Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Məqələlər / 1.2011
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Bu gün Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayır
    Bu gün Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Azərbaycana səfəri başlayır. KƏLAMİNFO xəbər verir ki, səfər çərçivəsində J.M.Barrozu bu gün prezident İlham Əliyevlə görüşəcəyi və Cənub dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayanacağı gözlənilir. Avropa Birliyinin rəsmisi Azərbaycanın dövlət başçısı ilə “AB-Azərbaycan: modernləşmək üçün tərəfdaşlıq” adlı birgə bəyannaməni də razılaşadırcacaq.
    13.01.11 Məqaləni oxumaq
     
    Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunub
    Böyük Britaniyanın Azərbaycanda yeni səfiri təyin olunub. KƏLAMİNFO Böyük Britaniyanın Bakıdakı səfirliyinin saytına istinadən xəbər verir ki, yeni səfir Peter Batemandır (Peter Bateman). O, bu vəzifədə hazırkı səfir, xanım Karolin Braunu (Carolyn Browne) əvəzləyəcək. K. Braun isə yeni xidməti vəzifəyə keçəcək. Qeyd edək ki, P. Bateman 2007-ci ildən ölkəsinin Lüksemburqda səfiri olub.
    13.01.11 Məqaləni oxumaq
     
    Badamdar və Bibiheybət qəsəbə nümayəndəlikləri 2010-cu illə bağlı hesabat verdilər
    Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbə nümayəndəliklərində 2010-cu ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səbail rayon İcra Hakimiyyətindən veriblər.
    13.01.11 Məqaləni oxumaq
     
    Azərbaycanda “Aktual.az” saytı fəaliyyətə başlayıb
    Bu həftədən etibarən Azərbaycanda “Aktual.az” saytı fəaliyyətə başlayıb. Saytla tanış olan kimi yəqin ki, hamını bu sual maraqlandıracaq: bu qədər internet informasiya saytları bolluğunda “Aktual.az”a nə ehtiyac var idi? KƏLAMİNFO xəbər verir ki, bu suala “Aktual.az”ın cavabı çox sadədir: ehtiyac var idi...
    13.01.11 Məqaləni oxumaq
     
    “Euronews” kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir
    Məşhur “Euronews” kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir. KƏLAMİNFO xəbər verir səfər çərçivəsində nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
    13.01.11 Məqaləni oxumaq
     
    Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin kollegiyasına dəyişiklik edib
    Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” qərarına dəyişiklik edib. KƏLAMİNFO Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, kollegiyanın üzvü Novruzov Sucaxan Müseyib oğlu İsmayılov Xəqani Eldar oğlu ilə əvəzlənib. Nazirlər Kabineti bu qərarı Gənclər və İdman Nazirliyinin təklifi əsasında verib. Qeyd edək ki, Sucaxan Novruzov bu yaxınlaradək Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri olub. O, hazırda Muxtar Respublikanın Həmkarlar Konfederasiyasının sədridir. Xaqani İsmayılov isə Naxçıvanın yeni gənclər və idman naziridir.
    13.01.11 Məqaləni oxumaq
     
    Hillari Klinton Yəməndə qəzaya uğrayıb
    ABŞ dövlət katibi Hillari Klintonun Yəmənə ilk səfəri zamanı başına qəza gəlib. KƏLAMİNFO türk mətbuatına istinadən xəbər verir ki, səfərin sonunda H.Klinton təyyarəyə minərkən bərk yıxılıb. Özünü itirməyən dövlət katibi dərhal ayağa qalxıb. Rəsmilər dövlət katibinin yıxılması ilə bağlı açıqlama veriblər. Bildirilib ki, Birləşmiş Ştatların dövlət katibi zədə almayıb və H.Klintonun səhhətində heç bir problem yaranmayıb.
    13.01.11 Məqaləni oxumaq
     
    В«Bu gün ölkəmizdə dini durumla bağlı problem yoxdurВ»
    Qazi Hacı Mirəziz Seyidzadə: В«Ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində insanlar vicdan azadlığı əldə ediblər – məscidlərimiz açıqdır, ibadət yerlərimizə getmək üçün heç bir problem yoxdurВ»

    Son günlər mətbuatda ölkədəki mövcud dini durumun guya gərgin olması ilə bağlı fikirlər səslənir. Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadə hesab edir ki, bununla bağlı səslənən fikirlərin heç bir əsası yoxdur.

    - Ölkədəki mövcud dini durumu necə qiymətləndirirsiniz?

    - Hər şeydən əvvəl qeyd etmək istərdim ki, haqqı deməyin özü çox gözəldir. Peyğəmbərimizin çox gözəl bir kəlamı var: В«Çətinlikdə haqq sözünü demək özü bir qəhrəmanlıqdırВ». O mənada bu gün görülən işlər göz qabağındadır. Sovet dövrü ilə indiki dövrü müqayisə etdikdə biz gərək Allaha şükür edək. O dövrdə bizi o qədər qapı arxasında saxlayıb, incidib, təqib ediblər ki. Bu gün biz müstəqillik dövrümüzdə bunların heç birini görmürük. Məscidlərimiz, mədrəsələrimiz, məktəblərimiz var. Bakı İslam Universiteti, onun şöbələri fəaliyyət göstərir. Bu, böyük bir azadlıqdır. Vaxt var idi, müqəddəs В«QuranВ»ı köynəyimizin içində gizlədib samanlıqda dərs keçir, səhəri isə məktəbə gedərdik. Nə qədər böyük fərq var. Zaman, şərait çox gözəldir. Bizim ata-babalarımız həsrətlə bu dünyadan getdilər. Yəni onlar müqəddəs yerlərə gedə bilmədilər. Həcc ziyarəti bizim üçün demək olar ki, yaddan çıxmışdı. Dərs aldığımız din xadimləri Həcc ziyarəti məsələsi gəlib çatanda deyirdilər bu, qoy qalsın, onsuz da Həcc yolu bağlanıb və bunun əhəmiyyəti yoxdur. Amma bu gün minlərlə insan Həccə gedib-gəlir.
    13.01.11 Məqaləni oxumaq
     
    Dövlət Miqrasiya Xidmətinə 5.117 müraciət daxil olub
    Ötən ilin dekabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 5.117 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-dən veriblər. Müraciətlərin hər biri ayrı-ayrılıqda öyrənilib və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq icra edilib. Həmçinin Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilmişdir.
    13.01.11 Məqaləni oxumaq
     
    İranın neft naziri, OPEC-in sədri Seyid Məsud Mirkazemi Azərbaycan gəlib
    Bu gün İranın neft naziri, Neft İxracatçıları Ölkələri Təşkilatı – OPEC-in sədri Seyid Məsud Mirkazemi Azərbaycan gəlib.bu barədə məlumatı KƏLAMİNFO-ya İranın Azərbaycandakı səfirliyindən veriblər. Səfər çərçivəsində, əsasən İran və Azərbaycan arasında neft-qaz sahəsində əlaqələrin genişləndirilməsi, elektrik enerjisi mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq. Qonaq səfər zamanı Azərbaycanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərin yekunu olaraq Azərbaycan qazının İrana ixrac olunmasına dair uzunmüddətli sazişin imzalanacağı gözlənilir.
    13.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2011»
    Yanvar(184)
    Fevral(258)
    Mart(157)
    Aprel(186)
    May(252)
    İyun(276)
    İyul(190)
    Avqust(240)
    Sentyabr(293)
    Oktyabr(383)
    Noyabr(257)
    Dekabr(206)
    Arxiv
     
    « Yan.2011»
    Пн.Вт.Ср.Чт.Пт.Сб.Вс.
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31