Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Politoloq: “Ötən il Dağlıq Qarabağla bağlı Rusiyanın etdiyi canfəşanlıqlar ancaq siyasi şou idi”
    “2010-cu il boyunca Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatlar Qərbdən və Rusiyadan yetərincə səsləndi. Ancaq səsləndi, bir addım belə dəyişiklik olmadı”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. O, qeyd edib ki, ötən il ərzində regional siyasi maraqları üçün Rusiya problemin həllində təşəbbüskar kimi canfəşanlıq göstərsə də, bu, quru bəyənatlardan o tərəfə getmədi. “2010-cu ildə Qarabağ danışıqları Soçidən start götürdü və Rusiya problemin həllinə çalışırmış kimi çoxsaylı təşəbbüslər etdi. Amma, ilin sonunda Astana sammitində bütün bunların Moskva tərəfindən siyasi şou olması konkret olaraq üzə çıxdı”,-deyə ekspert vurğulayıb. E.Şahinoğlunun fikirincə, bu il “Qarabağ ili” olarsa, mütləq Rusiyadan konkret nəticələr tələb olunacaq. “Çünki, artıq beynəlxalq və regional siyasət bu zərurətdən çıxış edir”,-deyə o, əlavə edib.
    18.01.11 Məqaləni oxumaq
     
    M.Quliyev: “Pasientin hüquqları haqqında” qanun layihəsi “Bioetika haqqında” qanun adlandırılacaq”
    Milli Məclisin Sosial siyasət komitəsində “Pasientin hüquqları haqqında” qanun layihəsi üzərində ciddi iş gedir. Bu barədə KƏLAMİNFO müsahibəsində komitənin sədr müavini Musa Quliyev bildirib. O, qeyd edib ki, qeyd olunan qanun işlənərək “Bioetika haqqında” qanun adlandırılacaq. “Baxmayaraq bu uzun çəkən bir məsələdir, amma, qanun layihəsinin təkmilləşdirilərək müzakirəyə təqdim olunması vacibdir”,-deyə millət vəkili vurğulayıb. M.Quliyev istənilən halda qanun layihəsinin işlənib parlamentin yaz sessiyasında müzakirəyə çıxaracaqlarına çalışacaqlarını bildirib.
    18.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 800 452 nəfərə yüksəlib
    Yanvarın 1-dən bu günə kimi Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,79 % artıb. DSMF-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, “2009-2015-ci illərdə Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində 2010-cu il ərzində DSMF tərəfindən əlavə olaraq 160 523 sığortaolunana fərdi şəxsi hesab açılıb. Nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 mln. 800 min 452 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 55,4 %-i kişi, 44,6 %-i isə qadındır.
    18.01.11 Məqaləni oxumaq
     
    AŞPA-da bu gün Rusiya və Gürcüstan müharibəsi müzakirə olunacaq
    AŞPA-nın qış sessiyası çərçivəsində bu gün Rusiya və Gürcüstan müharibəsi müzakirə olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Leonid Sluçki verib. Onun sözlərinə görə, dinləmələrdə AŞPA sədri Mövlud Çavuşoğlu da iştirak edəcək. Həmçinin dinləmələrdə Rusiya-Gürcüstan müharibəsinin səbəblərini araşdıran beynəlxalq komissiyanın rəhbəri Xaydi Talyavini və Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberq iştirak edəcək.
    18.01.11 Məqaləni oxumaq
     
    Stephen Blank: “ABŞ və Fransa Qarabağ münaqişəsi ilə bağlı fəallığını mütləq artırmalıdır”
    “Əgər NATO Lissabon sammitindəki bəyanatına sadiqdirsə, Rusiya ilə münasibətlərinin yenidən normallaşmasını da nəzərə alıb Cənubi Qafqazda Qarabağ münaqişənin həlli üçün bu il daha çox səy göstərməlidir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ-da Strateji Araşdırmalar İnstitutunun rəhbəri Stephen Blank bildirib.
    17.01.11 Məqaləni oxumaq
     
