|
Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
“Gənclərin Dostu” Milli Mükafatının sahibləri müəyyənləşdirilir
|
Azərbaycan Gənclər Mərkəzi “Gənclərin Dostu” Milli Mükafatını təqdim etməyə hazırlaşır. Mərkəzdən KƏLAMİNFO-ya bildirilib ki, bunun üçün artıq regionlarda sorğu və monitorinqlərə start verilib.
Sorğu və monitorinqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində aparılacaq. Nəzərdə tutulan proqrama əsasən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində 1000, digər nəzərdə tutulan bölgələrdə isə 700 respondent arasında keçirilən sorğular nəticəsində nominantlar müəyyənləşəcək.
Qeyd edək ki, mükafatlar “Gənclər günü” ərəfəsində təqdim olunacaq.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
Bu gün nazir Əli Abbasov Pakistana yola düşür
|
Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTESH) Baş Assambleyasının 14-cü toplantısında iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada yola düşür. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
Toplantı Pakistanın prezidenti, COMSTESH-nin sədri Asif Əli Zərdarinin sədrliyi ilə baş tutacaq. Açılış mərasimində Ə.Abbasov ölkəmizdə İKT, elm, texnolgiya sahəsində həyata keçirilən dövlət siyasəti bağlı çıxış edəcək. O, Regional İnnovasiya Zonaları, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihələri haqqında məlumat verəcək. İclas yanvarın 13-ə kimi davam edəcək.
Qeyd edək ki, Azərbaycan qurumda Daimi Komitənin ali orqanı olan İcraiyyə Komitəsinin üzvüdür. İcraiyyə Komitəsinin ötən ilin mart ayında Ər-Riyad şəhərində keçirilmiş toplantısı zamanı komitə üzvləri son illər ölkəmizdə yüksək texnologiyalar və süni peyklər sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq Azərbaycanı nativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçib.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
Məşhur iş adamı Roman Abramoviçin Duma seçkilərinə namizədliyi qeydə alınıb
|
Rusiyalı məşhur iş adamı Roman Abramoviç növbəti dəfə dumanın üzvi olmaq istəir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Çukotsk Muxtar Vilayətində dairə seçki komissiyası R.Abromoviçin deputatlığa namizədliyini təsdiq edib.
Məşhur iş adamı 134 seçicinin imzası olan vərəqi şəxsən özü təqdim edib.
Xatırladaq ki, Çukotsk vilayətinin sabiq qubernatoru olan iş adamı R. Abramoviç 2008-ci ilin iyul ayında könüllü istefa verib. Həmin il seçicilərin 96% səsini toplayan R.Abramoviç Çukotsk Muxtar Vilayətində deputat seçilməklə yanaşı, deputatlar onu Çukotsk Muxtar dairəsinin dumasının sədri seçiblər.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
Ekspert: “Hicab məsələsi İranın Azərbaycana qarşı təzyiq-təxribat oyununda ən azı üçüncüsüdür”
|
“Hicab məsələsi İranın Azərbaycana qarşı təzyiq-təxribat oyununda ən azı üçüncüsüdür, amma sonuncusu deyil”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
Politolqun fikirincə, İranın prizmasında belə oyunların sonu Azərbaycanda islam inqilabının baş tutması ilə tamamlanmasıdır. “Bunun mənşəyini, iştirakçılarını, arqumental bazasını və perspektivlərini araşdırdıqda qəribə nüanslar ortaya çıxır. Məsələn, hicab məsələsində mənbə kimi götürülən Azərbaycan rəsmilərinin dinə qarşı kompromis münasibəti, azan verilməsinə və “Fatimeyi-Zəhra” məscidinin tikintisi ilə bağlı Azərbaycan hökumətinin verdiyi qərardan geri çəkilməsi İran kimi mahir oyunçunun diqqətindən yayına bilməzdi. Bu getdikcə İranın iştahını artırır”,-deyə M.Əhmədoğlu vurğulayıb. Onun fikirincə, Azərbaycanda olan dini tolerantlıq bu kimi qüvvələr üçün geniş şərait yaradır.
|
11.01.11 Məqaləni oxumaq
|
|
|
Türkiyə üçüncü Atom Elektrik Stansiyasını Fransa ilə birgə tikəcək
|
Türkiyə Fransa ilə üçüncü Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlara başlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Tanər Yıldız deyib.
Onun sözlərinə görə, Fransanın 3 böyük şirkəti Areva, GDF və EDF Türkiyədə Atom Elektrik Stansiyasının (AES) tikintisində əməkdaşlığa maraqlıdırlar. Nazir qeyd edib ki, ikinci AES-in qurulmasında Yaponiya ilə danışıqlar aparırıq və onların təcrübəsindən istifadə edəcəyik.
Qeyd edək ki, Rusiya ilə Türkiyə ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı 2010-cu il mayın 12-də müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən Rusiyanın köməkliyi ilə Aralıq dənizi sahillərində qurulacaq stansiyanın tikintisi 20 mlrd. dollara başa gələcək.
|
11.01.11 Məqaləni oxumaq
|
|
|
|
Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycana rəsmi səfərə gəlir
|
Yanvarın 12-13-də Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay Azərbaycanda rəsmi səfərdə olacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Xarici İşlər Nazirliyindən veriblər.
Səfər proqramı çərçivəsində Sven Alkalayın Azərbaycanın Baş naziri Artur Rasi-zadə, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Səfərin əsas məqsədi ikitərəfli münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyənləşdirilməsidir.
|
11.01.11 Məqaləni oxumaq
|
|
|
Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək
|
Yanvarın 13-də Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək.
KƏLAMİNFO xəbər verir ki, tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri ilə bağlı məsələlər müzakirə olunacaq.
Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da tədbirdə iştirak edəcək.
|
11.01.11 Məqaləni oxumaq
|
|
|
Xəzər rayonunun müasir kadastrının yaradılması nəzərdə tutulub
|
Xəzər rayonunun şəhər kadastrı layihəsinin həyata keçirilməsi və müasir kadastrın yaradılması nəzərdə tutulub. Bu layihəyə qrant ayrılması üçün Azərbaycan hökuməti və Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinə (KOİCA) müraciət olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov söyləyib.
|
11.01.11 Məqaləni oxumaq
|
|
|
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
|
Sabah Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. BFB-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, notların buraxılış parametrləri dövlət qeydiyyat В№-si 50100230S, ümumi həcmi 12 mln. AZN, hərraca çıxarılan həcm 12 mln. AZN, bir notun nominal dəyəri 100 AZN, notların tədavül müddəti 28 gün, ödəmə tarixi fevral ayının 9-na kimidir.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır!
Qeyd edək ki, hərrac zamanı, notlar buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
|
11.01.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|