|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
Bakıda 5 saylı Klinik Xəstəxananın təmirdən sonra açılışı olub
|
Bu gün Bakıda 5 saylı Klinik Xəstəxananın poliomielit şöbəsinin əsaslı təmirdən sonra açılışı olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Burada kəskin süst iflicli xəstələrin müalicə və reabilitasiyası nəzərdə tutulub. 2 mərtəbəli, 25 çarpayılıq şöbənin 1-ci mərtəbəsində qəbul, şok əleyhinə otaq, izolyator otaqları, mətbəx və 3 palata, 2-ci mərtəbəsində isə manipulyasiya, fizioterapiya otağı və 9 palata yerləşdirilib. Tam müasir tibbi avadanlıqla təchiz olunmuş xəstəxanada istilik, qida və dərman preparatları ilə də tam təmin olunub.
|
19.01.11 Məqaləni oxumaq
|
|
|
Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiya və Belarusun ölkəmizdəki səfirlərini qəbul edib
|
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini və Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçi onların xahişi ilə qəbul edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya QMİ-nin mətbuat xidmətindən veriblər.
Görüşdə ölkələrimiz üçün önəm kəsb edən mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.
|
19.01.11 Məqaləni oxumaq
|
|
|
İKT-nin Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin 29-cu iclası Bakıda keçiriləcək
|
İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTECH) İcraiyyə Komitəsinin növbəti 29-cu iclası bu ilin aprelində Bakıda keçiriləcək. Bu qərar yanvarın 10-dan 13-dək İslamabadda COMSTECH-in İcraiyyə Komitəsinin 28-ci və Baş Assambleyasının 14-cü iclası zamanı qəbul edilib. Məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər.
İclasda Azərbaycanda son illərdə müşahidə edilən iqtisadi yüksəlişi, habelə informasiya texnologiyaları və elm sahələrində həyata keçirilən genişmiqyaslı işlər nəzərə alınaraq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov COMSTECH-in Baş Assambleyasının baş məruzəçisi (Rapporteur General) seçilib. Ə.Abbasov çıxışında Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkədə elm və texnologiya sahələrinin sürətlə tərəqqisi, ikitərəfli və regional əlaqələrin inkişafı, bu istiqamətdə respublikada təsis edilmiş Elmin İnkişafı Fondunun səmərəli fəaliyyəti ilə bağlı məlumat verib.
|
19.01.11 Məqaləni oxumaq
|
|
|
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq
|
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı şəhər Baş Polis İdarəsindən veriblər.
Məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, yanvarın 20-si səhər saat 7-dən, axşam saat 18-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatradək yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Şəhidlər Xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək.
Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.
Yanvarın 20-də saat 12.00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.
|
19.01.11 Məqaləni oxumaq
|
|
|
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib
|
Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar tarixində öz ölkəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqımız o müdhiş gecəni neçə illər keçməsinə baxmayaraq daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini ifadə edir”,-deyə Mərkəzi Elmi Kitabxananın direktoru əlavə edib.
|
19.01.11 Məqaləni oxumaq
|
|
|
D.Medvedev və M.Əhmədinejad Rusiya-İran münasibətlərini müzakirə ediblər
|
Rusiya prezidenti Dmitri Medvedevlə İranın prezidenti Mahmud Əhmədinejad arasında telefon söhbəti olub. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidentinin köməkçisi Sergey Prixodko verib.
Onun sözlərinə görə, dövlət başçıları Rusiya-İran münasibətlərinin gündəliyində duran aktual suallarını müzakirə edib, enerji əməkdaşlığından bəhs olunub. Hər iki tərəf təsdiq edib ki, Buşehrdəki atom elektrik stansiyasına yanacaq yükləməyə başlayıb. Rusiyanın tikdiyi və yanacaqla təmin elədiyi 1000 meqavattlıq atom elektrik stansiyasının enerji istehsalına başlayacağı bildirilir.
|
19.01.11 Məqaləni oxumaq
|
|
|
Abdullah Gül İrana səfər edəcək
|
Türkiyə prezidenti Abdullah Gül İrana səfər edəcək. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ankarada səfərdə olan İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Əkbər Salehi deyib. Onun sözlərinə görə, İran və Türkiyə sıx münasibətlərə malikdir və müxtəlif səviyyələrdə məsləhətlərə ehtiyac duyulur.
Ə.Ə.Salehi bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin miqdarını 10 mlrd. dollardan 30 mlrd. qədər artırılması üçün səylər davam etdirilir.
|
18.01.11 Məqaləni oxumaq
|
|
|
BMT MDB dövlətləri üçün "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri - 2011-ci il” məruzəsini təqdim edib
|
Birləşmiş Millətlər Təşkilatı (BMT) "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri, 2011-ci il" məruzəsini təqdim edib. KƏLAMİNFO BMT-nin Avropa ölkələrinin iqtisadi komissiyasına istinadən xəbər verir ki, 2010-cu ildə MDB ölkələrində iqtisadiyyatın inkişafında yenilənmə və regionda iqtisadi canlanma müşahidə olunub.
Bu da maliyyə axınlarının artmasına səbəb olub. Gəlirlərin miqyasının artması isə regionda aşağı səviyyəli gəlirli insanlar üçün böyük əhəmiyyət daşıyır. Məruzədə qeyd olunur ki, MDB dövlətlərində 2010-cu il üçün iqtisadi artımların göstəricisi 4.1% olub və bu templə davam edəcəyi təqdirdə 2011 və 2012-ci illər üçün artımın müşahidə olunacağı gözlənilir. Azərbaycan üçün bu göstəricilər 2010-cu il üçün 3.5%, 2011-ci il üçün 3%, 2012-ci il üçün 6.5% artım gözlənilir.
|
18.01.11 Məqaləni oxumaq
|
|
|
Sabahdan Bakıya güclü qar yağacaq
|
Sabahdan Bakıda və Abşeron yarımadasında güclü qar yağacağı gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər.
Bu gün axşama doğru yağıntıların gözləndiyi yarımadada gecə sulu qara keçəcəyi gözlənilir. Sabah da hava şəraitinin yağıntılı olacağı, sulu qar yağacağı və axşama doğru qara keçəcəyi gözlənilir. Paytaxtda şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 2-4 dərəcə isti təşkil edəcək.
Rayonlarında isə sabah hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə qarın güclü olacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, dağlarda gecə 5-12 dərəcə şaxta, gündüz 0-6 dərəcə şaxta təşkil edəcək.
|
18.01.11 Məqaləni oxumaq
|
|
|
Milli Məclisin deputatı Fazil Mustafa Qazaxıstanda səfərdədir
|
Milli Məclisin deputatı Fazil Mustafa Qazaxıstanda sfərdədir. Parlamentdən KƏLAMİNFO-ya verilən məlumata görə, deputatımız Almatı şəhərində keçirilən BMT-nin narkotik asılılığın müalicəsinə həsr olunmuş regional müşavirəsində iştirak edəcək.
Tədbirdə İİV infeksiyasının profilaktikası, müalicə olunan şəxsin anonimliyinin qorunması, narkomaniyaya qarşı mübarizənin qanunvericilik aspektləri, dünyada bu sahədə görülən işlər barədə fikir mübadiləsi aparılacaq.
Səfər yanvarın 21-də başa çatır.
|
18.01.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|