Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Bu gündən ali məktəblərin magistratura pilləsinə sənəd qəbulu başlayır
    Bu gündən etibarən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə sənəd qəbuluna başlayır. KƏLAMİNFO xəbər verir ki, bu barədə TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, sənəd qəbulu fevralın 7-dək davam edəcək. “Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış sənəd qəbulu komissiyasında təsdiq etdirəcəklər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində sənəd qəbulu komissiyası fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış komissiyaların birində təsdiq etdirməlidirlər”,-deyə sədr vurğulayıb. M. Abbaszadə deyib ki, magistraturaya qəbul qaydalarında bəzi dəyişikliklər edilib. “Bu ildən etibarən fəlsəfə ixtisası üzrə fəlsəfə, fizika və riyaziyyat ixtisaslarını bitirənlər də magistraturaya sənəd verə bilərlər”,-deyə o, əlavə edib.
    26.01.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov : “Dinin siyasiləşdirilməsi, siyasət alət edilməsi yolverilməzdir”
    “Əgər baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə əsasən, ölkədə dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək: “Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir. O, daim uca tutulmalıdır.
    26.01.11 Məqaləni oxumaq
     
    SAMF mətbuat xidmətlərinin ənənəvi reytinq sorğusuna start verdi
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi”ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. SAMF-ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, fond media və xidmət əməkdaşlarının münasibətlərinin inkişaf səviyyəsini araşdırır. İkinci dəfə həyata keçirilən rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi həyata keçirilir. Sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyətilə reallaşdırılacaq. Bununla yanaşı sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən dövlət orqanlarının mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır. Rəy sorgusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək.
    26.01.11 Məqaləni oxumaq
     
    Yanvarın 28-də “Eurovision-2011” milli seçimlərin 3 iştirakçısı müəyyən olunacaq
    Yanvarın 28-də “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün 5 iştirakçıdan 3-ü müəyyənləşəcək. KƏLAMİNFO xəbər verir ki, dünəndən etibarən finalçılar hər biri ayrı ayrılıqda hər gün eyni vaxtda 1 saatlıq canlı solo ifalarını nümayiş etdirəcəklər. Hazırda 5 iştirakçı Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal 3-lüyə düşmək uğrunda mübarizə aparır.
    26.01.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir”
    Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. H.Orucov bildirib ki, dövlət vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. “Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır. Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulub. Qeyd etməliyəm ki, dövlətimizin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu nəinki Azərbaycan cəmiyyətində, həmçinin ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırıcılar, dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən də rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır”,-deyə H.Orucov vurğulayıb.
    26.01.11 Məqaləni oxumaq
     
    Barak Obama Rusiya xalqına baş sağlığı verib
    ABŞ prezidenti Barak Obama Moskvanın "Domodedovo" aeroportunda baş vermiş terror aktını pisləyib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, Barak Obama bunun Rusiya əhalisinə qarşı terror aktı olduğunu bildirib. B.Obama eyni zamanda partlayış nəticəsində ölənlərin ailələrinə və Rusiya xalqına başsağlığı verib. B.Obama ABŞ-ın Rusiyaya bu hadisə ilə əlaqədar yardımı etməyə hazır olduğunu vurğulayıb. Xatırladaq ki, dünən Domodedovo aeroportunda baş verən partlayış nəticəsində 35 nəfər ölüb, 180 nəfər yaralanıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında qeyd olunur ki, həlak olan 35 nəfərdən bəzilərinin şəxsiyyəti dəqiqləşdirilərək hansı ölkənin vətəndaşları olduğu da müəyyənləşdirilib. Həmin şəxslərin Rusiya, Özbəkistan, Böyük Britaniya, Ukrayna, Tacikistan, Almaniya vətandaşlarının olduğu qeyd edilir.
    26.01.11 Məqaləni oxumaq
     
    Məleykə Abbaszadə: “Ötən tədris ilində ölkə üzrə ali məktəblərə qəbul planı 90,90% yerinə yetirilib”
    Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) sədr Məleykə Abbaszadə ötən ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, konfransda M.Abbaszadə ilk növbədə 2010/2011-ci tədris ilində ali məktəblərə qəbul olan tələbələrin statistikası barədə məlumat verib.
    25.01.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Ötən tədris ilində ən yüksək keçid balı Dövlət İdarəçilik Akademiyasına məxsus olub”
    Ötən tədris ilinin qəbul imtahanlarında ali məktəblərin reytinq cədvəlinə görə Prezident yanında Dövlət İdarəçilik Akademiyası birinci yer tutub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. TQDK sədri qeyd edib ki, 2-ci yeri Tibb Universiteti, 3-cü yer Qafqaz Universitetinə, 4-cü yer Dövlət Neft Akademiyasına, 5-ci yer Turizm İnstitutuna məxsusdur.
    25.01.11 Məqaləni oxumaq
     
    D.Medvedev Davos İqtisadi Forumuna qatılmayacaq
    Rusiya prezidenti Dimitri Medvedev Domodedovadakı terror aktının baş vermə səbəbini təhlükəsizlik sistemindəki boşluqların olmasıyla əsaslandırıb. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, D.Medvedev qeyd edib ki, baş verən hadisənin qabaqcadan planlaşdırılmış şəkildə həyata keçirilən terror olması aşkardır. D.Medvedev terrorun baş verməsində mühafizə sektorunun işini də zəif qiymətləndirib. O, ictimai yerlerdə mühafizə işinin gücləndiriləcəyini bildirib. Bu tədbirlərlə bağlı Rusiya Prezidenti Davosdakı İqtisadi Foruma qatılmayacağını da bəyan edib.
    25.01.11 Məqaləni oxumaq
     
    TQDK sədri: “Son illər orta məktəblərdə qiymətləndirmə şişirdilir”
    Ötən ilin orta məktəb məzunlarından əla qiymətlə bitirən məzunların yalnız 63,64%-i attestat qiymətlərini qəbul imtahanlarında təsdiq edə bilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun fikrincə, bu hal, məktəblərdə yüksək qiymətlərlə qiymətləndirmənin son illər şişirdildiyini göstərir. “Əla qiymətlərlə bitirənlərin ancaq 63%-i 500-700 bal toplayıb. Əvvəllər bu rəqəm daha aşağı idi. Qiymətləndirmədə mövcud olan bu problemin azalması istiqamətində ildən-ilə müsbət irəliləyiş hiss olunur. Lakin, hələ ki, göstəricilər 100%-ə yaxın olmayıb. Əgər biz görsək ki, abituriyentlərin qiymətləri imtahan nəticələri ilə üst-üstə düşür, onda biz attestat balını ümumi toplanan balların üstünə gəlib hesablaya bilərik. Təəssüflər olsun hələ ki, bu vəziyyət bizi tam qane etmir”,-deyə M.Abbaszadə vurğulayıb.
    25.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Yan.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31