|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
Sabah Daşkəntdə hökumətlərarası Komissiyanın iclası keçiriləcək
|
Sabah Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Nəqliyyat Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, komissiyanın iclasında nazir müavini Musa Pənahov, ekspertlər qrupunun iclasında isə Nəqliyyat Nazirliyinin nümayəndəsinin iştirakı nəzərdə tutulub.
|
20.09.10 Məqaləni oxumaq
|
|
|
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının ildönümüdür
|
Bu gün Azərbaycanda neft-qaz sənayesi işçilərinin peşə bayramı – “Neftçilər günü”dür KƏLAMİNFO xəbər verir ki, artıq 16 ildir ki, ardıcı olaraq bu gün ölkəmizdə qeyd edilir. 1994-cü il sentyabrın 20-də “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasının on altıncı ildönümü tamam olur.
Bu haqlı olaraq “Əsrin müqaviləsi” adlanır. Sonrakı illərdə Azərbaycanın neft-qaz sahəsində çoxlu əlamətdar hadisələrin olmasına, müxtəlif yataqlar və perspektiv strukturlar üzrə orta hesabla 30 sazişin imzalanmasına, yeni terminalların inşasına, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin və s. işə salınmasına baxmayaraq, “Əsrin müqaviləsi” haqlı olaraq ölkənin iqtisadi siyasətinin əsasını təşkil edir, belə ki, bu sənəd respublikanın bütün iqtisadiyyatının inkişafına təkan verib.
|
20.09.10 Məqaləni oxumaq
|
|
|
Benediktə qarşı terror aktı
|
Böyük Britaniya polisi altı fransızı həbs edib. KƏLAMİNFO xəbər verir ki, Fransanın Veolia şirkətinin İngiltərədəki filialında çalışan əməkdaşları bu ölkədə səfərdə olan Roma papası XYl Benediktə qarşı terror aktı hazırlamaqda şübhəli biliniblər.
Fransız vətəndaşları papanın çıxışının nəzərdə tutulduğu Böyük Britaniya Parlamentinin yerləşdiyi Londonun Vesminster məhəlləsində həbs olunublar.
|
19.09.10 Məqaləni oxumaq
|
|
|
E.Quliyev: “Bəzi mətbuat orqanlarında sərhəd hadisələri şişirdilir”
|
Hər hansı sərhəd hadisəsini birtərəfli və qərəzli formada ictimaiyyətə çatdırmağa heç bir mətbuat orqanının haqqı yoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlama ilə Dovlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İran səfəri zamanı yerli mətbuat nümayəndələrinə müsahibəsində çıxış edib.
“Azərbaycan-İran dövlət sərhədinin mühafizəsinin vəziyyəti müsbət istiqamətdə inkişaf edir. Təəssüf ki, bəzi mətbuat orqanlarında sərhəd hadisələri şişirdilir, faktlar təhrif edilir, həqiqətdən uzaq və yalan informasiyalar yayılır. Belə hallar azad mətbuatın prinsiplərinə, jurnalist etikasına və ziyalılıq mədəniyyətinə uyğun deyil”,-deyə E.Quliyev bildirib.
|
18.09.10 Məqaləni oxumaq
|
|
|
Prezident: “DQ probleminin həlli ilə bağlı heç bir nəticə yoxdur”
|
“Vaxtilə türk dünyasının qədim və ayrılmaz diyarı olan Zəngəzur bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində türk dünyası arasında olan coğrafi bağlantı pozulub. Biz xəritəyə baxsaq görərik ki, əgər o tarixi ədalətsizlik törədilməsəydi, bu gün vahid türk dünyası coğrafi baxımdan da bir məkan kimi yaşayacaqdı”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısında çıxışı zamanı bildirib.
“Ancaq buna baxmayaraq, bizi birləşdirən təkcə coğrafi koordinatlar deyil. Bizi birləşdirən aramızdakı münasibətlər, qardaşlıq, ortaq keçmişimizdir və bu günümüzdür. İyirmi ilə yaxındır ki, ölkələrimiz müstəqil dövlətlər kimi yaşayırlar. Bu müddət ərzində ölkələrimiz güclənib, formalaşıb, dövlətçiliyimizin əsasları qurulub. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək”,- deyə prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı qeyd edib ki, bizi ortaq tarix, ortaq mədəniyyət birləşdirir.
|
18.09.10 Məqaləni oxumaq
|
|
|
“Ded Xasan”a sui-qəsd edilib
|
Rusiya kriminal aləminin lideri, “Ded Xasan” ləqəbli qanuni oğru Aslan Usoyana sui-qəsd edilib. KƏLAMİNFO Rusiya mətbuatına istinadən xəbər verir ki, “Ded Xasan” öz mühafizəçisi Baqaramyan soyadlı şəxslə Tver küçəsindəki evinə gedərkən naməlum şəxs onlara atəş açıb. Ağır yaralanan Usoyan təcili yardım maşını ilə Botkin xəstəxanasına çatdırılıb. Onun xəstəxanaya aparılarkən yolda öldüyü barədə məlumatlar yayılsa da, sonradan hüquq-mühafizə orqanları bu xəbəri təkzib ediblər. A.Usoyan və mühafizəçisi cərrahiyyə əməliyyatı olunub, onların durumu barədə məlumat verilmir. Hazırda “Ded Xasan”ın əməliyyat olunduğu xəstəxana ciddi nəzarətə götürülüb, Moskva şəhər daxili işlər idarəsinin rəisi Vladimir Kolokolçev bildirib ki, cinayətkarlara başladıqları işi sona çatdırmağa imkan verilməyəcək.