    GVB “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirib
    Gənc Vətənpərvərlər Birliyi 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi qan yaddaşımızdır” mövzusunda tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-nin mətbuat və informasiya şöbəsindən veriblər. Tədbirdə çıxış edən GVB-nin sədri Muğan Əliyev ulu öndər Heydər Əliyev və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 Yanvar faciəsi haqqında geniş məlumat verib. O, qeyd edib ki, artıq faciədən 21 il keçib, ancaq 20 Yanvar faciəsini törədənlər məhkəmə məsuliyyətinə cəlb olunmayıb.
    17.01.11 Məqaləni oxumaq
     
    İranda yenə zəlzələ olub
    Bu gün səhər saatlarında İranda 3.5 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO İran mətbuatına istinadən xəbər verir ki, İranın Seysmologiya İnstitutunun məlumatına görə zəlzələ İranın cənub şərqində Xoş şəhərində hiss olunub. Təkanların gücü episentrdə 5 bal gücündə olub. Zəlzələ nəticəsidə heç bir itki qeydə alınmayıb.
    17.01.11 Məqaləni oxumaq
     
    Vaqif Əsədov: «Ötən 2010-cu il ərzində paytaxt üzrə 1010 yol-nəqliyyat hadisəsi baş verib»
    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata əsasən, ötən 2010-cu il ərzində paytaxt üzrə 1010 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 288 ölü, 1001 yaralı qeydə alınmışdır. Bu da 2009-cu il ilə müqayisədə 33 yol-nəqliyyat hadisəsinin azalması deməkdir. Lakin hadisələrin sayı azalsa da, ölüm halları stabil olaraq qalıb və xəsarət dərəcələri yüngülləşdirilib.
    16.01.11 Məqaləni oxumaq
     
    Vaqif Əsədov: «DYP Bakı şəhərində avtomobillərin qanunsuz yerlərdə saxlanması ilə fəal mübarizə aparır»
    «Paytaxtın bir sıra küçələrində avtomobillərin dayanması vəziyyətini göstərən xüsusi parklanma nişanları vardır ki, avtomobillər də bu parklanma nişanlarının tələbinə uyğun olaraq saxlanılmalıdır. Tıxacların, qəzaların qarşısının alınması məqsədi ilə evakuatorlar vasitəsi ilə nəqliyyat vasitələrini qadağan olunmuş yerlərdə saxlayan sürücülərin avtomobilləri evakuasiya olunur və evakuasiya olunan avtonəqliyyat vasitələri müvəqqəti mühafizə olunan dayanacaqlara qoyulur ki, sonradan sürücü evakuasiya xərcini və törətdiyi xətaya uyğun cərimə ödədikdən sonra avtonəqliyyat vasitəsi müvəqqəti mühafizə olunan dayanacaqdan buraxılır». Bu sözləri Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bizə verdiyi müsahibədə açıqlayıb.
    15.01.11 Məqaləni oxumaq
     
    «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsinin tələblərini pozan piyadalar inzibati xətalar məcəlləsinin 152-ci maddəsinə uyğun şəkildə məsuliyyətə cəlb ediləcək
    Yanvar ayının 6-dan bu günə qədər yol polisi əməkdaşları tərəfindən yeraltı, yerüstü piyada keçidləri ətrafında keçirdiyimiz tədbirlər zamanı 117 piyada saxlanılıb məsuliyyətə cəlb edilmişdir. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, yeraltı, yerüstü piyada keçidlərindən keçməyən və müxtəlif bəhanələr gətirən piyadaların gətirdikləri bəhanə onları məsuliyyətdən azad edə bilməz və kimliyindən asılı olmayaraq «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsinin tələblərini pozan piyadalar inzibati xətalar məcəlləsinin 152-ci maddəsinə uyğun şəkildə məsuliyyətə cəlb edilərək, 10 manat məbləğində cərimə ediləcək.
    15.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  6 7 8 9 10 11 12 13 14  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Yan.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31