|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
Prezident İlham Əliyev: “Viza məsələsi müsbət həllini tapacaq”
|
“Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğv edilməsi ilə bağlı daim məsləhətləşmələr aparılır. Əminəm ki, bu məsləhətləşmələr yaxşı nəticə verəcək”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla İltanbulda keçirdiyi mətbuat konfransında bildirib.
“Keçən dəfə mən bu barədə fikirlərimi ifadə etdim ki, bu məsələ Azərbaycanda daxili prosedurlardan keçməlidir. Azərbaycanın müvafiq qurumları, nazirliklər, dövlət strukturları öz aralarında bu məsələni həll etməlidirlər. Hazırlıq işləri başa çatandan sonra əlbəttə ki, bu məsələ ikitərəfli gündəliyə salınacaq və əminəm ki, müsbət həllini tapacaq”,-deyə prezident İlham Əliyev vurğulayıb.
R.T.Ərdoğan isə məsələ ilə bağlı Türkiyə tərəfindən problem olmadığını söyləyib. “Amma qardaşım, inşallah, bu məsələni ən qısa müddətdə həll edəcək. Heç narahat olmayın”,-deyə R.T.Ərdoğan vurğulayıb.
|
16.09.10 Məqaləni oxumaq
|
|
|
|
Bu gün Antaliyada Azərbaycanın da iştirakı ilə toplantı başlayıb
|
Bu gün Antalyada TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” barədə mütəxəssislərin toplantısı öz işinə başlayıb. Toplantıda Azərbaycan da təmsil olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
Tədbirə YUNESKO, TÜRKSOY və müxtəlif ölkələrdən mədəniyyət siyasətçiləri və tədqiqatçıları qatılıb. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edir. O, Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində aparılan islahatlar barədə geniş təqdimat keçirəcək.
Toplantı sentiyabrın 19-a kimi davam edəcək.
|
16.09.10 Məqaləni oxumaq
|
|
|
XİN başçıları Nyu-Yorkda bir araya gələcəklər
|
Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlərinin (XİN) görüşü olacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə ATƏT Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke BBC-yə müsahibəsində bildirib.
R.Bratke həmsədrlərin də məsləhətləşmələr üçün Vaşinqtona gələcəklərini söyləyib. “Bu məsləhətləşmələr Birləşmiş Ştatların vəzifəli rəsmiləri ilə aparılacaq. Daha sonra biz tərəflərlə görüşmək üçün Nyu-Yorka yollanacağıq”, -deyə R.Bradtke vurğulayıb.
R.Bradtkenin sözlərinə görə, həmsədrlərin münaqişə ilə bağlı yeni ideyaları var.
“Ötən həftə biz Bakı və Yerevanı bu ideyalarla tanış etdik. Bundan sonra sentyabrın sonlarında və ya oktyabrın əvvəllərində regiona təkrar səfər edəcəyik”, – Ameriklı həmsədr əlavə edib.
|
16.09.10 Məqaləni oxumaq
|
|
|
Azərbaycanda yeni dərs ili başlayıb
|
Bu gün Azərbaycanda yeni tədris ili başlayıb. KƏLAMİNFO xəbər verir ki, bu gün ölkənin bütün orta məktəblərində “İlk zəng” çalınıb. 2010-2011-ci tədris ilində ölkəmizin 4546 ümumtəhsil məktəbində 1359900 şagird təhsil alacaq.
Onların təlim-tərbiyəsi ilə 169498 müəllim məşğul olacaq.
Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub.
Növbəti tədris ilində 36 dövlət ali təhsil müəssisində 116930, 15 özəl ali məktəbdə isə 19430 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır.
|
16.09.10 Məqaləni oxumaq
|
|
|
M.Ələsgərli: “KİV-in peşəkarlığında ənənəvi problemlər var”
|
Seçkilər prosesində KİV-in peşəkarlığı ilə bağlı Azərbaycanda ənənəvi olan problemlər var. Bu fikirləri Beynəlxalq Mətbuat Klubunun keçirdiyi sorğuya cavabında Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşviq Ələsgərli bildirib. Məlumatı KƏLAMİNFO-ya BMK-dan veriblər.
