Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə dair bir sıra layihələr həyata keçirilir
    Azərbaycan NATO ilə elmi fəaliyyətə 1992-c ildən başlayıb. Həmin vaxtdan bu günə qədər Azərbaycan alimləri və ekspertləri NATO-nun 87 tədbirində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri NATO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Rumıniyanın ölkəmizdəki səfiri, Nikolae Ureki söyləyib. O qeyd edib ki, hazırda Azərbaycan, Türkiyə, Gürcüstan, ABŞ, İtaliya, Yunanıstan, Kanada və Ermənistandan olan alimlər “Qafqazda seysmik fövqəladə hallara cavab tədbirlər” adlı yeni bir layihə ilə bağlı əməkdaşlıq edirlər. Onun sözlərinə görə, layihənin həyata keçirilməsində məqsəd hərtərəfli seysmik müşahidələrin aparılması, Cənubi Qafqaz regionunda fövqəladə hallarda çevik cavab tədbirlərinin görülməsi üçün hazırlıq işlərinin nəzərdən keçirilməsidir. Səfir qeyd edib ki, dəgər bir layihə isə ekoloji təhlükəsizlik sahəsinə aidddir. Onun sözlərinə görə, Azərbaycan, Kanada və ABŞ-dan olan alimlər tərəfindən həyata keçirilən layihə “Azərbaycandakı şəhər su ehtiyatlarının idarə edilməsi və davamlı inkişafı” adlanır.
    20.01.11 Məqaləni oxumaq
     
    Heydər Əliyev Sarayında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeni layihə təqdim olunacaq
    Yanvarın 21-də Heydər Əliyev sarayında dahi rus bəstəkarı İqor Stravinskinin “Müqəddəs Bahar” baletinin musiqisi əsasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeni layihə - tamaşa-balet göstəriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm NAzirliyinin mətbuat xidmətindən veriblər. Layihə nazirliyin təşkilati dəstəyi ilə baş tutacaq. Tamaşa- baletin quruluşçu baletmeysteri Rusiya Balet Akademiyasının professoru Edvard Smirnovdur. Tamaşada Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri də iştirak edəcəklər.
    20.01.11 Məqaləni oxumaq
     
    DRİ-də istifadə olunan bütün avadanlıqlara texniki baxış keçirilib
    Dövlət Radiotezliklər İdarəsində (DRİ) istifadə olunan bütün avadanlıqlara texniki baxış keçirilib və bir çox kompüterlərin parametrlərində bu günkü günün tələblərinə uyğun dəyişikliklər aparılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DRİ-dən veriblər. Təkmilləşdirmə işləri mütamadi olaraq aparılır. Hazırda DRİ-də 102 ədəd stolüstü kompüter dəsti və 32 ədəd “notebook” təyinatı üzrə istifadə olunur.
    20.01.11 Məqaləni oxumaq
     
    BDU ilə Ankara Universiteti arasında Memorandum imzalandı
    Bu gün Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Ankara Universitetinin rektoru, professor, doktor Cemal Taluğun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə KƏLAMİNFO-ya BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Görüşdə A. Məhərrəmov BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsi və digər məsələlərdən bəhs edib. Rektorlar ikili diplomların verilməsi üçün Ankara Universitetinin tələbələrinin BDU-da, BDU tələbələrinin isə Ankara Universitetində yay məktəblərində iştiraklarının detallarını müzakirə ediblər. A.Məhərrəmov, Amerika, Avropa və Asiya universitetləri arasında elm və təhsilin inkişafı ilə bağlı proqramların olduğunu xatırladaraq Azərbaycan və Türkiyə arasında da belə proqramların olmasının əhəmiyyətini qeyd edib. Bu baxımdan rektor Heydər Əliyev və Atatürk proqramlarının yaradılmasını təklif edib.
    20.01.11 Məqaləni oxumaq
     
    Rusiyada islam kanalı açılacaq
    Rusiyada İslam telekanalı açılacaq. Yeni kanal öz işinə yaxın aylarda start verəcək. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin bildirib. Onun sözlərinə əsasən, telekanalda yayımlanan proqramlar maarifləndirmə xarakteri daşıyacaq. “Biz hesab edirik ki, gəncləri digər dinlərə qarşı tolerant, hörmət bəsləyən, dözümlü ruhda tərbiyənləndirmək lazımdır",-deyə R. Qaynutdin bildirib. Qeyd edək ki, Rusiya prezidenti D.Medvedev də İslam dəyərlərini və əsaslarını maarifləndirmə əsasında təbliğ edən kanalın açılmasını təklif etmişdi.
    20.01.11 Məqaləni oxumaq
     
