Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    AMEA-da akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
    Bu gün AMEA-nın Rəyasət Heyətində riyaziyyat sahəsində tanınmış alim, əməkdar elm xadimi, akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda bir sıra ölkələrdən, o cümlədən dünyanın qabaqcıl elmi mərkəzlərində riyaziyyat sahəsində çalışan əslən azərbaycanlı olan alimlər məruzələrlə çıxış edəcəklər.
    13.01.11 Məqaləni oxumaq
     
    ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir
    Yaxın vaxtlarda ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə nizamlanması məsələsinin müzakirəsi gözlənilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Avrasiya məsələləri üzrə eksperti Cim Nikol bildirib. O, qeyd edib ki, Konqresin Tədqiqatlar Xidmətinin məruzəsində də bu fikir vurğulanıb. “Konqresmenlər və Konqresin müxtəlif komitə üzvləri üçün hazırlanmış sənəddə bildirilir ki, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması yolları müzakirə olunacaq. Burada həmçinin Azərbaycanın enerji sektorunun inkişafı və s. məsələlərin gündəliyə daxil edilməsi də gözlənilir”,-deyə C.Nikol vurğulayıb.
    13.01.11 Məqaləni oxumaq
     
    Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq
    Yanvarın 20-nə kimi Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrın direktor müavini Azər Mirzəyev verib. Onun sözlərinə görə, yeni formalaşacaq kollektivdə həm aktyor heyətində, həm də digər yaradıcı heyətdə müxtəlif dəyişikliklər gözlənilir. “Yeni kollektiv müqavilə sistemi ilə formalaşacaq. Kadr dəyişiklikləri qaçılmazdır. Burada teatra yeni aktyorların gəlişi, o cümlədən yeni inzibati işçilərin işə götürülməsi də olacaq. Eyni zamanda kollektivdən gedənlər də olacaq”,-deyə direktor müavini vurğulayıb. O, qeyd edib ki, yeni kollektiv formalaşdıqdan sonra teatrda tamaşaların afişaları bəlli olacaq.
    12.01.11 Məqaləni oxumaq
     
    TQDK-nin Naxçıvan bölməsində çalışmaq istəyənlərin imtahanının vaxtı məlum olub
    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanının vaxtı məlum olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) veriblər. Məlumata görə, imtahan yanvarın 14-ü saat 12:00-da Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər korpusunda keçiriləcək. Xatırladaq ki, DQMK tərəfindən 2010-cu il 21 oktyabr tarixdə TQDK-nin Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
    12.01.11 Məqaləni oxumaq
     
    Elmin İnkişafı Fondu bu ilin ilk qrant müsabiqəsini elan edib
    Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ildə I qrant müsabiqəsini elan edib. EİF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqədə qurumlar və elmi yaradıcı kollektivlər (alimlərin, mütəxəssislərin və ya qurumların iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş), alimlər, mütəxəssislər və digər fiziki şəxslər, iştirak edə bilərlər.
    12.01.11 Məqaləni oxumaq
     
    Politoloq: “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllini vaxtsız hesab edir”
    Ötən il ərzində Avropa Birliyi (Aİ) ilə Rusiya arasında müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, məsələyə Azərbaycanın prizmasından yanaşdıqda, bu danışıqlarda ziddiyyətli məqamların olduğu ehtimalı ortaya çıxır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. O, bunu onunla izah edib ki, ilk olaraq Aİ-Rusiya müzakirəsinin gündəliyinə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi salınmışdı.
    12.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda 443 min əlil var
    “Azərbaycanda ötən ilin yekunlarına görə 443 min əlil var ki, onların da 80 mindən çoxu birinci qrup, 260 mini isə ikinci qrup əlillərdir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov bildirib. Onun sözlərinə görə, bununla belə bu əlillərin ölkədə dəqiq sayı kimi qəbul edilə bilməz. “Çünki əlillik dərəcəsi almaq proseduru bir çox insanların bu işi axıra qədər çatdırmasına imkan vermir. Mənə elə gəlir ki, bu barədə qanunvericilikdə müəyyən iş aparılmalıdır. Çünki, hazırda elə insanlar var ki, yalandan əlillik alır, elə adamlar da var həqiqi əlil olduğu halda bu addan rəsmən hələ də məhrumdur. Məhz bu problemlə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq baza hazırlayır.
    12.01.11 Məqaləni oxumaq
     
    Ekspert: “Məcburi köçkünlərə sosial yardımda dəyişikliklərin edilməsi dövlət büdcəsində ciddi qənaətin yaranmasına gətirib çıxarmayacaq”
    Məcburi köçkünlərə sosial yardımda dəyişikliklərin edilməsi dövlət büdcəsində ciddi qənaətin yaranmasına gətirib çıxarmayacaq. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov KƏLAMİNFO-ya müsahibəsində bildirb. İqtisadçının sözlərinə görə, məsələ təkcə məcburi köçkünlərə verilən vəsaitin böyük olmasında deyil. “Onlara verilən yardım mexanizminin dəyişdirilməsi, bir sıra məcburi köçkün ailələrinə yardımın dayandırılması sosial təminat baxımından da arzuolunan deyil. Məcburi köçkünlər sosial baxımdan ən az təmin olunan təbəqədir.
    12.01.11 Məqaləni oxumaq
     
    J.M.Barruzo: “Avropa İttifaqı Azərbaycanla münasibətlərin dərinləşdirilməsini mühüm vəzifə hesab edir”
    “Azərbaycan və Türkmənistan "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa İttifaqı üçün əsas tərəfdaşlardır.” KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barruzonun Azərbaycana səfəri ərəfəsində qrumun Bakı ofisi açıqlama yayıb.
    12.01.11 Məqaləni oxumaq
     
    Bosniya və Herseqovinanın xarici işlər naziri Fəxri Xiyabanı ziyarət edib
    Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu gün Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. KƏLAMİNFO xəbər verir ki, qonaq Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
    12.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Yan.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31