O, izah edir ki, seçkilər özlüyündə siyasi prosesləri aktivləşdirən hadisədir və mətbuatda da problemlər bu aktivlik zamanı ortaya çıxır. “Artıq bu vəziyyətlərdə bizdə ənənəvi olan problemləri iki-üç qrupa bölmək olar. Bunlardan biri elə mediada “qara piarı”ın artması məsələsidir. Yəni, təbii olaraq siyasi nativi olan şəxslər rəqib tərəfi gözdən salmaq üçün etdikləri cəhd əksər zamanlarda bir sıra mətbu səhifələrdə yer tutur. Bunun nə dərəcədə siyasi mədəniyyətə düz gəlib-gəlmədiyi ayrı mövzudur, amma şərt odur ki, bu hal artıq Azərbaycan üçün xarakterikdir.
|
16.09.10 Məqaləni oxumaq
|
|
|
İranda dəhşətli qəza: 25 nəfər ölüb
|
Bu gün səhər saatlarında İranda dəhşətli avtomobil qəzası baş verib. KƏLAMİNFO İSNA agentliyinə istinadən xəbər verir ki, Tehrandan Save şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Hadisyə ilkin səbəb kimi avtovus sürücüsünün yorğun və yuxusuz olması göstərilir.
|
16.09.10 Məqaləni oxumaq
|
|
|
Bakının erməni-bolşevik işğalından azad olunmasından 92 il ötür
|
Bu gün Bakının erməni-bolşevik işğalından azad olunduğu gündür. KƏLAMİNFO xəbər verir ki, 91 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.
1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi.
|
15.09.10 Məqaləni oxumaq
|
|
|
M.Brayza: “Müharibəyə həmişə qarşı olmuşam”
|
ATƏT-in Minsk Qrupunun eks amerikalı həmsədri Metyu Brayza müharibənin təkrar başlanmasına həmişə qarşı olduğunu bildirib. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, keçmiş həmsədr son zamanlar Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasından narahat olduğunu vurğulayıb.
“Minsk Qrupunda və ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini işlədiyim zaman müharibənin yenidən başlanması istiqamətində olan təhdidləri daima qınamışam”,-deyən M.Brayza münaqişənin müharibə ilə həll olunmayacağını da qeyd edib. O, ABŞ-ın Azərbaycandakı səfiri təyin ediləcəyi təqdirdə də bu fikirdə qalacağını bəyan edib. M.Brayza əlavə edib ki, Qarabağ probleminin həllində ərazi bütövlüyü ilə yanaşı, beynəlxalq hüququn digər normaları: millətlərin öz müqədəratını həll etmə məsələsi də önə çəkilməlidir.
Qeyd edək ki, artıq erməni mətbuatı M.Brayzanin fikirlərinə sərt münasibət bildirib. Onlar keçmiş həmsədrin münaqişənin həllinə bu cür münasibət bildirməklə, özünü daha da çətin vəziyyətə saldığını və ABŞ-ın Azərbaycana səfir vəzifəsindəki namizədin necə də yanlış seçim olduğunu qeyd ediblər.
|
15.09.10 Məqaləni oxumaq
|
|
|
ACİ YF-nin seçkilər üçün maliyyə dəstəyi nəzərdə tutub
|
Açıq Cəmiyyət İnstitutu- Yardım Fondunun (ACİ YF) 2010-cu ilin strategiyasında vətəndaş cəmiyyətinin seçkilərdə iştirakının təmin edilməsi üçün maliyyə dəstəyi nəzərdə tutulub. Bu barədə məlumatı ACİ YF-dən veriblər.
Müvafiq proqramın tərkibi 3 istiqamətdən ibarətdir. Birinci istiqamət seçkilərin mediada obyektiv işıqlandırılması məqsədini güdür. Fondun təşəbbüsü ilə bir sıra hazırlıq görüşlərin keçirilməsi nəticəsində “Demokratik Jurnalistika Məktəbi” İctimai Birliyi tərəfindən göndərilən layihə təklifi qəbul olunub.
|
15.09.10 Məqaləni oxumaq
|
|
|
|
Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
|
Torpaqlarımızı qaytaraq..
|
|
|
|