    Ötən il qeydə alınan 10 min 612 cinayət hadisəsinin 79 faizinin üstü açılıb
    Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2010-cu ildə qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində görülən işlərə və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluqdan KƏLAMİNFO-ya verilən məlumata görə, Bakı şəhər prokuroru Əziz Seyidov qeyd edib ki, hesabat dövrü ərzində 10 min 612 cinayət hadisəsi qeydə alınıb, onların 79 faizinin üstü açılıb. Bildirib ki, uzun müddət bağlı qalan 5 qəsdən adamöldürmə, çoxsaylı quldurluq hadisələri törətmiş şəxslərin ifşa edilməsi, xeyli miqdarda qanunsuz narkotik vasitənin və psixotrop maddələrin dövriyyədən çıxarılması hüquq mühafizə orqanlarının əlaqəli birgə fəaliyyətinin nəticəsi kimi qiymətləndirilib.
    19.01.11 Məqaləni oxumaq
     
    Erməni: "Barrozu üçün ermənilərin maraqları, mənafeləri və dəyərləri heç bir əhəmiyyət kəsb etmir"
    Azərbaycanın hərbi ritorikası Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə müzakirəsini praktiki olaraq mümkünsüz edir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa Erməni Federasiyasının sədri Hilda Çobanyan bildirib. H.Çobanyan Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Bakıya səfər etməsini də sərt tənqid edib. “Azərbaycana rəsmi səfər etmiş Barrozu Bakıda “öldürülmüş ermənilər”in xatirəsini yad etməyib, onların acı taleyindən bir kəlmə də danışmayıb. Barrozu üçün ermənilərin maraqları, mənafeləri və dəyərləri heç bir əhəmiyyət kəsb etmir. Lakin cənab Barrozu bilməlidir ki, ermənilər belə davranışlarla barışmaq, olanları laqeyd seyr etmək niyyətində deyillər və baş verənlərə mütləq cavab verəcəklər",-deyə H.Çobanyan vurğulayıb.
    19.01.11 Məqaləni oxumaq
     
    “Qriqol Vaşhadzenin 2011-ci ilin ilk rəsmi səfərini Azərbaycana etməsi daha çox siyasi hörmət mənasını daşıyır”
    “Gürcüstanın xarici işlər naziri Qriqol Vashadzenin 2011-ci ilin ilk rəsmi səfərini Azərbaycana etməsi daha çox siyasi hörmət, ehtiram mənsını daşıyır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. O, qeyd edib ki, Q.Vaşhadze Elmar Məmmədyarovla görüşməli olsa da, səfərin mahiyyətində daha çox nəqliyyat məsələləri dayanır. “Çünki Azərbaycan Gürcüstan üçün Şərqə qapı olduğu kimi, Gürcüstan da Azərbaycan üçün Qərbə qapı rolunu oynayır”,-deyə politoloq vurğulayıb. M.Əhəmədoğlu deyir ki, ölkə arasında ən çox müzakirə olunan nəqliyyat, kommunikasiya məsələləridir. “Bakı-Tbilisi-Ceyhan, Bakı- Tbilisi-Ərzrum oradan keçir. Bakı-Tbilisi-Qars yaxın illərdə istifadəyə veriləcək. Avropadan yüklərin böyük qismi Gürcüstanın Qara dəniz limanları vasitəsilə Azərbaycana gəlir. Mərkəzi Asiyadan gələn yüklərin böyük qismi Azərbaycandan keçib Gürcüstan ərazisi ilə gedir. Yəni bütün bunların hamısında nəqliyyat məsələsi ön plandadır”,-deyə ekspert əlavə edib. Qeyd edək ki, Q.Vaşhadze ötən gündən ölkəmizdə səfərdədir.
    19.01.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Mən kimsənin cızdığı dairədə oynayan adam deyiləm”
    Azərbaycanın “Ümid” Partiyası artıq 2011-2013- cü illər üçün partiyanın üçillik proqramını tərtib edib. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində partiya sədri, millət vəkili İqbal Ağazadə bildirib. O, qeyd edib ki, 1 aya yaxındır ki, proqram partiyanın strukturlarında müzakirə olunur. “Biz qarşıdan gələn prezident seçkilərinə indidən hazırlaşırıq. Əgər bu proqramı reallaşdıra bilsək, onda seçkidə qələbəni əldə etməyimiz qətiyyən şübhəsiz olacaq”,-deyə İ.Ağazadə vurğulayıb. Partiya sədri bildirib ki, müxalifətin təşkil etdiyi İctimai Palataya onu da cəlb etmək istəsələr də sonradan dairəni daraldıblar. “Onlar prosesə daha çox insan cəlb etmək, siyasi prosesi daha çox insanla aparmaq əvəzinə dairəni kiçik cızırlar. Qoy cızsınlar. Nəyə nail olacaqlar? Nə qazanacaqlar? Mən Ümid Partiyasının sədri olaraq kimsənin cızdığı dairədə oynayan adam deyiləm”,-deyə sədr fikrini açıqlayıb.
    19.01.11 Məqaləni oxumaq
     
    Təhsil Nazirliyində növbəti iki şöbənin hesabatı dinlənilib
    Bu gün Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib. Nazirlikdən KƏLAMİNFO-ya verilən məlumata görə, İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə bildirib ki, 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb.
    19.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Yan.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31