|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
Sabahdan ölkə ərazisində qar yağacaq
|
Sabahdan Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər.
Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək.
Yanvarın 9-10-da dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
|
08.01.11 Məqaləni oxumaq
|
|
|
Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramı açıqlanıb
|
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfərinin proqramı açıqlanıb. KƏLAMİNFO Avropa Komissiyasının rəsmi saytına istinadən xəbər verir ki, J.M.Barrozo Azərbaycana Türkmənistandan gələcək.
O, yanvarın 13-də Türkmənistana səfərini başa vurduqdan sonra Bakıya gələcək. Yanvarın 14-də J.M.Barrozonun prezident İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü keçiriləcək. Səfər çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Səfər zamanı Azərbaycanla Avropa İttifaqı arasında energetika sahəsində əməkdaşlıq, o cümlədən “Cənub dəhlizi” və “Nabucco” layihələri müzakirə olunacaq. Avropa Komissiyası prezidentini səfərdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger müşayiət edəcək.
|
08.01.11 Məqaləni oxumaq
|
|
|
Fransızlar və almanlar müsəlmanları özlərinə təhlükə hesab edirlər
|
Fransalılar və almanlar islamı özlərinə təhlükə hesab edirlər. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Fransa və Almaniyada sorğu keçirmiş İFOP şirkəti yayıb. Sorğuya əsasən franszıların 65%-i, almanların 75%-i hesab edir ki, müsəlmanlar qərb cəmiyyətinə inteqrasiya olmağı bacarmırlar və müsəlmanları özlərinə qarşı təhlükə hesab edirlər.
İFORP şirkətinin nümayəndəsi Jerom Furk bildirib ki, sorğuda iştirak edənlər müsəlmanları təhlükəli hesab edəndə öz təhlükəsizliklərini və ya işsizliyin artmasına görə seçməyiblər. Sadəcə müsəlmanlarda milli oxşarlıqlarını olması onları həyəcanlandırıb.
Sorğuda hər ölkədən 800 nəfər olmaqla, 1600 şəxs iştirak edib. Qeyd edək ki, Avropada müsəlmanların ən böyük icmaları məhz Fransa və Almaniyadadır. Fransada 6 mln, Almaniyada isə 4.5 mln müsəlman yaşayır.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
C.Nuriyev: “Müsavatdakı istefalar yeni Demokratik Müsavat Partiyasının yaradılmasına hesablanıb”
|
“Son iki ayda Müsavat Partiyasının rəhbərliyində baş verən ciddi istefalar həmin partiyanın liderinin yerində olmaması ilə bağlıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib.
Politoloq təəssüflə qeyd edib ki, bu hal bizim müxalifətdə ənənəyə çevrilib. “Yəni, müxalifətdə artıq belə bir ənənə formalaşıb ki, hansısa seçkidə üzləşdikləri uğursuzluğdan sonra onun daxilində mütləq ciddi istefalar baş verir. Bu hal praktikada dəfələrlə olub. Məsələn, 2005-ci il seçkilərindən sonra AXCP-də də belə parçalanma getdi. Bu həmin partiyanın əsaslarının və prinsiplərinin yalnış olmasından irəli gəlir”,-deyə ekspert vurğulayıb.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunur
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən KƏLAMİNFO-ya verilən məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq (ongünlük normanın 120-260 %-i), Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normadan aşağı sululuq (ongünlük normanın 50-70%-i) müşahidə olunur.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 112 m3/san (ongünlük normanın 68,7 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 53 m3/san (ongünlük normanın 75,1 %-i ) təşkil edir.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
Bako Saakyan: “Qarabağ erməniləri yeni müharibəyə həmişə hazırdır”
|
“Qarabağ erməniləri yeni müharibəyə həmişə hazırdır və hər an öz “vətən”lərinin uğrunda düşmənlə vuruşmaq əzmindədirlər”. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları Dağlıq Qarabağdakı separatçı rejimin lideri Bako Saakyan Xankəndində çıxış edərək bildirib.
