|
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
III Asiya IAESTE Forumu Bakıda keçiriləcək
|
Taylandın Bankok şəhərində İAESTE təşkilatının 64-cü illik konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Konfransda ölkəmizi Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli təmsil edib. Konfrans 21-27 yanvar 2011-ci il tarixlərində müxtəlif fəaliyyətləri özündə birləşdirərək 80-dən çox ölkədən 250 nümayəndənin iştirakı ilə baş tutub.
Konfans Tayland Kralının müşavirinin çıxışı ilə başlayıb. Daha sonra şirkət rəhbərləri, konfrans sponsorları, universitet rəhbərlərinin çıxışları ilə davam edib.
|
27.01.11 Məqaləni oxumaq
|
|
|
|
Mədəniyyət və Turizm Nazirliyi Bakıda Gürcüstan görkəmli rəssamı Mamuka Tsetskhladzenin fərdi sərgisini təşkil edəcək
|
Yanvarın 29-dan etibarən Mədəniyyət və Turizm Nazirliyi Bakıda, Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisini təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olub. Gürcüstan torpağında anadan olub, Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə yaşayan və yaradıcılığını bu ölkələrdə davam etdirən rəssam bir çox beynəlxalq sərgilərdə iştirak edib. Onun məharətlə yaratdığı əsərlər içərsində müxtəlif şəhərlərin təsviri üstünlük təşkil edir.
|
27.01.11 Məqaləni oxumaq
|
|
|
Allahşükür Paşazadə Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib
|
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva şəhərinin “Domodedova” beynəlxalq hava limanında baş vermiş və çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktı ilə bağlı Rusiya rrezidenti Dmitri Medvedevə başsağlığı verib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Paşazadə həmçinin RF-nin Baş naziri Vladimir Putinə və Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətlərinə başsağlığı məkubları ünvanlayıb.
|
27.01.11 Məqaləni oxumaq
|
|
|
|
EİF növbəti məsləhət seminarını keçirib
|
Prezident yanında Elmin İnkişafı Fondu (EİF) növbəti məsləhət seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya EİF-dən veriblər. Seminarda AMEA-nın Neft-Kimya Prosesləri, Geologiya, Genetik Ehtiyatlar, Radiasiya Problemləri, Zoologiya, Fizika institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu, Elmi-Tədqiqat Baytarlıq İnstitutu, Elmi-Tədqiqat Əkinçilik İnstitutu, “Azərbaycan Hava Yolları” QSC Aviasiya Meteoroloji Mərkəzi, Mərkəzi Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi, “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyi, və digər qurumların nümayəndələri iştirak ediblər.
|
26.01.11 Məqaləni oxumaq
|
|
|
Xarici İşlər Nazirliyi xəbərdarlıq edir
|
Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Tunisdə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edir. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvar ayının ortalarından başlayaraq Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlayıb.
|
26.01.11 Məqaləni oxumaq
|
|
|
|
Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir
|
Hidayət Orucov: В«Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdırВ»
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun müsahibəsini təqdim edirik
- Bütövlükdə, ölkəmizdə dini sabitlik vəziyyətini necə dəyələndirirsiniz?
- Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulmuşdur. Qeyd etməliyəm ki, dövlətimizin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu nəinki Azərbaycan cəmiyyətində, həmçinin ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırıcılar, dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən də rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.
|
26.01.11 Məqaləni oxumaq
|
|
|
Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək
|
2011-ci il ərzində hərəkətin bir mərkəzdən idarə və nəzarət olunması nəzərdə tutulan xüsusi əmr imzalanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
В«Həmin əmrə müvafiq olaraq Bakı şəhər Baş Polis İdarəsində cəmlənən yetərincə qüvvənin hesabına təhlükəsizliyin tam təmin olunması üçün В«Yol hərəkəti haqqındaВ» Qanunun tələblərinə uyğun bütün mümkün tədbirlər görüləcək, məqsədli şəkildə keçirilən qabaqlayıcı tədbirlər hesabına yol-qəza hadisələrinin sayının aşağı salınması istiqamətində qanunamüvafiq şəkildə fəaliyyət göstərəcək, hər bir hərəkət iştirakçısının təhlükəsizliyini təmin edəcək, nəinki sürücülərin, ümumiyyətlə, piyadaların da təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçirəcəyik”, - deyə Vaqif Əsədov vurğulayıb.
|
26.01.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|