19 oktyabr 2011-ci il tarixində Beynəlxalq Parlament Birliyinin İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək 125-ci plenar sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.
Səfər çərçivəsində bir çox ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi, həmçinin TÜRKPA-nın fəaliyyəti ilə bağlı sessiya iştirakçılarına məlumat verilməsi nəzərdə tutulur.
TÜRKPA Beynəlxalq Parlament İttifaqında müşahidəçi statusuna sahibdir.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Deputat İqbal Məmmədov MDB PA-nın iclasında iştirak edəcək
|
Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Təhlükəsizlik və müdafiə məsələləri komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 19-da Sankt-Peterburqa yola düşəcək. . Parlamentdən “KƏLAMİNFO”a verilən məlumata görə, iclasda ekstremizmə, insan alverinə, korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.
Səfər oktyabrın 23-də başa çatacaq.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
|
Hicran Hüseynova: “Nikahdan kənar doğulan uşaqların sayı xeyli azalıb”
|
“Nikahdan kənar doğulan uşaqların sayı bu il, ötən illərə nisbətdə xeyli azalıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova söyləyib.
Onun sözlərinə görə, respublikanın bütün bölgələrində bu problemlə bağlı maarifləndirmə işləri aparılır və bunun nəticə kimi bu il keçən illərə nisbətən nikahdan kənar doğulan uşaqların sayında azalma müşahidə edilib. “Bununla bağlı konkret rəqəm demək çətindir. Komitə hər rayon üzrə nikahdan kənar doğulan uşaqların siyahısını tutur, İcra Hakimiyyəti bu sahədə bizə böyük dəstək verir, profilaktik formada tədbirlər görürük ki, belə halların sayı azalsın”,-deyə o əlavə edib.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
“Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”
|
“İndiki halda Azərbaycanda magistr və doktorantların hərbi xidmətdən tam azad edilməsindən söhbət gedə bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.
O, qeyd edib ki, bu gün magistr və doktorantlara yalnız hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə oluna bilər. “Magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı çoxlu sayda müraciət daxil olub. Ola bilər ki, “Elm siyasəti haqqında” qanun layihəsi qəbul olunarkən magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi müzakirə olunsun. Amma doktorantlara hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi “Elm siyasəti haqqında” qanun layihəsində öz əksini tapıb”,-deyə Ş.Hacıyev vurğulayıb. Onun sözlərinə görə, yaxın 1-2 həftə ərzində komitədə “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsinə başlanılacağı gözlənilir.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Təhsil müəssisələrində çalışan 92 nəfərin işi Baş Prokurorluğa göndərilib
|
Ölkəmizin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diplomlarının yoxlanılması istiqamətində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində 24 rayon üzrə araşdırmalar başa çatıb. Təhsil Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin rayonların ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilərdən 92 nəfərin diplomu saxtadır.
Saxta diplomların 24-ü Bərdə, 12-si Quba, 7-si Cəlilabad, 7-si Beyləqan, qalan hissəsi isə digər 20 rayonda aşkar edilib.
Məsələnin araşdırılması ilə bağlı Təhsil Nazirliyi tərəfindən Baş Prokurorluğa müraciət olunub.
Onu da qeyd edək ki, saxta diplomların aşkarlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən növbəti 25 rayonun ümumi təhsil müəssisələrində araşdırmalara başlanılıb.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
Bakıda “Məzun- 2011” respublika payız əmək yarmarkası keçirilir
|
Bu gün İqtisad Universitetində Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə “Məzun- 2011” respublika payız əmək yarmarkasının açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, açılışda universitetin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, bu layihə 6 il əvvəl hər il keçirilməyə başlayıb.
Rektor 6 il əvvəl ilə indiki vəziyyəti müqayisə edərək deyib ki, o vaxt yarmarkada çox az vakansiyalar təklif olunurdusa, artıq bu il bu vakansiyaların sayı 1000-ə çatdırılıb.
|
13.10.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 18 19 20 21 22 23 24 25 26 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|