Azərbaycanda 459 nəfər QİÇS-ə yoluxub
|
Ötən il Azərbaycanda İİV-infeksiyası/QİÇS-ə yoluxmada yeni aşkar olunan insanların sayı 459 təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika QİÇS-lə Mübarizə Mərkəzindən veriblər.
Yoluxanlardan 97,4% Azərbaycan, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
“Google”un həmtəsisçisi Larri Peydj icraçı direktor olacaq
|
“Google” şirkətinin təsisçilərindən biri olan Larri Peydj onun icraçı direktoru olacaq. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, 37-yaşlı Peydj 2011-ci il aprelin 4-dən Erik Şmiti əvəzliyərək vəzifəsinə başlayacaq.
Qeyd edək ki, 55-yaşlı Erik Şmit 2001-ci ildən şirkətin baş direktorudur. O, idarə sədri kimi “Google”da qalacaq.
Xatırladaq ki, “Google” axtarış sistemini 1998-ci ilin ilk yarısında Larri Peydj və Sergey Brinom terabyte ölçüsündəki ucuz disklərləri götürərək “Google.com”un ilk məlumat mərkəzini Larrinin yurddakı otağında qurublar. “Google” axtarış sistemi aya 41 milyarddan çox sorğu emal edir.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
Hicab qalmaqalı Türkiyəni də bürüyüb
|
Türkiyənin ali məktəblərində keçirilən imtahanlara hicabla gəlmək qadağandır. Bu məsələ Türkiyənin bəzi dövlət adamlarını özündən çıxarıb. KƏLAMİNFO xəbər verir ki, dövlət məmuru Əhməd Gündoğdu imtahanlara giriş zamanı geyimlə bağlı dəyişikliklərin olmasını Türkiyə üçün utancverici hal olduğunu bildirib. “Hicablıların imtahanlara buraxılmaması demokratikləşmədə sürətlə addımlayan Türkiyəyə yaraşmaz”,-deyə o söyləyib.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
ABŞ Dövlət Departamenti İstanbul müzakirələrini İran üçün fürsət hesab edir
|
ABŞ hökuməti Türkiyənin İranla 5+1 ölkələri arasındakı müzakirələrə ev sahibliyi etməsini təqdirlə qarşıladığını bildirib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krouli deyib.
Onun sözlərinə görə, Türkiyə İranın nüvə proqramlarına dair müzakirələrə böyük dəstək verdiyini deyib. İstanbul müzakirələrinin İran üçün fürsət olduğunu bildirən Kruoli Türkiyənin bu önəmli toplantıdakı ev sahibliyini də təqdirlə qarşıladıqlarını əlavə edib.
ABŞ rəsmisi Türkiyənin İranı beynəlxalq birliklə əməkdaşlıq məsələsində cəsarətləndirməyə davam etdiyini vurğulayıb və bu mesajın çox önəmli olduğunu qeyd edib.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar başlayıb
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşüb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Davudoğlu həmçinin İranın Milli Təhlükəsizlik Komitəsinin baş katibi Səid Cəlillə də görüşüb. Ə.Davudoğlunun sözlərinə görə, hər iki görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, İran yanvarın 21-i və 22-si İstanbulda nüvə proqramı ilə bağlı danışıqlar keçirməyə razı olduğun bildirib.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
İstanbulda İranın nüvə proqramı ilə bağlı danışıqlar başlayıb
|
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla görüşüb.
KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ə.Davudoğlu həmçinin İranın Milli Təhlükəsizlik Komitəsinin baş katibi Səid Cəlillə də görüşüb. Ə.Davudoğlunun sözlərinə görə, hər iki görüşdə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, İran yanvarın 21-i və 22-si İstanbulda nüvə proqramı ilə bağlı danışıqlar keçirməyə razı olduğun bildirib.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
Erməni ordusunun hərbçisi əsgərləri tərəfindən qətlə yetirilib
|
Azərbaycanın işğal olunmuş rayonlarında erməni ordusunun hərbi quluqçusu öldürülüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, öldürülən hərbiçi baş leytenant Ovannes Sukiasyandır.
Ermənistan mətbuatı qeyd edir ki, hərbiçi tabeliyində olan əsgərlər tərəfindən qətlə yetirilib.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti hadisəni təsdiqləsə də, O.Sukiasyanın ölümü barədə təfərrüatları yaxın saatlarda bəyan edəcəklərini bildirib.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
DSMF-yə xarici ölkələrdən daxil olan müraciətlərin sayı azalıb
|
Ötən il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 2009-cu illə müqayisədə 21,2 % azalıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 2010-cu ildə Fondun Beynəlxalq əlaqələr şöbəsinə daxil olan 1869 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.
Qeyd olunan dövr ərzində MDB ölkələrindən 1190 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
Azərbaycanın cənub bölgəsində zəlzələ olub
|
Ötən gecə Azərbaycanın cənub bölgəsində zəlzələ qeydə alınıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Seysmoloji Xidmət Mərkəzindən veriblər.
Zəlzələnin episentri Biləsuvar rayonun cənub hissəsində qeydə alınıb.
Titrəyiş yerli vaxtla saat 01.58-də qeydə alınıb. Zəlzələnin episentrində titrəyiş rixter şkalası üzrə 3,1 bal gücündə olub. Ümumi dərinlik 40 kilometr qeydə alınıb.
|
21.01.11 Məqaləni oxumaq
|
|
|
В«Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!В» devizi altında aksiya keçirilib - Fotoreportaj
|
Bu yaxınlarda Bakı şəhər DYP İdarəsi tərəfindən 46 saylı Məktəbdənkənar Tərbiyə işi Mərkəzi ilə birgə В«Uşaqlar və Yol Təhlükəsizliyi LayihəsiВ»nə uyğun olaraq В«Keç yeraltı keçiddən, uzaq ol təhlükədən!В» devizi altında maarifləndirici aksiya keçirilib.
Sözügedən aksiyanın keçirilməsinin başlıca məqsədi uşaqları gələcəkdə baş verə biləcək təhlükədən qorumaq üçün onlara yol hərəkəti qaydalarını öyrətmək idi. Bu gün bu, olduqca aktual məsələdir. Burada əsas diqqət təhlükəsizlik üçün yollarda düzgün davranış vərdişlərinin formalaşdırılmasına yönəldilib.
|
20.01.11 Məqaləni oxumaq
|
|
|
|