Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28% artıb
    Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 28% artıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSMF-dən veriblər.
    24.01.11 Məqaləni oxumaq
     
    Litva seymində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə hazırlanır
    Litva seymində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamə hazırlanır. AZADINFORM xəbər verir ki, bu barədə Litva dövlət məclisinin spikeri İrina Dequtyena bildirib.
    Onun sözlərinə görə, Dağlıq Qarabağın müqəddəratı beynəlxalq ictimaiyyətin səylərindən asılı olacaq. “Seym üzvlərinin böyük qrupu regionda qeyri-sabitliyə şərait yaradan, beynəlxalq hüquqla deyil, zor tətbiqi ilə əldə olunan status-kvonu dəstəkləməkdən imtina eməyi təklif edən qətnamə layihəsini qeydə alıb”,- deyə İ.Dequtyena vurğulayıb. Onun söylədiklərinə əsasən, qətnamə beynəlxalq hüququn aliliyi prinsiplərinin gerçəkləşməsini təmin etmək üçün şərait yarada biləcək. “Düşünürəm ki, qətnamənin taleyi 2011-ci ildə Litvanın ATƏT-in sədri kimi bu münaqişənin həlli üzrə beynəlxalq ictimaiyyətin real səylərini görə bilib-bilməyəcəyindən asılı olacaq”,-deyə İ.Dequtyena bəyan edib.
    24.01.11 Məqaləni oxumaq
     
    İran səfirliyinin “Səhər-2” kanalının anti-Azərbaycan kampaniyası ilə bağlı mövqeyi yoxdur
    “İranın “Səhər-2” televiziya kanalında Azərbaycan əleyhinə aparılan kampaniya ilə bağlı İranın Azərbaycandakı səfirliyinin hələ ki, heç bir mövqeyi yoxdur”. Bu sözləri KƏLAMİNFO-ya səfirliyn mətbaut xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
    O, qeyd edib ki, hazırda məsələ ilə bağlı səfirlik araşdırma aparır və yaxın günlərə Azərbaycan mətbuatına geniş açıqlama veriləcək.
    Qeyd edək ki, artıq neçə gündür bu ölkənin “Səhər-2” kanalı hər gün müxtəlif çağırışlar səsləndirərək insanlarda anti-Azərbaycan əhval-ruhiyyəsi formalaşdırmağa çalışır. Bununla faktiki olaraq, “Səhər-2” birbaşa Azərbaycanın daxili işlərinə qarışır.
    24.01.11 Məqaləni oxumaq
     
    Respublika üzrə “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi keçirilir
    Bu gündən etibarən mayın 01-ə qədər Mədəniyyət və Turizm Nazirlyi respublika üzrə “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Məqsəd kino-jurnala ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirməkdir. Müsabiqədə professional kino-dramaturqlar və digər müəlliflər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan bədii süjetlər üçün ssenarilər müasir həyatımızın problemlərini əks etdirməlidir.
    24.01.11 Məqaləni oxumaq
     
    “Gənclərin dostu” Milli Mükafatının sahibləri müəyyənləşdirilir
    Azərbaycan Gənclər Mərkəzinin (AGM) “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün paytaxt və regionlarda apardığı sorğu və monitorinqlər davam etdirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya AGM-dən veriblər.
    Hazırda “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində sorğu və monitorinqlərə start verilib.
    Xatırladaq ki, mükafat Azərbaycan Gənclər Mərkəzi tərfindən 2007-ci ildə təsis edilib. Mükafat gənclər təşkilatlarına maddi və mənəvi dəstək olan fiziki və hüquqi şəxslərə verilir.
    Qeyd edək ki, “Gənclərin dostu” Milli Mükafatının təqdimetmə mərasimi “Gənclər Günü ərəfədində olacaq. Qaliblərə 17 nominasiya üzrə “Gənclərin Dostu” Milli Mükafatı və başqa hədiyyələr təqdim olunacaq.
    24.01.11 Məqaləni oxumaq
     
    Almaniyada “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib
    Berlində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Almaniyadakı səfirliyindən veriblər. Tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən “Azərbaycan evi”, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Bakı Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycan xalqının qan yaddaşına yazılmış 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışıb.
    22.01.11 Məqaləni oxumaq
     
