|
İçərişəhər məscidləri
|
Bütün ön Şərqdə olduğu kimi Azərbaycanın ictimai həyatında məscidlər mühüm rol oynayırdı. Ruhanilər məscid minbərlərindən təkcə dini ibadətlərlə kifayətlənməyib, həm də xalqı itaətə çağırıblar. Dövlət tərəfindən qəbul olunmuş fərmanlar və digər yeniliklər əhaliyə əsasən məscidlərdə çatdırılırdı. İçərişəhərdə çoxsaylı məscidlərin olması qədim Bakıda dinin mühüm rol oynadığını göstərir. Bakıda inşa olunmuş məscidlər, bir ənənə olaraq qədim dini tikililərin bünövrəsi üzərində inşa edilmişdi. Bünövrədən başlamış sonuncu memarlıq konstruksiyasına qədər qədimdən nə qalıbsa yeni tikilidə novatorcasına istifadə edilməsinə çalışılıb. Bəzən belə məscidlər altında başqa dinə mənsub tikili qalırdı.
|
29.01.11 Məqaləni oxumaq
|
|
|
|
Bakıda “Təhsildə İKT-nin tətbiqi-bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib
|
Bu gün Əl Oyunları İdman Sarayında “Təhsildə İK-nin tətbiqi-bilik, təcrübə, texnologiya” adlı baxış-sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgi Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşıb. Sərgidə çıxış edən BŞTİ-nin rəhbəri Nailə Rzaquliyeva sərginin məqsədindən bəhs edib və əlavə edib. Bildirib ki, tədbirin əsas hissəsi paytaxt məktəblərinin müəllim və şagirdlərinin İKT sahəsindəki nailiyyətilərinin nümayişinə həsr edilib. N.Rzaquliyeva xatırladıb ki, sərgidə hansı nailiyyətlərin nümayiş olunması üçün müsabiqə təşkil edilib. Müsabiqəyə 403 müəllim və 64 şagird tərəfindən 567 layihə təqdim olunub.
|
29.01.11 Məqaləni oxumaq
|
|
|
Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yubileyi ilə əlaqədar sərgi keçirilib
|
Bu gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin kollektivi və digər görkəmli mədəniyyət xadimləri iştirak ediblər. Sərgi zamanı 3 dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayı və “Bizim nəşrlər” kataloqunun təqdimat mərasimi keçirilib. Sərgidə təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir. Qeyd edək ki, bu gün Mədəniyyət və Turizm Nazirliyinin 5 yaşı tamam olur.
|
29.01.11 Məqaləni oxumaq
|
|
|
Ombudsman: “Mətbuat ombudsmanının fomalaşdırılması ilə bağlı böyük iş aparılmalıdır”
|
Təkcə jurnalistlər deyil, ümumiyyətlə hər bir vətəndaşın haqqı var ki, istənilən dövlət qurumundan məlumat alsın. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova söyləyib. Mətbuat ombudsmanının fomalaşdırılması istiqamətində hansı ilkin prosesin aparıldığına münasibət bildirən E.Süleymanova qeyd edib ki, sözügedən məsələ ilə bağlı böyük iş aparılmalıdır. “Çünki bizim altı ay vaxtımız var. İlk səsvermədən altı ay sonra “İnsan hüquqları üzrə müvəkkil haqqında” Konstitusiya Qanununa gərək ikinci dəfə səs verilsin ki, mətbuat ombudsmanı məsələsi qüvvəyə minsin. Mən bu altı ayı istəyirəm ki, səmərəli istifadə edim.
|
29.01.11 Məqaləni oxumaq
|
|
|
Gürcüstanda H1N1 virusundan 3 nəfər dünyasını dəyişib
|
Gürcüstanda 85 nəfərdə H1N1 virusuna yoluxma halı qeydə alınıb. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Gürcüstan Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən bildiriblər ki, virusdan 3 nəfər dünyasını dəyişib. Daha bir nəfərin isə vəziyyəti ağır olaraq qalır.
|
29.01.11 Məqaləni oxumaq
|
|
|
AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin fəaliyyəti yenidən bərpa edilib
|
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində qurumun Bürosunun bü gün keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi üzrə müzakirələr aparılıb. KƏLAMİNFO xəbər verir ki, müzakirələrin sonunda Büro Alt Komitənin yenidən fəaliyyətə başlaması haqqında qərar verib. İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xukla i Kosta yekdilliklə (Ermənistan istisna olmaqla) Komitənin yeni sədri seçilib.
|
28.01.11 Məqaləni oxumaq
|
|
|
|
Azərbaycanda 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır
|
Cari ilin 1 yanvar tarixinə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən veriblər. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6%-ni təşkil edir.
|
28.01.11 Məqaləni oxumaq
|
|
|
|