Baş Prokurorluq 100 ştat vahidi üzrə müsabiqə elan edir
|
Baş Prokurorluq “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edir. Baş Prokurorluqdan KƏLAMİNFO-ya bildiriblər ki, prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:
Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.
|
06.01.11 Məqaləni oxumaq
|
|
|
İran və Rusiya Bakıda baş tutan Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitini uğurlu hesab edirlər
|
İran hesab edir ki, Xəzəryanı ölkələr arasında danışıqların davam edirilməsi dənizin hüquqi statusu üzrə qəti qərarın alınmasını sürətləndirəcək. KƏLAMİNFO FARS News-ə istinadən xəbər verir ki, bu sözləri İranın Rusiyadakı səfiri Reza Səccadi Rusiya prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovinlə görüşündə qeyd edib. Tərəflər keçən il noyabrın 18-də Bakıda baş tutan Xəzəryanı dövlətlərin ölkə başçılarının sammitinin nəticələrini də müzakirə ediblər.
A.Qolovin də öz növbəsində Bakıda keçirilmiş sammitin uğurla başa çatdığını vurğulayıb.
|
06.01.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da Qurani- Kərim yandırılıb
|
ABŞ-da Qurani-Kərim təhqir olunub. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, Kuin Cessi Birləşmiş Ştatlardakı "Uşaq İslam Təhsili Akademiya"sına məktub yollayıb, sonra isə internetdəki "YouTube" videohostinq servisinde videomaterial yerləşdirib. Həmin videoda Qurani-Kərim cırılır, onun üzərinə donuz əti qoyulur, sonra isə Qurani-Kərim yandırılır, donuz ətindən hazırlanmış hamburgerin altına qoyulur. Hazırlanmış hamburgeri it yeyir.
"YouTube" və "Facebook" saytlarında yerləşdirilmiş 5 dəqiqəlik videomaterialda Harrisonun üzü görünməsə də, polis onun niki və ünvanı vasitəsilə həmin şəxsi müəyyənləşdirib.
Həbs edilmiş Harrisona qarşı prokurorluğun irəli sürdüyü ittihamda bildirilir ki, Kuin Cessi Harrison dini simvolları təhqir edir və nifrət hissləri yaratmağa cəhd göstərir.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
İranda 5.3 bal gücündə zəlzələ baş verib
|
Bu gün səhər saatlarında İranda 5.3 bal gücündə zəlzələ baş verib. KƏLAMİNFO İRNA agentliyinə istinadən xəbər verir ki, zəlzələ daha çox Şiraz, Memesti ve Sepidan bölgələrində hiss olunub. Zəlzələ nəticəsində heç bir insan itkisinin olmadığı qeyd olunsa da, bəzi binaların pəncərələrinin qırıldığı və əhalinin evlərini tərk edərək küçədə qaldığı bildirilir.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Erməni etirafı: “Ötən il Ermənistan üçün uğurlu il olmadı”
|
Ötən ili Ermənistan üçün qətiyyən uğurlu il hesab etmək olmaz. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Armen Martirosyan bildirib.
O, qeyd edib ki, ötən il də ölkə üçün geriləmə ili olub. “Bunu sadə formada Ermənistanı tərk edən ailələrin sayının durmadan artması, yoxsulluğun və qütbləşmənin dərinləşməsi ilə də görmək olar. Bu sıra ilə mənfi halları çox sadalamaq olar. Ermənistan ötən il hətta xarici çağırışlara da cavab verə bilməyib”,-deyə A.Martirosyan vurğulayıb.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
ABŞ-da yeni Konqres bu gün bir araya gələcək
|
ABŞ Konqresi keçən ay baş tutan seçkilərdən sonra ilk dəfə bu gün bir araya gələcək. KƏLAMİNFO xəbər verir ki, 435 konqresmenin 193-ü demokratları, 242 nəfər isə respublikaçıları təmsil edir.