    S.Lavrov: “Rusiya və Türkiyə əmtəə dövriyyəsini 100 mlrd. dollara qədər qaldırmaq niyyətindədir”
    Rusiya və Türkiyə bu il əmtəə dövriyyəsini 100 milyard dollara qədər qaldırmaq niyyətindədir. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı İstanbulda Birgə Strateji Planlaşdırma Qrupunun ilk toplantısında iştirak edən xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyə böyük layihələrdə bir-birilə əməkdaşlıq edir. Bunlar Türkiyədə tikiləcək atom elektrik stansiyası və Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Sergey Lavrov həmçinin son 10 il ərzində Rusiya bazarında türk şirkətlərinin yüksək fəallığını qeyd edib. Rusiyada türk iş adamları 20 mlrd. dollara yaxın məbləğdə partnyorlarla müqavilələr bağlayıblar. Nazir vurğulayıb ki, son illərdə 3 milyondan çox rusiyalı türk sanatoriyalarında dincəlib.
    22.01.11 Məqaləni oxumaq
     
    “Quran elmə yol göstərir” mövzusunda konfrans keçiriləcək
    Yanvarın 23-də “Park İnn” otelində “Gənclərin Mənəvi İnkişafı” İctimai Birliyinin təşkilatçılığı ilə “Quran elmə yol göstərir” mövzusunda konfrans keçiriləcək. İB-dən KƏLAMİNFO-ya verilən məlumata görə, konfransda millət vəkilləri və tanınmış ictimai-siyasi xadimlər də iştirak edəcəklər. Qeyd edək ki, tədbirdə həmçinin milyonlarla il yaşı olan fosillər (qalıqlar) nümayiş etdiriləcək.
    22.01.11 Məqaləni oxumaq
     
    Politoloq: “Avropanın Azərbaycanının ərazi bütövlüyü ilə bağlı səsləndirdiyi fikirlər səmimi deyil”
    Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa ölkələrinin səsləndirdikləri fikirlər səmimi xarakter daşımır. Onlar dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də, özlərinin fəaliyyətlərində, hərəktlərində bunu təsdiq edə bilmirlər. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu söyləyib. Avropa Komissiyasının rəsmi internet səhifəsində qurumun rəhbəri Barozzonun Azərbaycanın ərazi bütövlüyünün dəstəkləməsinə aid bəyanatının çıxarılması və onun yerinə başqa fikirlərin yerləşdirilməsi məsələsinə toxunan E.Mirbəşiroğlu qeyd edib ki, bu günə kimi kifayət qədər təsir imkanlarına malik Avropa işğalçı Ermənistana qarşı heç bir təzyiq riçağından istifadə etməyib. “Saytdan Barozzonun Azərbaycanın ərazi bütövlüyünün tanınması haqqında sözlərin çıxarılması bir daha onu göstərir ki, Avropa məsələyə hansı prizmadan yanaşır. Bununla da açıq görünür ki, Avropa həmişəki ikili standartlarını bir daha sərgiləməkdədir. Xarici İşlər Nazirliyindən bu məsələyə münasibət bildirilib, ancaq hesab edirəm ki, bunun ardınca digər qurumlar da bu məsələyə münasibətlərini ifadə etməlidirlər. Bu, münasibətlərə kölgə salan bir haldır.
    22.01.11 Məqaləni oxumaq
     
    Daxili İşlər Nazirliyində kollegiya iclası keçiriləcək
    Sabah Daxili İşlər Nazirliyində kollegiya iclası keçiriləcək. İclas 2010-cu ilin yekunlarına həsr olunacaq. Bu barədə KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə keçiriləcək iclasda ötən ildə daxili işlər orqanlarının fəaliyyəti müzakirə ediləcək, həyata keçirilən tədbirlər, ölkədəki krimnogen vəziyyət barədə nazirlik rəhbərliyinin hesabat məruzəsi ilə çıxış etməsi nəzərdə tutulub.
    21.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  2 3 4 5 6 7 8 9 10  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Yan.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31