|
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
İqbal Ağazadə: “Heç kim fəaliyyətinə görə hansısa partiyanın ləğv olunmasını irəli sürə bilməz”
|
“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun hazırlanarkən heç kim passiv fəaliyyətinə görə hansısa partiyanın digər bir partiya ilə birləşməsi və ya ləğvi təklifini irəli sürə bilməz”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib.
Partiya sədri qeyd edib ki, passiv və ya aktiv fəaliyyət göstərmək siyasi partiyanın öz işidir. “Beynəlxalq təcrübə də göstərir ki, belə hallar yalnız siyasi partiyanın öz Nizamnaməsi ilə həll olunur, kənardan hansısa qanunla onun ləğv olunması tələbini heç kim irəli sürə bilməz. Ən ciddi halda əgər partiya qanunları pozarsa, o zaman müvafiq cəza tədbirləri yalnız məhkəmələrin hökmü ilə verilə bilər. Yəni, bunun yeni hazırlanan qanunda əks olunması mümkün deyil”,-deyə millət vəkili vurğulayıb. İ.Ağazadə təklif edir ki, “Siyasi partiyalar haqqında” qanun qəbul edilən zaman bu məsələnin daha asan həll forması var.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Bu gün NATO və ABŞ-ın hərbi ekspertlərinin Azərbaycana səfəri başlayır
|
Bu gün Silahlı Qüvvələrdə hərbi təlim və təhsil sahəsində aparılan islahatlara NATO yardımının icmalının aparılması məqsədi ilə NATO/ABŞ ekspertləri Azərbaycana səfərə gələcəklər. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya bildiriblər ki, səfər Azərbaycan ilə NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq Planına (FTP) əlavə olaraq həyata keçirilir.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Veronika Kotek Azərbaycanı tərk edib
|
Avropa Şurası (AŞ) baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotekin səlahiyyət müddəti bitib. KƏLAMİNFO xəbər verir ki, V.Kotek artıq Azərbaycanı tərk edib və hazırda AŞ-nin katibliyində çalışır.
Yeni xüsusi nümayəndənin təyinatı fevral ayında nəzərdə tutulub.
Xatırladaq ki, V. Kotek 2008-ci il iyunun 10-dan bu vəzifədə çalışıb.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Toylı Komekov bu gün Bakıya gəlib
|
Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Toylı Komekov vəzifəsinin icrasına başlamaq üçün bu gün Bakıya gəlib. Türkmənistanın Bakıdakı səfirliyindən KƏLAMİNFO-ya bildiriblər ki, səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edəndən sonra vəzifəsinin icrasına rəsmən başlayacaq.
Qeyd edək ki, T.Komekov dekabrın 23-də Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycana səfir təyin olunub.
Xatırladaq ki, buna qədər Toylı Komekov Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri olub, Xəzərin hüquqi statusu və təhlükəsizliyi ilə bağlı görüşlərdə ölkəsini təmsil edib, dəfələrlə Bakıda səfərdə olub.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|