Bu gün Nümayəndələr Palatasına spiker seçiləcək. Bu postda Demokratlar Partiyasının Kaliforniyadan olan millət vəkili Nensi Pelosini Respublikaçılar Partiyasının Ohayodakı millət vəkili Con Bonerin əvəzləyəcəyi gözlənilir. C.Boner Konqresin bundan əvvəlki heyətində respublikaçı azlığın rəhbəri olub.
Hazırda eskpertlər respublikaçıların Konqresdə güclərinin artırılmasının ABŞ prezidenti Barak Obamanın əleyhinə olacağını və onu çətin günlər gözlədiyinin qeyd edirlər.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Ərəb dünyası R.T.Ərdoğanı “İlin adamı” elan etdi
|
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “CNN-Ərəb” saytında keçirilən sorğunun nəticələrinə görə, “İlin adamı” elan olunub. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir 74% səslə lider olub. İkinci yeri isə Suriya prezidenti Bəşər əl-Əsəd tutub. O, sorğuda iştirak edənlərin 20%-nin səsini toplayıb.
“CNN Ərəb” səsvermənin nəticələrini şərh edərkən qeyd edib ki, bu göstərici Türkiyənin baş nazirinin və türk diplomatiyasının ərəb dünyasında artan nüfuzuyla bağlıdır.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi keçirilir
|
Rusiya Kulturologiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi yanvarın 10-a kimi davam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Sərgini Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin Elmi-Metodiki Mədəniyyətşünaslıq Mərkəzi və Rusiya Kulturologiya İnstitutu təşkil edib. Sərgidə rəssamlarımızın Azərbaycana həsr olunmuş əsərləri nümayiş etdirilir. Tətbiqi sənət ustalarının əl işləri isə Azərbaycanın nəsildən-nəslə ötürülən zəngin ənənələrindən xəbər verir.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
Avropada havaların kəskin dəyişməsi damazlıq cins inəklərin ölkəyə gətirilməsinə təsir göstərib
|
Ötən il Azərbaycana gətirilməsi nəzərdə tutulan cins malların ölkəyə idxal olunması tam olaraq başa çatmayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya "Aqrolizinq" ASC-nin mətbuat xidmətinin rəhbəri Pirvəli Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən ötən il bu məqsədlə ayrılan 3 mln. manat vəsait hesabına 902 baş cins damazlıq heyvanın ölkəyə gətirilməsi nəzərdə tutulurdu. Ancaq indiyədək 715 baş heyvan respublikaya gətirilib. Qalan 187 baş damazlıq heyvanın ötçn ilin sonuna kimi ölkəyə gətirilməsi planlaşdırılmışdı . Lakin Avropada havaların kəskin dəyişməsi ilə əlaqədar bu iş dayandırılıb. Çox güman ki, ötən il üçün nəzərdə tutulan cins inəklərin tam olaraq gətirilməsi yanvar-fevral aylarında baş tutacaq”,-deyə P.Həsənov bildirib.
Xatırladaq ki, “Aqrolizinq” ASC Almaniya və digər ölkələrdən Azərbaycana cins mallar gətirir.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
“Ümid” Partiyası yaz aylarında qurultay keçirəcək
|
“Ümid” Partiyasının cari ilin yaz aylarında qurultay keçirməsi planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyadan veriblər.
Hazırda partiyanın rayon təşkilatlarında qurultaya hazırlıq işləri gedir. Partiya yeni ildə təşkilatlanma işini gücləndirməyi planlaşdırır. Təşkilatlanma zamanı indiyə qədər Azərbaycanda tətbiq olunmayan metodlardan istifadə olunacağı bildirilsə də bu barədə hələ ki proqramın təsdiq olunmadığı vurğulanıb. Ona görə də indidən istifadə olunacaq metod açıqlanmayıb.
Qeyd edək ki, partiya 2002-ci ildə keçirilən III Qurultay zamanı Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib və İqbal Ağazadə sədr seçilib. Hazırda Ümid Partiyası Milli Məclisdə 1 nümayəndə ilə təmsil olunur.
|
05.01.11 Məqaləni oxumaq
|
|
|
|