O, qeyd edib ki, onlar Dağlıq Qarabağ münaqişəsinin dinc danışlıqlar vasitəsilə nizamlanmasına tərəfdarlırlar, çünki “problemin hərbi yolu mümkün deyil”. “Ötən illərin təcrübəsi göstərir ki, Azərbaycan hərbi ritorikaya və ultimativ bəyanatlarına rəğmən, müharibəyə hazır deyil. Biz isə tam əksinə, istənilən an hərbi əməliyyatlara başlamağa hazırıq. Bunu qarşı tərəf gözəl bilir. Üstəlik, biz öz torpaqlarımızdayıq və məhz bu torpaqların müdafiəsi, azadlıq və müstəqilliyimiz uğrunda vuruşacağıq”,-deyə qondarma rejimin rəhbəri qeyd edib.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
Hillari Klinton Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə səfərə çıxır
|
ABŞ Dövlət katibi Hillari Klinton sabah gözlənilmədən Yaxın Şərq və Asiya ölkələrinə səfərə çıxacaq. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. Səfər zamanı siyasi islahatların inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. Beş gün sürəcək səfər zamanı xanım Klinton Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq.
Qətərdə Dövlət katibi ABŞ-ın Yaxın Şərqdə siyasi islahatların gerçəkləşdirilməsinə yardım məqsədilə dəstəklədiyi Gələcəyin Forumunun yeddinci konfransında iştirak edəcək. Bundan sonra H.Klintonun Mərkəzi Asiya ölkələrinə də səfəri gözlənilir. Bu, son bir neçə ay ərzində dövlət katibinin regiona ikinci səfəridir.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
İ.Panarin: “Rusiya bu il Bakı və İrəvan arasında çox fəal olacaq”
|
“Şüphəsiz ki, 2012-ci ildə prezident seçkilərinin keçiriləcəyi Rusiya Bakı və İrəvan arasında ən fəal danışıqlar aparan rolunda mövqeyini möhkəmləndirmək üçün bütün imkanlara malikdir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert İqor Panarin bildirib.
Onun sözlərinə görə, Rusiyada seçkiqabağı vəziyyət Minsk Qrupunun həmsədri olan digər iki ölkədə olan vəziyyətdən köklü şəkildə fərqlənir. “Keçmiş Sovet İttifaqı ölkələrinin işində iştirak çox güman ki, Kremlin imici üçün xeyirlidir. Prezident Dmitri Medvedevin göstərdiyi “üstün maraqlar zonası” Rusiya sakinlərinin düşüncəsində yad ölkələr deyil, köməyin göstərilməsinin lazım olduğu yaxın qonşulardır”,-deyə ekspert vurğulayıb. İ.Panarin bu deyilənləri nəzərə alaraq, 2011-ci ildə Dağlıq Qarabağ ətrafında sülh prosesi üzrə təşəbbüslərin əksəriyyətinin məhz Rusiyaya məxsus olacağını iddia edib.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
Ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb
|
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin apardığı araşdırmalara görə, ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bunların ikisi yerli orqanların öz vəsaitləri hesabına, beşi isə layihə çərçivəsində istifadəyə verilib.
Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir.
Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb. İlk bələdiyyə resursu isə 2001-ci ildə Mərdəkan bələdiyyəsi tərəfindən hazırlanıb.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
Nigar Köçərli: “MKM-in növbəti dəfə keçirilməsi çoxları üçün gözlənilməz idi”
|
Hər il keçirilməsi planlaşdırılan Milli Kitab Mükafatının bu ilki hazırlıq mərhələsini öyrənmək üçün MKM-nin təsisçisi Nigar Köçərli ilə əlaqə saxladıq.
- Milli Kitab Mükafatına noyabrın 25-dən başlanılıb. Hazırda MKM hansı mərhələdədir?
- Yanvarın 10-a qədər əsərlərin qəbulu davam edəcək. Bundan sonra peşəkar ekspertlər əsərləri oxuyub qiymət verəcəklər. 2 ay 10 gün müddətində onlar əvvəlcə 20 ən yaxşı əsəri – “long list”i seçəcəklər, bundan sonra 10 gün müddətində isə 10 ən yaxşı əsəri – “short list”i səsləndirəcəklər. Beləliklə - “qısa siyahı”ya düşənlər – finalçılar martın 27-də məlum olacaq. Ondan sonra 17 nəfərlik Münsiflər Heyəti öz işinə başlayacaq və mayın 31-də mükafatlandırma mərasimi keçiriləcək. Birinci yerin sahibi 3 min manat, ikinci yerin sahibi 2 min manat, üçüncü yerin sahibi isə min manat qazanacaq.
|
07.01.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 12 13 14 15 16 17 18 19 20 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|