|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
|
ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir
|
Yaxın vaxtlarda ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə nizamlanması məsələsinin müzakirəsi gözlənilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Avrasiya məsələləri üzrə eksperti Cim Nikol bildirib.
O, qeyd edib ki, Konqresin Tədqiqatlar Xidmətinin məruzəsində də bu fikir vurğulanıb. “Konqresmenlər və Konqresin müxtəlif komitə üzvləri üçün hazırlanmış sənəddə bildirilir ki, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması yolları müzakirə olunacaq. Burada həmçinin Azərbaycanın enerji sektorunun inkişafı və s. məsələlərin gündəliyə daxil edilməsi də gözlənilir”,-deyə C.Nikol vurğulayıb.
|
13.01.11 Məqaləni oxumaq
|
|
|
Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq
|
Yanvarın 20-nə kimi Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrın direktor müavini Azər Mirzəyev verib.
Onun sözlərinə görə, yeni formalaşacaq kollektivdə həm aktyor heyətində, həm də digər yaradıcı heyətdə müxtəlif dəyişikliklər gözlənilir. “Yeni kollektiv müqavilə sistemi ilə formalaşacaq. Kadr dəyişiklikləri qaçılmazdır. Burada teatra yeni aktyorların gəlişi, o cümlədən yeni inzibati işçilərin işə götürülməsi də olacaq. Eyni zamanda kollektivdən gedənlər də olacaq”,-deyə direktor müavini vurğulayıb. O, qeyd edib ki, yeni kollektiv formalaşdıqdan sonra teatrda tamaşaların afişaları bəlli olacaq.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
TQDK-nin Naxçıvan bölməsində çalışmaq istəyənlərin imtahanının vaxtı məlum olub
|
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin test imtahanının vaxtı məlum olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) veriblər.
Məlumata görə, imtahan yanvarın 14-ü saat 12:00-da Naxçıvan şəhərində, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər korpusunda keçiriləcək.
Xatırladaq ki, DQMK tərəfindən 2010-cu il 21 oktyabr tarixdə TQDK-nin Naxçıvan regional bölməsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
Elmin İnkişafı Fondu bu ilin ilk qrant müsabiqəsini elan edib
|
Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ildə I qrant müsabiqəsini elan edib. EİF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqədə qurumlar və elmi yaradıcı kollektivlər (alimlərin, mütəxəssislərin və ya qurumların iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş), alimlər, mütəxəssislər və digər fiziki şəxslər, iştirak edə bilərlər.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
Politoloq: “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllini vaxtsız hesab edir”
|
Ötən il ərzində Avropa Birliyi (Aİ) ilə Rusiya arasında müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, məsələyə Azərbaycanın prizmasından yanaşdıqda, bu danışıqlarda ziddiyyətli məqamların olduğu ehtimalı ortaya çıxır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.
O, bunu onunla izah edib ki, ilk olaraq Aİ-Rusiya müzakirəsinin gündəliyinə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi salınmışdı.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda 443 min əlil var
|
“Azərbaycanda ötən ilin yekunlarına görə 443 min əlil var ki, onların da 80 mindən çoxu birinci qrup, 260 mini isə ikinci qrup əlillərdir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov bildirib.
Onun sözlərinə görə, bununla belə bu əlillərin ölkədə dəqiq sayı kimi qəbul edilə bilməz. “Çünki əlillik dərəcəsi almaq proseduru bir çox insanların bu işi axıra qədər çatdırmasına imkan vermir. Mənə elə gəlir ki, bu barədə qanunvericilikdə müəyyən iş aparılmalıdır. Çünki, hazırda elə insanlar var ki, yalandan əlillik alır, elə adamlar da var həqiqi əlil olduğu halda bu addan rəsmən hələ də məhrumdur. Məhz bu problemlə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq baza hazırlayır.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
|
|
Bosniya və Herseqovinanın xarici işlər naziri Fəxri Xiyabanı ziyarət edib
|
Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Sven Alkalay bu gün Fəxri Xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. KƏLAMİNFO xəbər verir ki, qonaq Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
|
12.01.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|