Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Vaqif Əsədov: «Yol-nəqliyyat hadisələri əsasən avtomobillərin yüksək sürətlə hərəkət etməsinin nəticəsidir»
    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi xəbərə görə, ən çox qəza halları baş verən yerlərin adını sadalayıb: «Yol-nəqliyyat hadisələri əsasən sürət həddini aşma ehtimalı olan Heydər Əliyev, Babək, Nobel, Qara Qarayev və Ziya Bünyadov prospektlərində baş verir».
    15.01.11 Məqaləni oxumaq
     
    X.M.Barrozu: “Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması bizi narahat edir”
    Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı öz narahatlığımı yenə də sizinlə bölüşürəm. Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının sədri Xose Manuel Barrozu prezident İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında söyləyib. “Buna görə də ATƏT-in Minsk Qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa İttifaqı da öz səylərini göstərir. Mən, həmin münaqişədən əziyyət çəkən bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Əmin etmək istəyirəm ki, bu baxımdan Avropa İttifaqı öz səylərini davam etdirəcək. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacağıq və ondan sonra da bərpa işlərini görəcəyik.
    15.01.11 Məqaləni oxumaq
     
    Bu gün Xoşbəxt Yusifzadənin dogum günüdür
    Bu gün görkəmli alim, Milli Elmlər Akademiyası və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Milli Elmlər Akademiyasının xarici üzvü, ARDNŞ-in birinci vitse-prezidenti, professor Xoşbəxt Yusifzadənin dogum günüdür. KƏLAMİNFO xəbər verir ki, bu gün onun 81 yaşı tamam olur. O, 1930-cu il yanvarın 14-də Bakıda anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Mühəndis-geoloqdur. 1952-ci ildə “Neft daşları” NQÇİ-də geoloq, baş geoloq, 1970-ci ildən Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində baş direktorun müavini, eyni zamanda baş geoloq vəzifələrində işləyib. 127 elmi əsərin, o cümlədən 8 monoqrafiyanın, 4 ixtiranın müəllifidir. İki “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, 1982 və 1991-ci illərdə Azərbaycan Respublikasının Dövlət mükafatlarını alıb, medallar və fəxri fərmanlarla təltif edilib. “SSRİ-nin fəxri neftçisi”, “Yer təkinin fəxri kəşfiyyatçısı adlarına layiq görülüb. Azərbaycan Respublikasının “Əməkdar mühəndisi”dir.
    15.01.11 Məqaləni oxumaq
     
    “Euronews" kanalının nümayəndələri İçəri Şəhərlə tanış olublar
    Bakıda səfərdə olan “Euronews" kanalının nümayəndələri bu gün İçəri Şəhərlə tanış olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən veriblər. Kanalın Müşahidə Şurasının sədri Pyer Luici Malesani və Baş İcraçı direktoru Filip Kaylanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilib. Kiçik Qala küçəsi ilə başlayan gəzinti zamanı qonaqlara arxitektur binalar və Dördbucaqlı Qala barədə məlumat verilib. Bildirilib ki, Dördbucaqlı Qala Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək, ərazini nəzarətdə saxlamaq və geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək üçün tikilib. Kiçik Qala küçəsində qonaqlar burada yerləşən təndirdə olub və təzə bişmiş çörəyin dadına baxıblar. Daha sonra ölkəmizin qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara karvansarasında olan qonaqlara məlumat verilib ki, karvansara XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilib.
    15.01.11 Məqaləni oxumaq
     
    Hillari Klinton fevralda Türkiyəyə səfər edəcək
    ABŞ-ın dövlət katibi Hillari Klinton bu ilin fevral ayında Türkiyəyə səfər edəcək. KƏLAMİNFO SNNTÜRK-ə istinadən xəbər verir ki, səfərin məqsədi və təfərrüatları açıqlanmır.
    15.01.11 Məqaləni oxumaq
     
    Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasına 6 qanun layihəsi təqdim olunub
    Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən parlamentin yaz sessiyasının müzakirələrinə təxminən 6 qanun layihəsi təqdim olunacaq. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində komitənin sədr müavini Musa Quliyev bildirib. O, qeyd edib ki, bu qanun layihələrinin üzərində işlər aparılıb və müzakirəyə çıxarılması planlaşdırılıb. “Bura “Sosial xidmət haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Ailə həkimi haqqında”, “Gənc ailələrin sosial müdafiəsi haqqında”, “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihələri, Sağlamlıq və Sosial Müdafiə məcəllələrinin hazırlanması, Əmək və Ailə məcəllələrinə əlavə və dəyişikliklərin edilməsi daxildir”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, il ərzində daha bir neçə qanun layihəsinin də komitə tərəfindən parlamentin müzakirəsinə çıxarılması gözlənilir.
    14.01.11 Məqaləni oxumaq
     
    Rayonlarda yenidən güclü qar yağacağı gözlənilir
    Sabahdan Azərbaycanın rayonlarında yenidən güclü qar yağacağı gözlənilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Sabah respublika üzrə hava şəraitinin gecə və səhər dumanlı olacağı, bəzi şimal və qərb rayonlarında qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə sabah hava şəraitinin dəyişkən buludlu əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı ehtimal olunur. Cənub-qərb küləyinin əsəcəyi, axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
    14.01.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən 42 apteki cərimələyib
    Səhiyyə Nazirliyinin Dərman vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Reydlər əczaçılıq fəaliyyəti qaydalarını yoxlamaq məqsədi ilə təsdiq olunmuş plana əsasən və plandan kənar təkrar aparılıb. Ümumilikdə respublika üzrə 860 aptek təşkilatına baxış keçirilib ki, bunlardan 324 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 463 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 73 aptekin qeyri-qanuni fəaliyyət göstərməsi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyətləri tərəfimizdən dayandırılıb. Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olma faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 42 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə cərimə protokolları tərtib edilib. Həmçinin keçirilən reydlər nəticəsində dövlət qeydiyyatı və müvafiq yararlıq sertifikatı olmayan 4046 seriya (26587 qutu), istifadə müddəti bitmiş 415 qutu dərman preparatları tərəfimizdən aşkar olunaraq müsadirə edilib.
    14.01.11 Məqaləni oxumaq
     
    Mirzə Babayevin ölümündən 8 il ötür
    Bu gün Azərbaycanın məşhur müğənnisi və aktyoru Mirzə Babayevin ölümündən 8 il ötür. KƏLAMİNFO xəbər verir ki, M.Babayev 2003-cü il yanvarın 13-də, 90 yaşında dünyasını dəyişib. 1913-cü ildə dünyaya gələn istedadlı sənətkar Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutur. M.Babayev 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. M.Babayevin həm də aktyorluq istedadı var idi. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə özünəməxsus obrazlar yaradıb. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə müəllimin mahnıları” ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. M. Babayev həmçinin Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb.
    14.01.11 Məqaləni oxumaq
     
    Stavropol Vilayətində məscid tikiləcək
    Rusiya Federasiyası Stavropol Vilayətində müsəlmənalar üçün məscid tikiləcək. Bu xeyirxah əməl Stavropolda fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan Cəmiyyətinin prezidenti Faxrəddin Yarıyevin təşəbbüsü və orada yaşayan həmyerlilərimzin birgə dəstəyi ilə reallaşacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində F.Yarıyev söyləyib. O qeyd edib ki, məscidin tikilməsi ilə bağlı artıq müvafiq yer ayrılıb və yaxın gələcəkdə ibadət ocağının inşasına başlanacaq. F.Yarıyev əlavə edib ki, məscid azərbaycanlıların dəsəyi ilə tikilməsinə baxmayaraq, orada bütün müsəlmanlar ibadət edəcəklər.
    14.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  7 8 9 10 11 12 13 14 15  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2011
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    Yan.2011
    .......
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31