Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    III Asiya IAESTE Forumu Bakıda keçiriləcək
    Taylandın Bankok şəhərində İAESTE təşkilatının 64-cü illik konfransı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Konfransda ölkəmizi Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli təmsil edib. Konfrans 21-27 yanvar 2011-ci il tarixlərində müxtəlif fəaliyyətləri özündə birləşdirərək 80-dən çox ölkədən 250 nümayəndənin iştirakı ilə baş tutub. Konfans Tayland Kralının müşavirinin çıxışı ilə başlayıb. Daha sonra şirkət rəhbərləri, konfrans sponsorları, universitet rəhbərlərinin çıxışları ilə davam edib.
    27.01.11 Məqaləni oxumaq
     
    Serj Sarkisyan: “İran dünyada ünsiyyət saxladığımız iki ölkədən biridir”
    İran Ermənistan üçün çox əhəmiyyətli ölkədir. KƏLAMİNFO xəbər verir ki, bu sözləri “Exo Moskvı” radiostansiyasına müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyan deyib. O, bildirib ki, İran dünyada ünsiyyət saxladığımız iki ölkədən biridir. İranın problemləri olanda sanki Ermənistanın nəfəs aldığı borunu darlaşdırırlar.
    27.01.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Bakıda Gürcüstan görkəmli rəssamı Mamuka Tsetskhladzenin fərdi sərgisini təşkil edəcək
    Yanvarın 29-dan etibarən Mədəniyyət və Turizm Nazirliyi Bakıda, Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisini təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olub. Gürcüstan torpağında anadan olub, Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə yaşayan və  yaradıcılığını bu ölkələrdə davam etdirən rəssam bir çox beynəlxalq sərgilərdə iştirak edib. Onun məharətlə yaratdığı əsərlər içərsində müxtəlif şəhərlərin təsviri üstünlük təşkil edir.
    27.01.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Moskva şəhərinin “Domodedova” beynəlxalq hava limanında baş vermiş və çoxsaylı insan təlafatı ilə nəticələnmiş terror aktı ilə bağlı Rusiya rrezidenti Dmitri Medvedevə başsağlığı verib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, A.Paşazadə həmçinin RF-nin Baş naziri Vladimir Putinə və Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətlərinə başsağlığı məkubları ünvanlayıb.
    27.01.11 Məqaləni oxumaq
     
    SKMF Lənkəranda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
    İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lənkəran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər. Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il yanvarın 21-də Lənkəran rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib.
    26.01.11 Məqaləni oxumaq
     
    EİF növbəti məsləhət seminarını keçirib
    Prezident yanında Elmin İnkişafı Fondu (EİF) növbəti məsləhət seminarını keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya EİF-dən veriblər.
    Seminarda AMEA-nın  Neft-Kimya Prosesləri, Geologiya, Genetik Ehtiyatlar,  Radiasiya Problemləri, Zoologiya, Fizika institutları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu, Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu, Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu, Elmi-Tədqiqat Baytarlıq İnstitutu, Elmi-Tədqiqat Əkinçilik İnstitutu, “Azərbaycan Hava Yolları” QSC Aviasiya Meteoroloji Mərkəzi, Mərkəzi Klinik Xəstəxanası, Elmi Cərrahiyyə Mərkəzi, Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi, “Əqli Mülkiyyət və İnnovasiya” İctimai Birliyi, və digər qurumların nümayəndələri iştirak ediblər.
    26.01.11 Məqaləni oxumaq
     
    Xarici İşlər Nazirliyi xəbərdarlıq edir
    Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına Tunisdə baş verən son hadisələrlə bağlı xəbərdarlıq edir. XİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, yanvar ayının ortalarından başlayaraq Tunisdə hökumət əleyhinə kütləvi nümayişlər və iğtişaşlar başlayıb.
    26.01.11 Məqaləni oxumaq
     
    Strasburqda Azərbaycanın Avropa Şurasında üzvlüyünün 10 illiyinə həsr olunan tədbir keçirilib
    Strasburqun mərkəzi Konservatoriyasının konsert zalında Azərbaycanın Avropa Şurasında üzvlüyünün 10 illiyinə həsr olunmuş konsert təşkil olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər.
    26.01.11 Məqaləni oxumaq
     
    Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir
    Hidayət Orucov: В«Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdırВ»

    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun müsahibəsini təqdim edirik

    - Bütövlükdə, ölkəmizdə dini sabitlik vəziyyətini necə dəyələndirirsiniz?

    - Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır.
    Azərbaycanda dövlət-din münasibətləri möhkəm qanunçuluq bazası üzərində qurulmuşdur. Qeyd etməliyəm ki, dövlətimizin müəyyənləşdirdiyi dövlət-din münasibətlərini tənzimləmə üsulu nəinki Azərbaycan cəmiyyətində, həmçinin ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırıcılar, dövlət rəsmiləri, politoloqlar, qafqazşünaslar tərəfindən də rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, artıq ölkəmiz özünün dövlət-din münasibətləri modeli ilə təkcə yerləşdiyi coğrafi regionun deyil, dünyanın ən yaxşıları sırasındadır.
    26.01.11 Məqaləni oxumaq
     
    Piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək
    2011-ci il ərzində hərəkətin bir mərkəzdən idarə və nəzarət olunması nəzərdə tutulan xüsusi əmr imzalanıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. В«Həmin əmrə müvafiq olaraq Bakı şəhər Baş Polis İdarəsində cəmlənən yetərincə qüvvənin hesabına təhlükəsizliyin tam təmin olunması üçün В«Yol hərəkəti haqqındaВ» Qanunun tələblərinə uyğun bütün mümkün tədbirlər görüləcək, məqsədli şəkildə keçirilən qabaqlayıcı tədbirlər hesabına yol-qəza hadisələrinin sayının aşağı salınması istiqamətində qanunamüvafiq şəkildə fəaliyyət göstərəcək, hər bir hərəkət iştirakçısının təhlükəsizliyini təmin edəcək, nəinki sürücülərin, ümumiyyətlə, piyadaların da təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçirəcəyik”, - deyə Vaqif Əsədov vurğulayıb.
    26.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Yan.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31