A.Usoyana qarşı sui-qəsd faktına qarşı görə cinayət işi başlanıb. Milislər killerin gizləndiyi mənzilə baxış keçirib və cinayət zamanı istifadə olunan silahı aşkarlayıblar. Mənzilin sahibi istintaqa cəlb olunub.
|
18.09.10 Məqaləni oxumaq
|
|
|
MŞ-da seçkilərlə bağlı kitabların təqdimatı olub
|
Bu gün Mətbuat Şurasında, Avropa Şurası (AŞ) və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə əməkdaşlığı çərçivəsində Avropa Şurası tərəfindən nəşr edilən “Media və seçkilər” və “Seçkilərin ədalətli və balanslı işıqlandırılması” adlı kitabların təqdimatı keçirilib. KƏLAMİNFO xəbər verir ki, MŞ sədri Əflatun Amaşov çıxış edərək bildirib ki, kitablar Azərbaycanda noyabr yında keçiriləcək parlament seçkisinə dəstək məqsədilə AŞ-ın Fəaliyyət Planı çərçivəsində nəşr olunub. O, seçki öncəsi kitabların tərcümə olunaraq yayılacağını vurğulayıb.
AŞ Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek seçkilərin işıqlandırılmasında medianın böyük rolunun olduğunu bildirib. O, AŞ bu kitablardan əlavə olaraq, Azərbaycan jurnalistləri üçün seçkilərin işıqlandırılması ilə bağlı Bakı və regionlarda xüsusi təlimlərin keçirilməsini nəzərdə tutduğunu vurğulayıb.
|
17.09.10 Məqaləni oxumaq
|
|
|
“Hazırda jurnalistikanın seçki prosesinə təsiri güclü deyil”
|
Hazırda Azərbaycan jurnalistikasının seçki prosesinə təsiri o qədər də güclü deyil. Ən azı mətbuatın seçkinin nəticələrini dəyişmək imkanları yox dərəcəsindədir. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər.
Onun sözlərinə görə, 10 il əvvəl mətbuat seçki prosesinə indkindən daha intensiv təsir edə bilirdi, nəinki indi. “Hətta bu, o vaxt nəticələrə də öz təsirini göstərirdi. Amma, bu gün mətbuatın seçki prosesinə təsir imkanlarının məhdud olması o demək deyil ki, mətbuat bu prosesdən kənarda qalmalıdır. Azərbaycanda seçki prosesinin işıqlandırılması ilə bağlı uzun illər problemlər mövcud olub. Bu da ondan irəli gəlir ki, ölkədə qəzetlər müxtəlif qütblərə bölünüb.
|
17.09.10 Məqaləni oxumaq
|
|
|
Mətbuat xidmətlərinin fəaliyyətində şikayətlər hələ də eşidilir
|
Əksər dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyət sahəsində ciddi boşluqlar hələ də mövcuddur. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər.
Y.Məmmədlinin sözlərinə görə, hazırda qurumlarda mətbuat xidmətlərinin fəaliyyəti qurum rəhbərlərinin xidmətə münasibətindən irəli gəlir. “Bəzi qurumlar istisna olmaqla təəssüf ki, əksər müəssisə rəhbərləri bu xidmətə ciddi əhəmiyyət vermirlər və həmin qurumda da mətbuat xidmətlərinin fəaliyyəti axsayır. Bəzən də başqa cür olur. Yəni, bir sıra qurumlarda müxtəlif yollarla mətbuat xidmətinin başına özünü jurnalist kimi yox, məmur kimi aparan şəxslər gətirilir. Təbii ki, belə olan halda da bu kimi şəxslər təmsil olunduqları qurumda jurnalistlərin yox, məmurların tərəfində olacaq.
|
17.09.10 Məqaləni oxumaq
|
|
|
BDU-da Özbəkistan prezidentinin kitabının təqdimatı olub
|
Bu gün Bakı Dövlət Universitetində (BDU) Özbəkistan prezidenti İslam Kərimovun müəllifi olduğu “Yüksək mənəviyyat- yenilməz güc” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsinin təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov kitabı Özbəkistanla yanaşı Azərbaycan üçün tarixi hadisə adlandırıb.
O, qeyd edib ki, nəşrin Bakıda təqdimatının keçirilməsinə səbəb onun əhatə etdiyi mövzunun Azərbaycan mühüti ilə ortaq olmasıdır. “Eyni zamanda Özbəkistan və Azərbaycan arasında tarixi, dini və digər baxımdan yaxınlıq və sıx əməkdaşlığın olması bu gün bu kitabın BDU-da təqdim olunmasına səbəbədir. Özbəkistan prezidentinin şəxsi məhsulu olan nəşrin Azərbaycan ictimaiyyətində yayılması, ölkə başçısı İlham Əliyevin Daşkəndə səfəri ərəfisində iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək”,-deyə rektor vurğulayıb.
Özbəkistanın ölkmizdəki səfiri İsmətulla İrqaşev prezident İ.Kərimovun müəllifi olduğu nəşrin tərcüməsinə və Bakıda təqdimatına görə BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.
|
17.09.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # 4 5 6 7 8 9 10 11 12 #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|